Allahverdiyeva Elmiraxanım – “Yuvanin təməli sevgi, istiliyi razılaşma, damı da hörmətdir”

Aile qurmaq üçün mütləq iki tərəf də hazır olmalıdır. Əvvəlcə qarşılıqlı münasibətlər düzgün qurulmalı, bir-birini anlamalıdırlar. Bəzi hallarda bir-birini tamamlamayan cütlüklər bir araya gəlir. Bu da gələcəkdə uyğunsuzluq və boşanma ilə nəticələnir. Təbii ki, gələcəkdə boşanmaq üçün ailə həyatı qurulmur və bu heç kəsin arzusu deyil. Lakin, ayrilma hallarına tez-tez rast gəldiyimiz də doğrudur.
İnsan mütləq, onu tamamlayacaq biri ilə həyat qurmalıdır. Dünyagörüşləri, həyata baxışları, istək və arzuları, düşüncələri hardasa eynilik təşkil etməlidir. Qeyd edək ki, evlilik həyatına qatılmaq üçün yalnız ürəyi deyil, ağılı da nəzərə almalıyıq. Ailə qurarkən yaş həddi də önəmli məsələlərdəndir. Mən erkən evliliyə qarşıyam. Bir cox problemlər də elə bu məsələdən yaranır. Erkən yaşlarda insana evliliyin yükü ağır gəlir və tez yorulur. İki tərəf də həyatda öz yerini, mövqeyini bilməli, özünü idarə etməyi bacarmalıdır. Məsuliyyətli, ciddi və bir o qədər çətin olan evliliyə tam hazır olduqdan sonra qerarlarını verməlidirlər. Evlənməzdən öncə iş həyatına qatılmaq önəmlidir. Bu, insana olduqca gözəl təsir bağışlayır və onu təkmilləşdirir. Tebii ki, gənclər aileni şirin nağıl kimi təsəvvür edir və evləndikdən sonra problemlə üz-üzə qalırlar. Ona görə müəyyən həyat təcrübəsi qazandıqdan, özünü tanıdıqdan, dərk etdikdən sonra evlilik qərarını verməlidirlər. Bu zaman gələcək günlərdə boşanma halı ilə rastlaşma az hallarda ola bilər. Ailə qurduqdan sonra bəlli məsələdir ki, övlad tərbiyəsi öndə durur. Bu incə işdə son dərəcə diqqətli olmaq lazımdır. Övlad tərbiyəsində yalnız ananın iştirak etməsi düzgün deyil, ata da bu məsələ ilə yaxından maraqlanmalıdır. Övlad tərbiyəsində mütləqdir ki, valideynlərin fikirləri eyniyyət təşkil etsin. Yəni, ananın dediyinin ata əksini söylərsə, uşaqda çaşqınlıq yaranar və ona sərf edənə əməl edər. Nəyicədə uşağın tətbiyəsi pozular və ailədaxili münaqişələr artar. Deməli bir faktor kimi, ailədaxili söz bitkinliyi, vəhdətin olması əsas şərtlərdəndir. Bəzi hallarda tərbiyə məsələsini pozan nənə və babalar olur. Mütləq nənə, babalar ananın dediyini təsdiqləməlidirlər. Əks halda uşaq ərköyün böyüyür. Bundan başqa şəxsi münasibətlər də yalnız iki tərəf arasında olmalı, kənara çıxmamalıdır. Bunun üçün ana və ata birlik göstərməli və kənar təsirlərə yol verməməlidir. Bu da ailə bütövlüyünü qorumaq məsələsidir ki, çox vacib şərtdir.
İki tərəf arasında müəyyən mövzu ilə bağlı hər zaman eyni fikir, eyni düşüncə ola bilməz. Belə hallarda qarşılıqlı anlama əsas rola malikdir. Birlikdə qərar qəbul olunmalı və son nəticəyə gəlinməlidir. O.D.Balzakın dahiyanə fikrini qeyd etmək istərdim :”Evlilik zənciri elə ağırdır ki,onun yükünü ikilikdə daşımaq lazımdır.”
Qadın və kişi psixikasında hansı fərqlər ailədaxili konfliktlərə gətirib çixarır və bundan qaçmaq üçün nə etmək gərəkdir ?
Mən belə cavab verərdim. Qlobal problem, kişinin sözünü qadının qebul etməməsi və əksinə qadının sözünü də kişinin qəbul etməməsidir. Bəzi ailələrdə kişi öz sözünün, fikrinin önəmli olmasını söyləyir, qadının fikrinə əhəmiyyət vermir. Evdə qərarı mütləq o verməlidir deyə düşünür. Təbii ki, bu qarşı tərəfə olan hörmətsizlikdir. Ailəni ailə edən qarşılıqlı sevgi və hörmətdir. Mütləq ortaq məxrəcə gəlinməli, doğru olan seçilməlidir. Lev Tolstoyun fikrinə diqqət edək :” Yuvanin təməli sevgi, istiliyi razılaşma, damı da hörmətdir.” Bir çox ailələrdə kişilər aşırı dərəcədə qısqanc olur. Həyat yoldaşına koryera qurmağa izn vermir hətta evdən bayıra çıxmasına da nadir hallarda qoyur. Qadının rahat və istədiyi kimi yaşamasına maneəçilik törədirlər. Bu kimi hallarda qadın bezir və ailənin sonu boşanma ilə nəticələnir. ” İdeal ailə” ücün iki tərəf də yorulmadan çalışmalı, səy göstərməlidir. Müasir ailəni xarakterinə görə 3 yerə bölürlər :
1) Uşaq tərbiyəsini müvəffəqiyyətlə quran ailələr. Bu tip ailələrdə valideynlər arasında qarşılıqlı məhəbbət və hörmət olur. Ana və ata öz məsuliyyətini dərk edir və övladlarına da düzgün tərbiyə aşılayır.
2) Uşaq tərbiyəsini formal müvəffəqiyyətlə quran ailələr. Belə ailələrdə valideynlər uşaqlara eyni tərzdə tələblər qoymur, müxtəlif mövqedə olurlar. Onlar tərbiyənin əsas məqsəd və vəzifələrini aydın dərk etmir, uşaqlara verilən tələblərdə kortəbiilik göstərirlər. Uşağın inkişafı diqqətdən kənar qalır.
3) Uğursuz ailələr. Belə ailələrdə kollektiv əlaqə münasibətləri qüvvədən düşür. Uşağın həyatı kölgədə qalır. Uşağın xarakterində valideynlərə hörmətsizlik, onların tələblərini yerinə yetirməmək, laqeydlik və s. hallar nəzərə çarpır.
Ailə kiçik dövlətdir. Ailə üzvləri arasında söz azadlığı, qarşılıqlı anlaşma olmalıdır. Uşaqlara şəxsiyyət kimi baxmalı, onların mənəviyyatını alçaltmamalı, təzyiq göstərməməli, və fikirləri dinlənilməlidir. Ailəni tərif formasında qeyd edək. Ailə – nigah və qan qohumluğuna əsaslanan məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir.
Niyə ailə qurduqda iki tərəf də məsuliyyətini dərk etməlidir?
Ailə düzgün, sistematik təşkil olunmalıdır ki, tərbiyəli, vətənpərvər vətəndaş yetişdirilsin. Bunun üçün də insan öncə öz tərbiyəsini düzgün qurmalıdır ki, övladına da sistematik şəkildə ötürə bilsin. İnsanın formalaşmasında mühütün rolu böyükdür. Çünkü, dünyaya gələn uşağın ilk düşdüyü mühüt ailədir. Təbii ki, insanın formalaşması üçün mühütdən əlavə tərbiyə və irsiyyət də önəmli faktordur. Con Lokun ” Ağ Lövhə ” nəzəriyyəsini qeyd etmək yerinə düşər : ” İnsan dünyaya ağ lövhə kimi gəlir. O, nə qul, nə ağa, nə də həkim olmur. Düşdüyü mühüt onu formalaşdırır.” Bu səbəbdən insan öz məsuliyyət və vəzifələrini dərk etmədən ailə həyatı qurmamalıdır. Ailə o zaman ” İdeal ailə ” adını qazanır ki, ətrafdakı insanlar tərəfindən rəğbətlə qarşılanır, həsəd aparılır. Yenə də, bunun kökündə qarşılıqlı sevgi, hörmət, diqqət rol alır.

Allahverdiyeva Elmiraxanım

Bakı Humanitar kollecinin ” Ailə və ev təhsili” fakultəsinin tələbəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər