Maarifli Zәrifә:Ailə canlı təsisatdır

Ailә canlı tәsisatdır. O da dialektika qanunlarına tabedir.Bu mәnada da söhbәt heç dә ailәdә mübahisәnin olub-olmaması haqqında getmir. Ümumiyyәtlә mübahisәsiz, konfliktsiz ailә tәsәvvür etmәk olarmı? İnamla deyә bilәrik ki, mübahisәsiz, konfliktsiz ailә olmur. Buna baxmayaraq 30, 40, 50 il davam edәn çox ailәlәr vardır. Demәli, ailәdә mübahisәlәr olur, amma mübahisә edәn tәrәflәrin hәr ikisinin vә yaxud heç olmasa birinin mәdәni sәviyyәsi, bir-birinә olan sevgi, mәhәbbәt bu mübahisәnin müәyyәn bir çәrçivәdәn çıxmasına imkan vermәz.İki şәxs bәxtini, qismәtini birlәşdirib ailә qurduqda bu ümumi ocağa hәr biri öz “yükü” ilә gәlir. Lakin bu günә qәdәr “mәnimki” deyilәn hәr bir şey indi yalnız “bizimki” ilә әvәz olunması üçün müәyyәn sәy göstәrilmәsi vacibdir. Bu yalnız maddi cәhәtә deyil, mәnәvi cәhәtә dә aiddir. Bu “bizim” prinsipi әr-arvad tәrәfindәn nә qәdәr qәbul olunarsa, xoşagәlmәz mübahisәlәr, söz-söhbәt dә bir o qәdәr tez aradan qalxıb yox olar. Bәzi ailәlәrdә isә әksinә olur. İlk vaxtlar guya sevişәn gәncler qısa müddәtdәn sonra bir-birini sevmәdiklәrini,yanıldıqlarını anlayır vә bu zaman xasiyyәtlәrini uyğunlaşdıraraq әvәzinә müqabil tәrәflәr kin, әdavәt hisslәrini daha da kәskinlәşdirirlәr.Ümumiyyәtlә, әr-arvad arasında konfliktlәr nә sәbәbә baş verir? Mütәxәssislәr bu sәbәblәri aşağıdakı ardıcıllıqla göstәrirlәr:

1) Әr-arvad münasibәtlәrindә etikanın pozulması (xәyanәt, qısqanclıq).

2) Bioloji uyğunsuzluq.

3) Әr-arvaddan birinin vә ya hәr ikisinin onları әhatә edәn adamlarla (qohum, dost, tanış vә s.) pis münasibәtdә olması.

4) Hәyata marağın vә tәlәblәrin uyğunsuzluğu.

5) Uşağa qarşı pedaqoji mövqeyin müxtәlifliyi.

6) Әr-arvaddan birindә, bәzәn isә hәr ikisindә şәxsi çatışmazlıqların olması.

7) Validәynlәrlә uşaqlar arasında qarşılıqlı anlaşmanın olmaması.Ola bilsin ki, bәzi ailәlәrdә başqa sәbәblәr dә meydana çıxsın, amma bu yeddi sәbәb әn çox ailә dağıdan sәbәblәrdir. Әsas mәsәlә narazılığın әmәlәgәlmә sәbәbini bilmәk deyil, bu narazılıqları aradan qaldırmaq üçün hәr birinin düzgün hәrәkәt etmәsidir.Sevәn әr-arvadın ailәdә mübahisәlәri mәdәni şәkildә aparması vә tәrәflәrdәn heç birinin qalib gәlmәk mәqsәdi güdmәmәsi ilkin şәrtdir. Yadda saxlamaq lazımdır ki, sәnin qәlәbәn sevdiyin şәxsin mәğlubiyyәtidir. Bәs sevdiyin şәxsi mәğlub etmәklә sәn özün nә qazanırsan? Axı әr-arvad bir ailә tәşkil etdiyindәn hәr hansı tәrәfin qәlәbәsi ailәnin mәğlubiyyәti demekdir.Әr-arvad arasında mübahisәlәr üçün sәbәb yarandıqda onlardan hәr biri öz dediyinin hәqiqәt olduğunu isbat etmәyә çalışmayıb, ikilikdә mübahisәnin sәbәbini aradan qaldırmağa sәy etmәsi daha düzgün olar.Ailә mübahisәlәrindә hәr bir halda hörmәt pәrdәsini saxlamaq vacibdir. Mübahisә vaxtı bir-birini acılamaq, alçaltmaq, tәhqir etmek yol verilmәz haldır. Ailә dava-dalaşdan sülh yolu ilә qurtarmaq üçün әn yaxşı şәrt kin saxlamamaqdır. Ailә münasibәtlәrinin psixologiyasını öyrәnәn mütәxәssislәr pis şeyi tez yaddan çıxaran ailәlәrdә münasibәtlәrin hәmişә yaxşı, ailәnin isә xoşbәxt olduğunu söylәyirlәr. Әn әsas şәrtlәrdәn biri dә mübahisә

qurtardıqdan sonra onun sәbәblәrini bir dә yada salmamaqdır.Müәyyәn bir sözdәn, hәrәkәtdәn incidikdә ailәnin rifahı üçün bu hissi gizlәdib saxlamaqdan qorxulu şey yoxdur. Xoşa gәlmәyәn hәr bir sözә, hәrәkәtә qarşı reaksiya nә qәdәr tez olarsa onun nәticәsinin müsbәt olacağına daha çox ümid bәslәmәk olar. Gizlәdilmәkinciklik isә tәdricәn düşmәnçiliyә çevrilә bilәr. Dava-dalaş vә münaqişәni sülhlә qurtarmaq üçün әn yaxşı vasitә adamın – kişinin ve ya qadının “bu gün sәni narahat edәn nәdir?” sualını verib, vicdanla da bu suala cavab almaqdır.Bu zaman aydınlaşacaqdır ki, xörәyin duzunun çox olması, paltarın pis ütülәnmәsi әslindә kiçik mәsәlәlәrdir. Sadәcә olaraq idarәdә müdirlә qanqaraldan “söhbәtdәn” sonra gәrginlәşmiş әsәblәri sakitlәşdirmәk üçün xörәyin duzu bәhanә olmuş ve nahaq yerә o, sevimli arvadının qәlbinә toxunmuşdur. Ailәdә müxtәlif sәbәblәrdәn baş verәn mübahisә vә münaqişәlәri (avtobusda xoşa gәlmәyәn konflikt, uşağın mәktәbdә pis qiymәt alması, televizorun xarab olması vә s.) Әr-arvad heç zaman savaşa çevirmәmәlidir. Әlbәttә, elә şeylәr var ki, onların üstündәn keçmәk, bağışlamaq olmaz — bu özünü hörmәtdәn salmaq, öz şәxsiyyәtini qorumamaq kimi qiymәtlәndirilir. Xoşbәxtlikdәn mübahisә adәtәn xırda, әhәmiyyәtsiz sәbәblәrdәn yaranır vә sәhәrisi günü artıq barışmış әr-arvad onun peşmançılığını çәkir.Çox vaxt mübahisәyә sәbәb gәnclәrin subay vaxtından qalma adәtlәri olur. Adәtlәr müxtәlif ola biler. Onlardan zәrәrsiz vә asanlıqla tәrgidә bilәnlәrә fikir vermәk lazım deyil, çünki belә adәtlәr birgә hәyat tәrzi nәticәsindә unudulacaqdır. Ciddi, zәrәrli ve müqabil tәrәfә ziyan verәn, onu әsәbilәşdirәn adәtlәri isә tәdricәn tәrgitmәk lazımdır. Amma hansı adәt olursa-olsun, onu birdәn-birә tәrgitmәyi tәlәb etmәk düzgün deyil. Uzun illәr boyu yaranmış adәti tәrk etmәk üçün müәyyәn vaxtlazımdır. Bәzi gәnc qadınlar ultimatum şәklindә: “Әgәr sәn futbola gedirsәnsә, siqaret çәkmәyi tәrgitmirsәnsә, demәli mәni sevmirsәn. ” deyirlәr. “Ya sәn tәrgidәcәksәn, ya da mәn bu evdәn gedәcәyәm “. Mәsәlәnin bu şәkildә qoyulması qısa müddәtdә münasibәtlәrin pislәşmәsinә gәtirib çıxarır. Bәzәn qadınlar kәnar şәxslәrin, uşaqların yanında şәxsiyyәtә toxunan, onun mәnliyini alçaldan tәnbehlәrlә әrlәrini tәnqid edirlәr. Göstәrilәn bu sәbәblәr gec-tez ailәnin dağılmasına sәbәb olur. Belә hallarda boşanmaq üçün yazılmış әrizәdә ayrılmağın sәbәbi qarşısında: “xasiyyәtlәrimiz uyğun gәlmәdi” – sözlәri yazılır, halbuki burada xasiyyәt yox, tәrbiyә әsas rol oynayır.

Maarifli Zәrifә

ADPU, Pedaqogika və psixologiya fakültəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər