İnsan danışdıqca rahatlaşar

“İnsan danışdıqca rahatlaşar” – Freydin “psixoanalizə giriş” konfranslarından birində işlətdiyi gözəl bir cümlədir. Psixoanalitik terapiya olsun və ya olmasın, fərq etməz, araşdırmalar göstərir ki, danışığa, söhbətə əsaslanan müalicə şəxsin duyğusal simptomlarını və narahatlıqlarını azaldır. Dərman müalicəsi və qısa müddətli psixoterapiyalar birlikdə konsultant və pasiyent arasındakı münasibəti ən önəmli vasitə kimi istifadə edərək şəxsin müsbətə doğru dəyişməsinə şərait yaradır.

İnsanın somatik (fiziki) xəstəlikləri olduğu kimi, psixoloji xəstəliklərinin də olması normal bir haldır. Necə ki, fiziki narahatlıqlarımız zamanı mütəxəssisə müraciət ediriksə, psixoloji narahatlıqlarımız zamanı da eyni qaydada işi bilən bir mütəxəssisə müraciət etməliyik. Adətən insan psixoloji cəhətdən özünü yaxşı hiss etmədiyi zaman onun ən yaxınında olan insanlar belə məsləhət verir: “Özün özünə kömək etməyi bacarmalısan, insan özü özünün psixoloqu olmalıdır, sən güclüsən, bunun üstəsindən gələ bilərsən”. Bu psixoloqun cəmiyyətimiz tərəfindən hələ də mütəxəssis kimi qəbul olunmamasından qaynaqlanır. Necə ki, başımız ağrıyan zaman, daxili orqanlarımızda problem olan zaman, gözlərimiz zəif görməyə başladığı zaman özümüz bunun üstəsindən gələ bilmiriksə, analoji olaraq psixoloji problemlərimiz zamanı da bunu işini bilən bir mütəxəssisə müraciət edərək həll etməliyik. Çünki psixoloji sağlamlığımız da fiziki sağlamlığımız qədər önəmlidir. Hətta, deyərdim ki, ondan daha önəmlidir. Artıq dövrümüzdə “Sağlam bədəndə sağlam ruh olur”, düşüncəsi öz yerini “Sağlam ruhda sağlam bədən olur” düşüncəsinə vermişdir. Psixoloji xəstəliklər fiziki xəstəliklər kimi özünü tez biruzə verən, tez fərqinə varılan xəstəliklər olmasa da psixoloji sferada baş verən narahatlıqlar çox keçmir ki, şəxsin fiziki sağlamlığına da, şəxsiyyətlərarası münasibətlərinə də, gündəlik həyatına da təsir etməyə başlayır. Yaşadığımız cəmiyyətdə isə insanlar hələ də psixoloji narahatlıqlarını bir xəstəlik kimi görmür və mütəxəssisə müraciət etməkdən çəkinirlər.

Psixoloqa müraciət etmək iki fərqli cəhətdən bizə faydalı ola bilər. Psixologiya üzrə təhsil almış və işini bilən bir mütəxəssis şəxsi terapiya prosesində sualları ilə istiqamətləndirir və şəxsin özünün belə fərqində olmadığı problemləri üzə çıxardır. Problemlər, narahatlıqlar tam aydınlaşdırıldıqdan sonra müalicə planı hazırlanır və tətbiq edilir. Digər tərəfdən, insanın heç tanımadığı birinə öz narahatlıqları və problemləri haqqında danışması onun problemə daha fərqli prizmadan baxmasına kömək edəcək. Psixoloq mütəxəssisdir və bizə ətrafımızda olan insanlar içərisində ən obyektiv şəkildə baxa bilən biridir. Bizim bilmədiyimiz problemləri aşkara çıxarda bilə, ya da görmək istəmədiklərimizi görməyimizə kömək edə bilər. Problemlərə kənardan baxan bir mütəxəssisin dəyərləndirməsi, düşüncəsi problemin içində olan insanlarınkından təmamilə fərqli olacaq.

Lakin yadda saxlamaq lazımdır ki, psixoterapiyadan yaxşı nəticə almaq üçün hər şeydən öncə insan özü də çalışmalıdır. Yaşadığımız dövrdə psixoloqa “sehrbaz” kimi münasibət bəsləyən insanlar kifayət qədərdir. Lakin, nə psixoloq sehrbazdır, nə də terapiya sehrli çubuqdur… Seçdiyimiz mütəxəssis ölkədəki ən yaxşı mütəxəssis ola bilər, ən məşhuru ola bilər, amma əgər biz özümüz dəyişmək, yaxşılaşmaq istəmiriksə bütün bunların, demək olar ki, heç bir əhəmiyyəti yoxdur. Psixoterapiya bizə fərqli baxış bucağı qazandıracaq. İndiyə qədər görmədiklərimizi görməyimizə yardımçı olacaq. Ancaq psixoloqun otağından daha yaxşılaşmış vəziyyətdə və ya əvvəlki kimi çıxmağımız özümüzdən asılıdır.

Aytən Eminova

Bakı Dövlət Universiteti, Psixologiya fakultəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər