Pis fikirdən azad olmağın 5 gözəl üsulu

Belə bir nəzəriyyə var ki, insan fikirləri maddidir. Əgər daima bədbin düşünürüksə, bu əlbəttə ki, psixi və fiziki sağlamlığın tamlığı baxımından neqativ haldır. Ona görə də əgər başımıza pis fikirlər daxil oldusa, o zaman onlardan tez bir zamanda uzaqlaşmaq lazımdır. Bəs bunu necə etməli?

5 gözəl üsul var!

  1. Mənfiliyin səbəbin tapmaq və onu yaşamaq.

Psixoloqlar təkcə pis fikirləri uzaqlaşdırmağı yox, onun səbəbini axtarmağı məsləhət verirlər. Məhz bundan sonra tez bir zamanda onlardan yaxa qurtarmaq olar. Məsələn, sevdiyiniz bir insandan bir müddət ayrı qaldıqda, münasibətlərin ayrılığa çatdığı bir vaxta siz hətta avtomobilllə qəza etmək fikrinə də düşə bilərsiniz. Elə ki, mənbəyindən asılı olmayaraq ağlınıza neqativ fikirlər gəldi, ilk addımda ondan qurtulmağa çalışın. Sonra hadisələri bir daha fikrən nəzərdən keçirmək və “bundan da pis ola bilərdi” düşüncəsi ilə razılaşmaq lazımdır. Bu üsulla siz sanki həmin vaxtı yenidən yaşayır və sizi qorxudan və beyininizi “kilitləyən” səbəbi araşdırmış olursunuz. Bu pis fikirləri özünüzdən uzaqlaşdırmağa kömək edir və bir müddətdən sonra siz bu haqda unutmuş olursunuz.

2. Yaz və yandır

Pis fikirdən qurtulmaq üçün daha bir yol-onun haqqında hər bir xırdalığı ilə vərəqə yazmaqdır. Sonra dəfələrlə oxumaq və vərəqi yandırmaq lazımdır. Bundan sonra yazılanların çoxu sizə gülməli görünəcək, xüsusilə əgər onu yumorlu “şer” kimi yazsanız. Yeri gəlmişkən fikirlərinizə zarafat kimi baxmaq-ondan qurtulmaq üçün ən gözəl yollardan biri və ya onun təsirini sizin həyatınızda minimuma endirmə üsuludur.

Əgər pis fikirlər hər hansısa qorxu ilə bağlıdır-psixoloqlar tövsiyə edirlər ki, bu zaman qorxunun “gözünə dik baxmaq” lazımdır, yoxsa ondan qurtulmaq çətin olacaq. Maşınımla qəza etmək qorxusunu avtomobil sürməyi öyrənməklə və ya ekstremal sürücülük kursları keçməklə aradan qaldırmaq olar.

3.Pozitivlə yüklənmək.

Pis fikirlərdən uzaqlaşmaq üçün müəyyən məşğuliyyətlər tapmaq lazımdır. Bu təkcə başı digər fikirlərlə doldurmayacaq, həm də yeni nə isə ilə məşğul edəcək, sizdə yeni müsbət emosiyalar yaranacaq. Yaxşı olar ki, bu zaman siz tam komfortlu sahə seçəsiniz. Məsələn, əgər siz utancaqsınızsa, teatr və ya ritolika kurslarına yazıla bilərsiniz. Bu zaman fikirlərdə və ruhi vəziyyətdə köklü inqilab baş verəcək, bu da sizə narahat olduğunuz vəziyyətdən çıxmağa kömək edəcək.

4. İdmanla dostluq etmək.

Pis fikirlə mübarizə aparmaqda idman kömək edir. Nahaq yerə onu depressiya ilə mubarizə vasitəsi hesab etmirlər. İntensiv fiziki yüklənmə zamanı orqanizm eyforiyaya səbəb olan endorfin ifraz edir. Bu səbəbdən uzun müddətli yuruşdən, üzgüçülükdən və trinajordan sonra insan daima pozitiv düşünür.

5. Pozitiv ünsiyyət qurmaq.

Ən vacibi pozitiv insanlarla ünsiyyət qurmaqdır. Ola bilər ki, pis fikirlər sizin başınıza ətrafdakıların danışıqları zamanı yüklənib. Ona görə də əhatənizdəki insanları dəqiqliklə analız etmək, daima həyata neqativ baxan insanlardan uzaqlaşmaq lazımdır.

qadin.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər