Pasient: ” Psixoloq məni necə sağalda bilər axı, dərmansız, yalnız sözlə?!” – MÜSAHİBƏ

Bügünkü müsahibimiz biraz fərqlidir. Çox zaman psixoloqlardan, onların işi barədə reportaj hazırlayırdıq. Bu gün isə qonağımız bir xanım pasientdir. hansı ki, uzun tərəddütlərdən sonra psixoloq köməyindən yaralanmağa qərar vermiş bir xanım… O dərdinin əlacını məhz burda tapdı – NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİNDƏ…. Beləliklə, bu xanımın qısa həyat hekayəsini sizlərə təqdim edirik!

PS: Anonimliyi qorumaq məqsədilə xanımın adını qeyd etmədik…

  • Neçə müddətdir psixoloq köməyindən yararlanırsınız?
  • Iyun ayının 10 dan. Artıq 5 seansdır.
  • Gəlməyə necə qərar verdiniz?
  • Sözün düzü əvvəl çox qərarsız idim. Həkim müalicəsi alırdım. Dərmanlar mənə heç bir kömək etmirdi. Getdikcə daha da pisləşirdim, özümü günü-gündən daha da pis hiss edirdim.
  • Narahatçılıqlarınız nə idi?
  • Limfa vəzilərim şişmişdi,zobum var idi. Bunu çox ürəyimə salmışdım. O qədər çox düşündüm ki, artıq bütün bədən üzvlərimin xəstə olduğuna inanmağa başladım. Düşünürdüm ki, hər yerim xəstədir və mən tezliklə öləcəyəm! Arıqlamağa başlamışdım, demək olar ki, yemək yemirdim, gecələr yatmırdım, bütün bədənim əsirdi. Bu vaxt başladım saytlarda axtarmağa ki, mən bu vəziyyətdən çıxa bilərəm. Hər yerdə oxudum ki, psixoloqun köməyi ilə çıxa bilərəm.
  • Mərkəzimizi necə seçdiniz?
  • Narınc Uşaq Psixologiya Mərkəzi haqqında, Ofelya xanım haqqında bir yaxınımdan eşitmişdim. Bir həftə oturub fikirləşdim. Tərəddüdlərim var idi. Düşünürdum ki, psixoloq məni necə sağalda bilər axı, dərmansız, yalnız sözlə?! Nəhayət özümdə güc tapdım və Ofelya xanımın qəbuluna yazıldım.
  • Ilk seans sizə necə təsir bağışladı?
  • İlk seansa gələndə elə bil ki, boğazımda iri bir düyün var idi, nəfəs ala bilmirdim. Burdan çıxanda artıq o düyün yox olmuşdu. ( gülümsəyir) elə ilk seansdan dərmanları qəbul etməyi dayandırdım. Bugün özümü daha sağlam və güclü hiss edirəm. Son zamanlar özümə baxımsızlığım var idi, hec nəyə həvəsim yox idi. Bügün isə hər şey tam qaydasındadır, hətta Ofelya xanım özü belə bügün məni tanımadı. ( gülümsəyir)
  • Həyatınızda nə dəyişib? Artıq 5 seansınız bitib. Müqayisə edəndə nə dəyişiklik görürsünüz?
  • Məsələn, əvvəllər hamının dərdini özümə yaxın buraxırdım, hamıya qulaq asırdım, yazığım gəlirdi, hamının dərdini yığırdım öz üstümə. Qərar vermişəm artıq buna yol verməyəcəm. Hər dəqiqə xəstəliklər haqqında düşünürdüm. Buna da son qoymuşam.
  • Bu fikirlər şəxsi həyatınıza necə təsir etmişdi?
  • Çox pis təsir edirdi. Söz deyiləndə tez özümdən çıxırdım,heç kimlə danışmaq istəmirdim,özümə qapanmışdım, ailə üzvlərimlə ünsiyyətimiz qırılmışdı. Bütün gün internetlə məşğul olurdum ki,xəstəlik haqqında yeni bir şey tapım. Indi internetde elə bir şeylərə rast gələndə ötüb keçirəm,oxumuram.
  • Ailəniz razıdı sizin dəyişikliyinizdən?
  • Yoldaşım çox razıdı. Deyir gərək əvvəldən gedərdin psixoloqa. Psixoloqlar haqqında olan fikrim dəyişdi tamam. Demək ki, sözlə insanı sağaltmaq olarmış. Sözün qüdrəti çoxmuş!
  • Bəzən deyirlər ki,yaxın dostun varsa psixoloq lazım deyil,nəyə lazımdır, həmən sözləri sənə dostunda deyə bilər…
  • Yox, elə deyil! Yaxın dosta hər şeyi açıb deyə bilmirsən. Amma psixoloq sənin içində olan hər şeyi aşkara çıxardır.
  • Çox adam psixoloqun işinə səthi yanaşır ki, o mənə nə edəcək ki?
  • Mənim anam deyirdi ki,özün özünün psixoloqu ol da. Çalışırdım özümə yaxın buraxmıyım fikirləri,problemləri amma olmurdu. Adamın içi dolu olanda alınmır. Kimə boşaldasan? Güzgüyə, divarlara? Amma psixoloq esənin içini elə təmizləyir, elə çıxardır ki üzə…
  • Tərəddüddə olan insanlara nə məsləhət görərdiz?
  • Onlara məsləhətim budur ki,fikirləşməsinlər. Gəlsinlər psixoloqa. Əgər ehtiyac varsa, mütləq müraciət eləsinlər. Şəfa tapmaq mümkündür.
  • Çox sevindim,çox pozitiv olmusuz, bu əhval-ruhiyəniz mənə də keçdi. Sizə uğurlar arzu edirəm!
  • Təşəkkür edirəm, Sizlərə də işlərinizdə Uğurlar!

QEYD: Şəkil pasientin öz real şəkli olmayıb hər hansı internet şəklidir. Anonimliyi qorumaq naminə pasientin öz şəklini yerləşdirmədik.

Hazırladı: Fəridə Qasımova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər