Bəzən insanın həyatında elə anlar olur ki, ömür boyu biganə qaldığı xörəyi yemək istəyi yaranır. Özümüz də hətta “bu nə üçün olur?” -deyə təccüblənirik. Sualın cavabını beynin insan psixplogiyası, davranışı ilə əlaqəsi ilə bağlı araşdırma aparan neyrobioloq alimlər tapıblar. İnsanların qastronomiya davranışlarını tədqiq edəndən sonra belə qənaətə gəlinib ki, bizim yediyimiz, əhval ruhiyyəmizə və xarakterimizə təsir edir.

“Əgər siz masada daha çox tərəvəz və ya meyvə olmasını sevirsinizsə, demək həyatınızda ciddi dəyişiklər gedir”, -deyə Norveç Universitetinin psixoloqu Olaf Lindstrem bildirib. Qəfildən nəyisə, məsələn, yerkökü gəmirmək hissi yaranırsa, demək, sizdə hər hansı kədərli hisslər yaranıb. Almanı görəndə ağzınızın su axırsa – işləmək üçün ruh yüksəkliyi yaranıb.

Kələm – qənaətcillik və xəsislik

Kartof – başqalarının nəzər nöqtəsinə sakit və səbrli olmaq

Pomidor – ailəni və uşaqları hər kəsdən çox qiymətləndirməyə başlamaq

Çiyələk – sizin gözəl zövqə və özünü gözəlliklərlə əhatə etməyə təlabatınız yaranması

Badımcan və şirin bibər – məqsədyönlü olmağa qərar verməniz

Turş yemək – sizin qəlbinizdə eqoistlik hissinin oyanması

Şirin – sizin romantik və fədakar olmanıza

Duzlu – hər şeyə nail olursunuz, qürur və tərif eşitmək istəyirsiz

Hər hansı sulu yemək – şorba və ya bulyon istəyirsinizsə, deməli, özünüzü tərk edilmiş və tənha hiss edirsiniz. Yox, əgər quru və soyuq qidaya üstünlük verirsinizsə içinizdə narahatlıq və həyəcan var.

Bundan əlavə, az yemək yeyən insan güvənsizlik hissi – ya xəstədir, ya da psixi problemi var yaradır.

Fransa Milli tibb və sağlamlıq institutunun əməkdaşı Jan Robinin sözlərinə görə, yeməkdən zövq alanların intim hissləri, daima pəhriz saxlayan, kalori hesablayanlarla müqayisədə daha qüvvətli olur.

Qidalanma şəkli bəzən hətta insanların istirahəti ilə də müəyyən edilə bilər. Belə ki, yüksək kalorili yeməyi sevənlər adətən ABŞ, Böyük Kanyon, Disneylend, Las Veqas, Florida, İtaliya, Türkiyəni, az yeyənlər isə Karib hövzəsini, Kaliforniya, Fransa, müalicəvi sanatoriyalara üstünlük verirlər.

Nərmin Nəsirli

Leave a comment

Your email address will not be published.