Sevgisiz böyüyən uşaqların boyu balaca olur

Uşaqların boy problemi günümüzün aktual mövzularından biridir. Türkiyənin Nəcməddin Ərbakan Universitetinin professoru Mehmet Emre Atabek bildirib ki, uşaqların boyu ana qarnında artmağa başlayır və yeniyetməlik dövrünün sonuna qədər davam edir. Uşaqlarda qısaboyluluğun müxtəlif səbəbləri olduğunu deyən professorun sözlərinə görə, xüsusən xroniki xəstəliklər və yetərsiz qidalanma da boy problemi yaradır.

Amma maraqlıdır ki, boy probleminin səbəbləri sırasında sevgisizlik də yer alır: “Valideynləri tərəfindən sevilməyən, sosial problemləri çox olan ailələrin uşaqlarında boy problemi xüsusən müşahidə olunur. Ata-anadan ayrı böyüyən ya da valideynləri ayrılmış uşaqlar xüsusən sevgisiz böyüyürlər. Bu uşaqların boy artımında bir fasilə görünür.

Sevgi görməyən uşaqlar xəstəxanaya göndəriləndə isə onlar heç dərmandan istifadə etmədən boy problemi yoluna qoyulur. Burada uşağa sevgi, psixoloji dəstək verilir. Professor deyib ki, sevgi olmayanda böyüməni təmin edən proteinlərdə də dəyişikliklər yaşanır.

(musavat.com)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər