Motivasiya Möcüzəsi

Bizim daxilimizdə hər şey var. Bir çox həqiqətlərimiz bizim dərinliklərimizdə yatır. Mənim yazdığım bu sətirləri oxuyarkən sizin içinizdə bir səs sizə deyəcək ki “Bunu mən bilirdim, bu niyə daha öncə mənim ağlıma gəlməmişdi?”

Əgər uğur qazana bilmirsinizsə, bu o deməkdir ki, sizin indiki versiyanız uğura uyğun gəlmir. Deməli, özünüzün təzə versiyanızı hazırlamalısınız. Yəni, özünüzü dəyişdirməlisiniz. Əgər dünyada nəyinsə kənardan sizi dəyişdirəcəyini düşünürsüzsə, yanılırsınız. Çünki, dəyişim kənarda deyil, insanın öz içində gedən bir prosesdir. Təbii ki, məqalədə işə yarayacaq bir sıra tövsiyyələr və təqdim etdiyim üsullar olacaq. Ancaq insan dəyişməyə qərar vermədiyi müddət ərzində, heç bir metod işə yaramayacaq. Dəyişim üçün, həm də pozitiv bir dəyişim üçün mütləq dəyişimə qərar verməlisiniz.

Motivasiya Nədir?

Bəzən bir işi görərkən yüksək həvəslə, istəklə, bütün varlığımızla çalışırıq. Belə anlarda o qədər ilhamla hərəkət edirik ki, sanki qanad taxıb uçacağıq. Amma bir çoxlarının həyatında kefsiz, ətalət içində, durğun və küskün anlarının da şahidi olmuşuq. Birinci halda yüksək “performans” və məhsuldarlıq müşahidə etdiyimizi söyləsək də, ikinci vəziyyətdə bunun tam əksini deməyə məcburuq. Bəs onda niyə həmişə ilhamlı dəqiqələr keçirməyək?

Motivasiya kəlməsi, latınca “movere”, yəni hərəkət etdirmə, hərəkətləndirmə kəlməsindən götürülmüşdür.

Rokfeller hekayəsi

Bir iş adamının işləri korlanmışdı. Nə edirdisə, heç nə alınmırdı. İşlər olduqca pis gedirdi. Bir vaxtlar çox böyük uğurlar qazanmasına baxmayarq, indi böyük olan sadəcə onun borclarıydı. Bir tərəfdən kreditorlar onu sıxışdırır, digər tərəfdən alacaqlarını ala bilmirdi. Bir sözlə ürəkaçan heç nə yox idi. Malları gömrükdə ilişmişdi, vergi də ödəməli idi. İşi demək olar ki, batmışdı. Ruh düşkünlüyünə qapılmışdı və çıxış yolunu tapa bilmirdi.

Sizcə nə edəcəyini bilməyən adam necə olar? Siz nə edəcəyinizi bilməyəndə nə edirsiniz?

Sizin belə anlarda nə etdiyinizi bilmirəm, amma bu adam ofisdə çox sıxıldığı üçün bayıra çıxdı və gəzə-gəzə parka getdi. Bir az təmiz havada gəzib bir skamya tapıb oturdu. Əlləri ilə başını tutub bu vəziyyətdən necə qurtaracağını düşünməyə başladı. Elə bu vaxt, bir nəfər qoca kişi gəlib onun yanında oturdu. Qoca onun çox fikirli olduğunu görüb soruşdu: “Siz problemli bir adama bənzəyirsiniz. Deyə bilərsiniz nə olub?” O, çevrilib bu yaşlı kişiyə baxdı və dedi: “Mister, xətrinizə dəyməsin, amma bir az tək qalmaq istəyirəm”. Qoca kişi ona gülümsədi: “Bəlkə mənim köməyim dəyə bilər?” Adam onun sözünə daha da acıqlandı: “Eh, sizin mənə nə köməyiniz dəyə bilər ki?” Amma qoca əl çəkmək bilmirdi: “Maliyyə probleminiz var?”. Adam daha ona tərəf baxmadı da. Fikirləşdi ki, ona diqqət eləməsə, çıxıb gedər. Qoca cibindən bir çek kitabı çıxardı və qələmini də çıxarıb orada nəsə qaraladı. Sonra çeki cırıb ona uzatdı və dedi: “Bax gör bu qədər bəs edər?” dedi və qalxıb getməyə başladı. Adam saymazyana çeki aldı və birdən gözləri dörd oldu: “Beş yüz min dollar!” Dərhal imzaya baxdı və nə görsə yaxşıdır? Çekin altında o zaman dünyanın ən varlı adamı olan Con Rokfellerin imzası vardı. Bu adama birdən-birə sanki enerji gəldi. Sizcə o enerji hardan gəldi? Çekdənmi gəldi, qocadanmı gəldi, öz içindəmi yarandı, yoxsa kainatdan gəldi? Bəzən biz deyirik ki, Allahdan gəlir belə enerjilər. Bax bu motivasiyadır və hər zaman insanın içində var. Sadəcə oyandı!

Adam sevincindən qanad tapıb uçmaq istəyirdi. Başını az qala itirəcəkdi. Tez yerindən sıçradı və artıq uzaqlaşmaqda olan kişinin dalınca qaçdı. O, qaçaraq gəlib kişiyə çatdı və onu saxladı: “Cənab, siz mənim həyatımı xilas etdiniz”, dedi, “Mən bu borcu sizə qısa müddətdə qaytaracağam”. Qoca ona kübar bir əda ilə baxdı və cavab verdi: “Qaytarmasan da olar, mənim pulum çoxdur. Sadəcə sənə yaxşılıq etmək istədim”. Adam sevincindən uçurdu. Nə edəcəyini bilmirdi və kişi ilə sağollaşanda ona dedi: “Mən sizi tapacağam və borcumu qaytaracağam.” Tez ofisə qayıdıb işə başladı. Çeki hələlik xırdalatmaq istəmədi və kassanı açıb ora atdı. Düşündü ki, tam zərurət yarananda xırdalayar. Qollarını çırmalayıb işə başladı. Pul alacağı və verəcəyi adamları inandırıb, birincilərdən ödənişi tezləşdirməyi, ikincilərdən borcu gözləməyi xahiş etdi və bir çoxuna nail oldu. Yeni müqavilələr bağladı. Yarımçıq işləri tamamladı. Kassadakı beş yüz min dolların ona verdiyi pozitiv enerji ilə tez bir vaxtda vəziyyətdən çıxdı və o çeki xırdalamağa heç ehtiyac da olmadı. Bütün işlərini dəyərləndirməyə başladı. Keyfiyyətlə görülmüş işlər, yeni işlər gətirdi. Altı ayın içində bir milyon qazandı və çek hələ də kassada dururdu. Bir gün kassanı açdı və çeki götürdü baxdı. Üzündə xəfif bir təbəssüm meydana gəldi. “Bu pul mənə heç lazım olmadı”, – deyə düşündü və borcu qaytarmağı qərara aldı. Qoca ilə görüşdükləri parka gəlib onu gözləməyə başladı. Axşama qədər gözlədi qoca gəlib çıxmadı. O, hər gün ora gəlib qocanı gözləyirdi.Təxminən bir həftədən sonra qoca uzaqdan göründü və bu adam yerindən qalxıb onun qabağına qaçdı. Sevinclə onu salamlayıb təşəkkür etdi. Çeki ona uzadaraq dedi: “Siz mənə çox kömək etdiniz. Buyurun, buda sizin borcunuz!” Qoca saymazyana çekə baxıb cavab verdi: “Qoy səndə qalsın. Məndə bundan çoxdur”. Elə bu an, hardansa iki tibb işçisi peyda oldu və adama yaxınlaşıb soruşdular: “Bu sizi incitmədi ki?” Adam təəccüblə nə baş verdiyini soruşanda dedilər ki, bu kişi ruhi xəstədir və özünü Rokfeller zənn edir”.

Adam çaşqınlıq içində idi, donub qalmışdı. Bütün bu keçən müddətdə arxasında yarım milyonun olmasını zənn edərək möhtəşəm işlər görmüşdü. O birdən, həyatının axınını dəyişdirənin pul olmadığını anladı. Həyatı dəyişdirən, özündə tapdığın inam və inancdı. Uğurun sirri kassamızda deyil, öz qəlbimizdə və beynimizdə olanlardır. Başqa yerdə axtarmağa gərək yoxdur.

21-ci Əsrin Motivasiyası

Motivasiyanın önəmi getdikcə artmaqdadır. Motivasiyanın mənası, insanın bir hədəfi gerçəkləşdirməyə yönəlmiş cəhdlərinin sıxlığı, meyllərini və israrını əhatə edir. Əmək motivasiyasının mənasına gəldikdə isə, əmək qruplarının düzgün insanlardan təşkil edilməsi, müəyyən bir hədəfə çatmaqda edilən cəhdlərin gücləndirilməsi, yönləndirilməsi və davam etdirilməsi prosesinin effektiv bir şəkildə idarə olunmasını bildirir.

Hekayə: Bir Afrika Nağılı

Hər səhər bir ceyran oyanır Afrikada. Başında bircə düşüncə vardır: “Ən sürətli qaçan aslandan daha sürətli qaça bilmək.” Yoxsa o, aslana yem olacaqdır.

Hər səhər bir aslan oyanır Afrikada. Başında bircə düşüncə var: “Ən yavaş qaçan ceyrandan daha sürətli qaça bilmək.” Yoxsa aclıqdan öləcəkdir.

İstər aslan olun, istərsə ceyran, heç bir fərqi yoxdur. Yetər ki, günəş doğanda qaçmalı olduğunuzu, həm də dünənkindən daha sürətli qaçmalı olduğunuzu biləsiniz.

Bu Afrika nağılı, həyat adlı qaçışı nə qədər gözəl izah etmişdir! Bir gün əvvəlkindən daha sürətli qaçmaq lazımdır. Çünki əgər aslansınızsa və ən yavaş qaçan ceyranı dünən tutub yemisinizsə, həm də bu gün daha bir ceyran tutmağı istəyirsinizsə, artıq bilməlisiniz ki, ən yavaş qaçan ceyran sizdən daha sürətlidir. O halda dünənə görə sürətinizi artırmağınız lazımdır. Yox, əgər ceyransınızsa və hələ aslana yem olmamısınızsa, sürətinizi dünənə nisbətən mütləq artırmalısınız, çünki bu gün sizin növbəniz ola bilər.

İnsanlar sürəti artırmağın zəruriliyini tədricən anlayırlar. Məsələn, bu gün futbol on il əvvələ nisbətən daha sürətli oynanılır.

Rifaha qovuşmaq çətindirmi?

Rəzil yoxsulluqdan rifahın zirvəsinə nə qədər uzun yol olsa da, limitlərinizi qırmaqla siz buna nail ola bilərsiniz! Şöhrətpərəstlik planlarından ən əzəmətlisini həyata keçirə, öz ideyalarınızla qızıl məhsul götürə, şəxsi həyatla peşəniz arasındakı ixtilaflara son qoya bilərsiniz. Kainat müxtəlif sərvətləri yaratmaqda fövqəladə səxavətlidir. Sadəcə siz, öncə öz qanadlarınıza güvənməlisiniz! Qanadlarınızın sizi irəli aparacağına qətiyyən şübhə ilə yanaşmayın. Açılmamış qanadların böyüklüyü məlum olmaz! Fikirlər inadla işləməkdə davam etdiyi dövrdə məğlubiyyət yoxdur. Ləyaqətli adamın qapısını səadət boş yerə döymür. Böyük uğur qəlbdən gəlir, beyində böyüyür, əllərlə həyata keçir.

İnsanların əksəriyyəti yolayrıcılarında vurnuxmaqdadırlar. Bədəniniz bal arısı hesab etdiyiniz eşşək arılarının dişləməsindən deşik-deşik ola bilər. Lakin unutmayın ki, xaricimizdəki limitlər, daxilimizdəkilər qədər böyüyüb – kiçilirlər. Biri kor, digəri görmə qabiliyyəti olan adam quyuya yıxılıb ölümcül yaralanarsa, onların eyni vəziyyətdə olmalarına baxmayaraq, ağıllı və düşüncəli adamlar yanında korun günahı daha az olar və onu üzürlü hesab edərlər. İnsanlar yalnız danışdıqları şeylərə deyil, susduqları şeylərə görə də məsuliyyət daşıyırlar.

Böyük üstünlüklər həmişə böyük məsuliyyətlərlə əlaqədar olur. Uğur qazanmaq üçün ən zəruri ünsür hədəfdir. Hədəfi olmayanlar hara gedəcəyini bilməyənlərdir.

Babək Bayramov

NLP Master

Fərdi İnkişaf Ustadı

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər