Məlikzadə Təhminə – “Xoşbəxt ailəyə sahib olmaq insanın öz əlindədir”

Ailə- nigah, yaxud qan qohumluğuna əsaslanan kiçik qrupdur. Ailə üzvləri bir-birinə məişət birliyi və qarşılıqlı köməklə bağlıdır.

Gec -tez oğlanlar evlənməli, qızlar ərə getməlidirlər. Bu çox mühüm həyati zərurətdir. Ona görədə onlar özlərini ailə həyatına hazırlamalıdırlar.
Ailə yaxın qohumların (kişi və qadının, valideyinlərin və uşaqların və s.) birlikdə yaşadıqları qrupdur. Lakin buna adi qrup kimi baxmaq doğru deyildir.O, kiçik sosial qrupdur və cəmiyyətin ilkin özəyidir.

Ailənin özünəməxsus funksiyaları vardır. Ailənin funksiyaları dedikdə onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur. Ailənin funksiyaları qarşılıqlı əlaqədədir. Onlar, hər şeydən əvvəl ailənin sosial mahiyyətini əks etdirir. Ailə cəmiyyətin sosial əsasıdır. O öz üzvlərinin müxtəlif tələbatı (şəxsi və ümumailə, yəni qrup) ilə yanaşı cəmiyyətin bir sıra mühüm tələbatını- əhali artımı tələbatını yerinə yetirir. Bu isə ictimai tələbatdır. Ailənin funksiyaları məhz buradan irəli gəlir. Ailənin funksiyaları ictimai-tarixi xarakter daşıyır. Ailənin bir sra tarixi formaları (“Punaula” ailəsi, ikili ailə və monoqam ailə) mövcud olmuşdur. Ölkəmiz, o cümlədən dünyanın əksər ölkələri üçün monoqam (təknigahlıq) ailə forması səciyyəvidir. Cəmiyyətimizdə monoqam ailə ər-arvadın qarşılıqlı məhəbbətinə, hörmətinə, səmimiyyətinə onların bir-biri, eləcədə uşaqlar qarşısında borc daşımasına əsaslanır.

Ailədə zaman zaman müxtəlif münaqişələr, anlaşılmazlıqlar olur. Münaqişə ailədə ünsiyyətin özünəməxsus cəhəti kimi meydana çıxır,ərin,yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək,həyat yoldaşına təsir etmək,hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi kimi nəzərə çarpır. Ailədə münaqişələr müxtəlif səbəblərdən baş verə bilər.

1.Ər-arvadın tələbatlarının,o cümlədən seksual tələbatlarının təmin olunmaması əsasında əmələ gələn münaqişələr.

2.Onların tərbiyəsi, xüsusilə xarakteri və mənəvi inkişafı ilə bağlı olan münaqişələr. Bəzən insanların xarakterləri arasında uyğunsuzluqlar müşayiət olunur. Bu da ailədaxili münaqişələrə səbəb olur.

Ailədaxili münaqişələrin başlıca səbəblərindən biri də maddi səbəblərdir. Pulun xərclənməsi,mənzil problemi, alınan maaşın ailəni saxlamağa yetməməsi və s.Münaqişələrin əmələ gəlməsində mənəvi-psixoloji səbəblər də ön plana çəkilir.

Ailədə boşanmaların bir qismi ər-arvad vəfasızlığı(xəyanəti) nəticəsində baş verir. Bu azərbaycanlı ailələrində geniş yayılmamışdır. Demək olar ki, cüzilik təşkil edir. Lakin bu hallara da rast gəlinir. Xəyanət yeri gələndə hətta bir xalqın taleyini belə həll edir. Ailələr arasında inamsızlıq da bəzən xəyanətə gətirib çıxardır. Ailə içindəki xəyanət daha dəhşətlidir. Buna görə də uşaqlara xəyanət hissi yad olmalıdır. Çünki onların psixologiyasına çox pis təsir göstərə bilər.

Ailədə ər-arvad arasında ixtilaf doğuran səbəblərdən biri də qısqanclıqdır. Həyatda elə şəxslər vardır ki, onlar təbiətən qısqanc olurlar. Qısqanclıq 3 şəkildə özünü biruzə verir

a)Kişi və ya qadın azca qısqanır, ama sonradan peşman olmağa başlıyır.

b)Kişi və qadın son dərəcə özündən çıxır,danışığına hərəkətlərinə hədd qoya bilmir. Bu da çox vaxt ailə üçün pis nəticələrə,boşanmalara gətirib çıxardır.

Ailədə ən çox kişilər qadınlarını qısqanırlar. Onlar əsasən qadının geyiminə görə,əks cinsin hər hansı bir nümayəndəsinə qarşı qısqanırlar. Bunun başlıca səbəblərindən biri də ailədə güvənsizliyin olmasıdır. Bir ailədə güvən olmasa o ailədə sevgi də,hörmət də olmaz. Buna görə də ər-arvad bir birlərinə güvənməlidirlər. O zaman qısqanclıq halları da daha az olar.

Münaqişələrin arada qaldırılması üçün nə etmək lazımdır?

İlk növbədə ər-arvad münasibətlərini, mədəniyyətini,nigah mədəniyyətini qorumaq və yüksəltmək lazımdır. Ailədə münaqişələrin baş verməməsi üçün ər-arvad bir-birinə hörmət etməlidir,fikirlərinə hörmətlə yanaşmalıdırlar. Kiçik sayılan hər hansı bir məsələni böyütməməlidirlər. Baş verən mübahisələri səbr və təmkinlə yoluna qoymalıdırlar və uşaqlara bunu biruzə verməməlidirlər.

Ər-arvad bir birini acı sözlə,kobudluqla deyil mehribanlıqla, şirin dil ilə başa salmalıdır. Dalaşmaq, yaxud küsmək üçün bəhanə axtarmaq lazım deyil.

Ailədə baş vermiş xırda məsələləri unutmaq, yaddan çıxartmaq zəruridir.Münaqişə baş verdikdə çalışmaq lazımdır ki, ər-arvad bir birinə həyat yoldaşı,övladının anası və atası kimi hörmət etsin.

Ailədə mehribanlıq və dostluq ruhu hökm sürməlidir. Ər-arvad bir birlərinə mehriban münasibət göstərməlidir.

Unutmayın ki, xoşbəxt ailəyə sahib olmaq insanın öz əlindədir. Həm də düzgün seçim etmək lazımdır ki,sonradan peşman olmuyasan.

Məlikzadə Təhminə

ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin tələbəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər