Sevinc Hacıyeva: Əsl xoşbəxt ailə elə odur ki, bütün problemlərin içərisində yenə də bir-birinə olan bağlılıqlarını, sevgilərini qoruyub- saxlaya bilsinlər

Ailə- bu o qədər mürəkkəb sözdür ki, onu rahatlıqla ifadə etmək olmaz. Bu söz özündə bir çox fikri əks etdirir. Çünki hər bir insanın gələcəkdə cəmiyyət içərisəndə tutduğu mövqe bir başa ailədən irəli gəlir. Xoşbəxt ailələr xoşbəxt ailələri törədir, necə ki, bədbəxt ailələr də bədbəxt ailələri törədir. Bəs xoşbəxt ailə nədir? İnsanlar niyə xoşbəxt olmur? Daha doğrusu xoşbəxt ailələrə sahib ola bilmir?

Yer kürəsində elə bir ailə tapmaq olmaz ki, o ailənin içərisində problemlər yaşanmasın. Lakin bu ailəni quran fərdlərdən bəziləri güclü, bəziləri zəifdir. Necə ki, həyatda hər şeyin öhdəsindən güclülər qalib gəlir, ailədə də belədir. Ailədə özünə möhkəm, güclü, iradəli və s.insanlar tələb edir. Əsl xoşbəxt ailə elə odur ki, bütün problemlərin içərisində yenə də bir-birinə olan bağlılıqlarını, sevgilərini qoruyub- saxlaya bilsinlər. Ailələrin çoxusu xoşbəxt ola bilmir. Bu əslində bəzən normaldır. Çünki iki insan fərqlə həyatda, fərqli mühitdə böyümüş insan oxşar həyata, mühitə uyğunlaşmağa çalışır. Lakin bəzən tərəflərdən biri uyğunlaşa bilmir və bu da ailənin bədbəxtliyinə gətirib-çıxarır. Yuxarıda qeyd etdiyim kimi xoşbəxt ailələr xoşbəxt ailələri törədir. Çünki insan öz ailəsində gördüklərini nümunə götürüb gələcəkdə quracağı ailədə onu tətbiq edir. Çox az ehtimal olunur ki, pis ailələrdə böyümüş uşaqlar həyatlarından nəticə çıxararaq xoşbəxt ailə qura bilsinlər. Çünki əksər insan ana- atasından gördüklərini nümunə götürərək özü də illər sonra əksər hallarda elə ana elə ata olur və deyir ki, mənimdə anam (atam) mənə belə etmişdi, mən dözə bilmişəmsə uşağım da dözə bilər və yaxud da atam anama belə etmişdi, anam dözmüşdürsə, həyat yoldaşlmda dözə bilər. Bu özü də psixologiyaynan bağlıdır. Çünki bu insanların psxiologiyasında uşaqlıq xatirələri belə qalır. Ona görə də hər bir ana- ata öz uşağının da gələcəkdə xoşbəxt bir ailəyə sahib olmasını istəyirsə xoşbəxt ailə şəraitində yaratmağı bacarmalıdır. Ailədə erkən boşanmaların da bir sıra səbəbləri vardır. Məsələn: Ərlə- arvadın yaşları arasındakı böyük fərq boşanma ehtimalını artırır, bu zaman arvad ərdən yaşca böyük olduqda bu ehtimal daha yüksək olur. Boşanmanın mühim amillərindən biri də, boşanan ər-arvadın uşaqlarının sayıdır. Uşaq olmuyan ailələrdə boşanmanın ehtimalı bir və daha artıq uşağı olan ailələrlə müqayisədə daha çoxdur. Bəzi insanlar erkən yaşlarda ailə qurur. Bəziləri bunu sırf sahib olduqları pis həyatdan yaxa qurtarmaq üçün edirlər. Bu özü də bədbəxtliyə gətirib- çıxarır. Çünki sahib olduqları pis ailəni yaxşı bir ailə ilə əvəz edecəklərini düşünərək bəzən bilmədən səhv addım atırlar. Yəni fırtınanın qopduğu bir zamanda sığınacaq liman axtarırlar. Amma fırtınanın hər yerdə qopa biləcəyini, və yaxud başqa bir tərəfdə daha da güclənə biləcəyini düşünmürlər. Müasir dövrümüzdə elədir ki, ailədə maddiyatda rol oynayır. Çünki fərdlər ailə qurduqdan sonra uşaq dünyaya gəldikdə onu maddi cəhətdən də təmin edə bilmədikdə ailə fərdləri arasında problem yaranır. Əlbəttə, xoşbəxtlik sadəcə maddiyatla olmur, əksərən, mənəviyyatla bağlı ola bilir. Bəzən maddi cəhətdən çox yaxşı olan insanlarda xoşbəxt ola bilmirlər. Çünki bəzən belə ailələr mənəvi cəhətdən çox kasıb olurlar və bu elə bədbəxtliyin başlıca səbəblərindən biridir. Ona görə ki, mənəvi cəhətdən kasıb olan ailələrdə ya ana, ya ata, ya da uşaqda daima əksiklik hissi olur. Belə insanlar əksərən də belə ailərdə böyüyən uşaqlar qayğını başqalarında axtarır, bir problemlə rastlaşdıqda bunu ailədən kənar insanlarla bölüşür, səhv addım atırlar və o balaca səhvlər vaxt keçdikcə boyük problemlərə çevrilirlər. Çünki nə olursa olsun, heç kim insana ailəsi qədər düz yol göstərə bilməz. Maddi və əsas da mənəvi problemləri olan insanlar xoşbəxt ola bilmirlər. Necə ki, təməli güclü qoyulan bir bina zəlzələ olduğu zaman möhkəmliyini itirir, çatlar əmələ gəlirsə ailədə də belədir nə qədər güclü təməli qoyulsa belə problemlər yarandığı zaman dağılmasa belə ailədaxili çatlar əmələ gəlir və öz möhkəmliyini itirir. Ona görə də hər bir insan həm mənəvi, həm də maddi cəhətdən özünü hazır hiss etdiyində ailə qurmalıdır. Və xoşbəxt ailənin qurulması üçün 2 oxşar düşüncə tərzi olan insan bir araya gəlməlidir ki, bir problem yarandıqda onlar bunun öhdəsindən rahatlıqla gələ bilsinlər. Çünki tamamilə fərqli düşüncə tərzi olan iki insan bi araya gəlsə belə dünyaları həmişə fərqli olacaq. Mənə görə ideal ailə odur ki, orada qarşılıqlı hörmət, sevgi, güvən olsun. İdeal ailələr görmək istəyiriksə ideal insanlar olmağa çalışmalıyıq və insan çalışdıqdan sonra hər şeyi bacarar!

Hacıyeva Sevinc Nizami qızı

Xəzər Universiteti, Humanitar və sosial fənlər fakultəsi, Psixologiya ixtisası, I kurs tələbəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər