Seçim qarşısında qalmaq – Qərarsızlıq

Bəzən həyatda bacarmadığınız, qərar verə bilmədiyiniz elə şeylər ola bilər ki, sizin üçün başqaları çarə tapa bilər; məsələn xəyalınızdakı evi bənna sizin üçün tikə bilər, sevdiyiniz paltarı dərzi sizin üçün biçə bilər, bəyəndiyiniz cəvahiratı zərgər sizin üçün düzəldə bilər, və ya bütün bu məsələlərin seçim mərhələsində ailəniz, dostlarınız, yaxınlarınız sizə kömək edə bilər, amma bəzən elə ciddi bir məsələ qarşısında qərarsız qala bilərsiniz ki, bu zaman çarəsini yalnız özünüz tapmalısınız!

Xədicə.A

İnsanlar bütün həyatı boyu daima seçim qarşısında qala bilər. Seçim qarşısında qalmaq elə bir vəziyyətdir ki, burda əsas güc insanın öz üzərinə düşür. Mən də zamanla hər hansısa məsələlər qarşısında qərarsız qalmışam, bu günlərdən birində qərarsızlıq sindromu ilə tanış oldum. Təbii ki, sindrom dedikdə söhbət artıq xroniki bir hal almış qərarsızlaqdan gedir. Psixoloq Reyhan Algülün məqaləsində oxuduğuma görə xroniki qərarsızlıq halında insan gündəlik olaraq daima dilemma qarşısında qalır və ən sadə qərarları belə tək başına verə bilmir. Mən daha da dərinə gedib, qərarsızlığın kökünün haradan gəldiyini araşdırmaq istədim, təbii ki, həmişə olduğu kimi yenə də kökü bizim uşaqlığımıza dayandı.

Hamımız uşaq ikən valideynlərimiz az da olsa səhv hərəkət etdiyimiz zaman bizi cəzalandırmaq üçün vurublar, daha sonra biz ağladığımız üçün onlar bizi qucaqlayıblar, öpüblər, əzizləyiblər. Təbii ki, bildiyimiz kimi bu bir analıq instinktidir ki, ana öz övladının incinməsinə, ağlamasına dözə bilmir, səbəbi özü olsa belə. Bu davranışın nəticəsi olaraq isə biz valideynlərimizin hisslərindəki qərarsızlığı görürük və öyrənirik.

Başqa bir misala nəzər yetirək; məsələn uşaq vaxtı daima valideynlərimizlə, xüsusən də anamızla məktəbdə etdiklərimizi, həyətdə dostlarımızla oynayan zaman başımıza gələn hadisələri bölüşürük, amma valideynlərimizdən diqqət görmədikdə, bizi dinləmədiyini hiss etdikdə və ya etdiklərimizə əhəmiyyət vermədikdə bizim özümüzə inamımız zəifləyir. Bir dəfə belə olsa bu hadisə ilə qarşılaşmağımız, valideynmizdən müsbət reaksiya almamağımız bizim daima harada səhv, harada doğru etdiyimizi düşünməyimizə və qərar verə bilməz vəziyyətə gəlməyimizə səbəb ola bilər.

Qərarsızlığın səbəblərinə nəzər yetirsək bunlara özünə inamın əskikliyi, gələcəkdən qorxmaq, məsuliyyət daşımaq istəməmək, xeyr deyə bilməmək, başqaları nə deyər qorxusu və ailənin tərbiyəsi kimi faktorlar daxildir. Bu kimi problemlərin olması insanların yeniliklərə qarşı qərarsız qalmasına, qərarsız qaldığı zaman əsəblərinin gərilməsinə, həyəcan keçirtməsinə və buna görə də sonda qərar verə bilməməsinə və ya yalnış qərar verməsinə gətirib çıxarır.

İndi isə mövzumuzun əsas məğzindən biraz bəhs etmək istəyirəm. Bununla hamımız razıyıq ki, paltar, ayaqqabı, ev və maşın almaq istədiyimiz zaman belə dilemma qarşısında qalırıq, stress keçirməmək üçün ailəmizdən, dostlarımızdan və yaxud da elə satıcıdan kömək istəməyimiz ən yaxşı çıxış yollarından biridir. Bunu da unutmayaq ki, onlar bizim yerimizə qərar vermirlər, onlar sadəcə qərar verməyimizdə iştirakçı rolu oynayırlar, aparıcı isə biz özümüzük. Bəzən onların qərarına daha çox üstünlük verib, sonradan peşman olsaq belə, bu peşmançılıq bizim həyatımızda qlobal bir vəziyyət yaratmır. Ancaq elə bir vəziyyət ola bilər ki, bu zaman başqasının fikrinə daha çox önəm verib addım atsaq, sonrakı peşmançılığımızın ağır nəticələri ola bilər. Bunlardan ən əsası və hal – hazırda cəmiyyətimizdə ən geniş yayılmış problemdən biri – həyat yoldaşı seçimidir.

Həyat yoldaşı seçmək, ömrünə, ürəyinə, ruhuna sahib olacaq birini tapmaqdır, amma indiki zamanda bir çox gənc, müxtəlif səbəblərdən evlilik qərarını verməkdə gecikir, hətta bəziləri bu qərarı heç verə bilmir. Bu vəziyyət də gec yaşlarda baş verən evliliklərin çoxalmasına səbəb olur. Mən düşünürəm ki, bəzən daha cavan yaşlarda edilən səhv bir evliliklə müqayisədə gec yaşda reallaşan doğru bir evlilik daha üstündür.

İlk növbədə düzgün insanı seçə bilməyimiz üçün zaman – zaman beynimizdə bu insanın modelini qurmalıyıq, ancaq bu model təkcə xarici görünüşü yox, daxili görünüşü də içində əks etdirməlidir. Mənim düşüncəmə görə çox vaxt qızlar atalarının, oğlanlar da analarının modelini evlənmək istədikləri insanlarda axtarırlar, çünki bizim gördüyümüz ilk model valideynlərimizdir. Ona görə də valideynlərimiz bizim gözümüzdə elə düzgün model yaratmalıdırlar ki, gələcəkdə biz qərarsızlıq yaşamayaq. Qərarsızlıq yaşamamaq üçün valideynlərimizin modelinin axtarmaqla yanaşı biz özümüzə bu sualları verməliyik. Görəsən, evlənəcəyim insan ilə həqiqətən xoşbəxt ola bilərəmmi? Onda olan xüsusiyyətlər həqiqətən məni xoşbəxt edəcək xüsusiyyətlərdirmi, və ya gələcəkdə uşaqlarımın həyat yoldaşıma oxşamağını istərdimmi kimi suallar.

Qərarsızlıq yaradan bir mövzu da sevdiyi insanın evləndikdən sonra dəyişib-dəyişməyəcəyi mövzusudur. Çoxumuz böyüklərimizdən “evlənəndən sonra dəyişəcək” cümləsini eşitmişik. Əgər bu deyim üzərində biz ailə həyatı qursaq və xoşbəxt olmasaq, həyat yoldaşımızın xasiyyəti daha da ağırlaşsa bu zaman günahı böyüklərimizin üzərinə atmaq bizi ziyandan geri çevirirmi? Xeyr, təbii ki. Və yaxud da ikinci bir deyim “uşaq olandan sonra dəyişəcək”. Bildiyimiz kimi bu artıq təsdiqlənmişdir ki, bir ailədə uşaq dünyaya gəldikdən sonra valideynlərin sevgisi ikiyə bölünür. Bundan irəli gələrək düşünək əgər sizin həyat yoldaşınızın uşaq olandan əvvəl sizə sevgisinin miqdarı az idisə və bu sevgi uşaq dünyaya gələndən sonra bölüşərək daha da azaldısa o zaman nə edəcəksiniz? Ona görə də gələcəkdə seçim qarşısında qalmamaq üçün bu deyimlərdən yola çıxaraq ailə həyatı qurmağınız məsləhət deyil. Evlilik təkcə qarşımızda dayanan bir missiya deyil, yəni bizim yerinə yetirməli olduğumuz bir vəzifə deyil, evlilik xoşbəxtliyin qaynağıdır.

Son olaraq demək istərdim ki, seçim edərkən həm hisslərinizin, həm də ağlınızın səsinə qulaq asın, amma qərar verərkən onların ikisindən də yaranan modelə əsaslanın…

Aşurova Xədicə

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər