Fəridə Həsənova: ” Analar nə qədər uşaqlarının əvəzinə onların işlərini görsələr…” – MÜSAHİBƏ

“DÜŞÜNCƏ” Psixologiya Jurnalının “Müsahibələr” rublikasının budəfəki qonağı Narınc Uşaq Psixologiya Mərkəzinin “İnkişaf Geriliyi” şöbəsinin müdiri, inkişaf geriliyi üzrə mütəxəssis Fəridə Həsənovadır. Çox pozitiv bir auraya malik olan Fəridə xanımla gözəl və səmimi bir müsahibəmiz baş tutdu.

  • Pxologiyada inkişaf geriliyi dedikdə nə nəzərdə tutulur?
  • İnkişaf geriliyi əslində çox geniş mənada uşaqlarda sadəcə yaş bacarıqlarının ləngiməsi olur, bunu belə inkişaf geriliyi adlandıranlar olur. Əslində isə inkişaf geriliyi patalogiyalarla izlənilir, ən əsası isə insanın normal yaşamına ciddi əngəl törədəcək şəkildə olur. Bu bəzən genetik səbəbdən, paralel hamiləlik və doğumda alınan travmalardan sonra ortaya çıxır; problemi genişləndirən isə valideynlərin və ətrafın səhlənkarlığıdır.
  • Ən geniş yayılmış inkişaf geriliyi xəstəlikləri hansılardır?
  • Ən çox müraciətlər uşaqların inkişafında yaranan problemlərlə bağlıdır. Düzdür, əvvəllər də belə problemlər var idi, lakin, o zamanlar bu problemləri adlandıra bilmirdilər. Amma bilmək lazımdır ki, hər problemin öz adı var. Müasir texnologiya vasitəsilə valideynlər məlumat toplaya bilərlər, dərin məlumat üçün təbii ki, mütəxəssisə müraciət etməlidirlər.
  • Müalicə üsulu olaraq hansı metodlardan isrifadə edirsiniz?
  • Hər diaqnozun özünə görə metodu olur. Amma ümumi olaraq qeyd etsək, “Beceri öğretim yöntemleri”, “Montesorri”, “Basamaklandılırmış yöntem” və .s…. qeyd edə bilərik.
  • Autizmin əlamətləri hansılardır?
  • Bu suala hər kəsin bildiyi və oxuduğu şəkildə dəyərləndirmək istəməzdim. Daha doğrusu, hamımızın bildiyini terapi üçün daha sadə şəkildə izah etmək istəyirəm; autizmsindromlu uşaqlarda narahatlıq 3 sferada görünür: sosial, emosional və intellektual. İnternetdə ən çox sosial sferanın əlamətləri göstərilir. Çünki, bu ixtisasda olmayan şəxslərin görə biləcəyi əsas əlamətlər sosial sferanındır.

Sosial sferada görünən əlamətlərə aiddir, ada qarşı reaksiyanın olmaması, göz kontaktının olmaması, ünsiyyətə girə bilməməsi, insan çox olduğu yerlərdən qaçması, fikri ifadə etmək üçün sözlərdən yox, hərəkətlərdən istifadə etməsi.

Emosional sferadakı əlamətlərə aiddir, yaşa uyğun reaksiyaları verməməsi, digər şəxslərin emosiyalarını başa düşməməsi, qoxulara, yüksək səsə, gur işığa kəskin reaksiyaların olması, səbəbsiz ağlamaq və gülmək.

İntellektual sferada görünən əalmətlərə isə bunlar aiddir: Analizin,əşyalara meylin olmaması,qaydalı oyunları qavramaması, stereotiplərin olması, fikri ifadədə bacarıq göstərməməsi, exolaliya, eyniliyə meyllilik.

  • Uşaqlarda bunu ən tez neçə yaşından hiss edə bilərik?
  • Autistik əlamətlər ilkin olaraq uşaqlarda 7 ayından müşahirə olunur. Çünki, uşaqların ada reaksiyaları, emosional kontaktı 6-9 ay arası formalaşır. Əgər uşaqda bu müddətdən sonra da bu bacarıqlar yoxdusa şübhələnə bilərik. Lakin, diqanozu 3 yaşı olmadan qoyulmur.
  • Valideynlər üçün əsas siqnal əlamətlər hansılar olmalıdır?
  • Əsas siqnallar emosional davranışlara reaksiyaların, ada reaksiyaların, göz kontaktının olmaması ola bilər; paralel olaraq digər əlamətlər də müşahidə oluna bilər.
  • Uşaqlarda inkişaf geriliyinə səbəb olan əsas faktorlar hansılardır?
  • Əsas əlamətlər sırasında genetika, doğum və hamiləlik zamanı alınan travmalar, doğumdan sonra yaş ləngimələri və pedaqoji baxımsızlıq və s.ola bilər.
  • Mərkəzə ən çox hansı diaqnozla müraciət olunur?
  • Ən çox autizm və bənzəri diaqnozlar, əqli gerilik və növləri nevroloji diqanozlar və .s… Mərkəzimizdə mütəxəssislər konkret olaraq müəyyən diqanoz üzrə ixtisaslaşdıqları üçün istənilən diaqnozlu uşağı qəbul edə bilirik.
  • Son olaraq valideynlərə nə tövsiyyə edərdiniz?
  • Diqqətli olsunlar! Gələcəyimizi sağlam saxlasınlar.İnsanı inkişaf etdirən fəaliyyətdir. Fəaliyyətdə olmayan insan təbii ki, ləngiyir. Analar nə qədər uşaqlarının əvəzinə onların işlərini görsələr( paltarlarını geyindirsələr, yeməklərini yedirsələr….) uşaqlar passivləşər və inkişafdan geriqalma daha qabarıq şəkildə müşahidə olunar. Ən əsası unutmayaq ki, psixoloji problemi olmayan insan yoxdur; bu problemi qəbul edən və həll edən, onunla birlikdə yoluna davam edən insan vardır.

Fəridə Qasımova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər