Qızlar Universitetinin tələbələri NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİNDƏ təcrübə keçirlər

Qızlar Universitetin Psixologiya fakultəsinin tələbələri NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİNDƏ təcrübə proqramı ilə iştirak edirlər. 2 növbədə olmaqala 33 tələbə hər gün müxtəlif psixoloji konsultasiyalarda, mütəxəssislərin müxtəlif psixoloji mövzularda verdikləri seminarlarda iştirak edirlər. Eyni zamanda hər gün öyrəndikləri yeniliklər və bilgilərlə bağlı mütəxəssislərlə birlikdə müzakirələr ararır, lazımi suallarına cavab alırlar.

Təcrübənin gedişatı ilə əlaqədar tələbələr arasında anonim sorğu keçirdik. Sorğunun nəticələrindən bir neçəsini sizlərə təqdim edirik.

  • Mərkəz həqiqətən çox yüksək səviyyədədir. Həm səliqə-səhman, şərait həm də ,müəllimlər sözün əsl mənasinda superdir. Bu praktikada indiyəcən bildiyim nəzəriyyələrin sadəcə kağız üzərində olduğunu gördüm. Praktiki tərəf çox daha maraqlıdır. Bugünku seminarı isə çox bəyəndim.
  • Əvvəlcə mərkəzin rəhbərliyinə – Elnur bəyə və Narınc xanıma bizə bu şəraiti yaratdıqları üçün minnətdarıq! Mərkəzdə işləyən mütəxəssilər həm praktik,həm nəzəri cəhətdən çox şey öyrətdilər. Xüsusilə Fəridə Həsənova öz gözəl aurası ilə xoş abu-hava yaradır. Bilmədiyimiz mövzular haqqında geniş məlumat verir. Psixoloqlar,pedoqoqlar bizim hər bir sualımızı cavablandırır. Valideynlər də çox razıdırlar. Bugün də seminardan çox razı qaldım. Aygül xanım və Fəridə xanım bizə suallar verdilər və uşaqlarnan maraqlı qrup terapiyası təşkil etdilər.
  • Bu mərkəzə gəldikdən sonra deyə bilərəm ki, mən keçən il praktika nə olduğunu bilməmişəm. Rahat və səliqəli otaqları və xüsusilə də burdakı mütəxəssislər tam ürəyimcədir. Çox təssüflənirəm ki, müddət 2 həftədir. Yadımda qalan bir çox psixoloq, loqoped xanımlar var ki, onların konsultasiyaları çox xoşuma gəldi. Ümumilikdə çox razıyam. Yaxşı ki, bu mərkəzlə, bu insanlarla tanış oldum.
  • Mərkəz çox rahatdır, praktikamızın səmərəli keçməyi üçün hər cür şərait yaradılıb. Kondisioner də var hətta! (gülümsəyir) Praktikamız super keçir. Maksimum dərəcədə hər şeyi öyrətməyə çalışırlar. Biliklərimi xeyli artırmışam. Fəridə xanım və Aygül xanıma da dərin minnətdarlığımı bildirirəm, çünki kurslar səviyyəsində seminarlar təşkil edirlər.
  • Mərkəz digər uşaq psixologiya mərkəzləri ilə müqayisədə çox irəlidədir. Burada daha çox pasient var və daha tez alınan nəticələr gördüm. Təcrübəni burada keçdiyimiz üçün çox şanslıyıq. Bizə daha çox səmərəli şərait yaradırlar. Bugünkü treninq çox məhsuldar oldu!
  • Mərkəz savadlı mütəxəssisləri, gülərüz kollektivi ilə diqqətimi çəkdi. Hələki konsultasiyasında olduğum Sevinc xanıma, Aygül xanıma, Əminə xanıma və Günay xanıma mənə bu 1 həftə ərzində verdikləri biliklər üçün təşəkkür edirəm. Seminar məni çox qane etdi. Bizim üçün əziyyət çəkən bütün insanlara minnətdaram. Bu mərkəzdə işləmək ən böyük arzumdur, İnşallah olar!

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər