Şəms Abbasova – “Konfliktlər münasibəti bərkitmək əvəzinə boşluqlar da buraxa bilir”

Mən ailəli deyiləm,ancaq ailə bağlarını müqəddəsləşdirənlərdənəm.

Bilmirəm…

Bəlkədə məsələyə daha çox romantikcəsinə yanaşıram, bəlkədə mənim kimi düşünən insanlarda az deyil. Nəysə,ya az, ya çox fərq etməz əsas odurki onun məsuliyyətini anlayanlar olsun.

Ancaq nəzərə alsaqki, ailəni qorumaq çox mühüm məsələdir və çox məsuliyyətli bir vəzifədir o zaman fərq etməz ya realistcəsinə yanaşasan yadaki romantik. Əsas olan məsuliyyətdən qorxmaq yox onu dərk etməkdir.

Heyifki “müasir dövrümüzdəki” ailəli şəxslərinin çoxu necə önəmli bir şeyə sahib olduqlarının fərqində deyillər. Məqsədim ailənin müqəddəsliyindən danışmaq yadaki məsləhət vermək deyil. Sadəcə konfliktlərə səbəb olacaq bir neçə problemləri canlandırmağa çalışacam. Əvvəldə də dediyim kimi mən ailəli deyiləm və bu məqaləni yazdıqca ailə, sevgi münasibətləri haqqında daha dərindən düşündüm. Və içimdəki məsuliyyət qorxusunu boğub onu daha da çox dərk etməyə çalışdım. Bu yazacaqlarım sadəcə öz müşahidələrimin nəticəsidir ,əslində qeyd edəsi çox şey var, ancaq hər nə qədər çox söz desəkdə,hər nə qədər çox məsləhət versəkdə yenə də əsas iş tərəflərin öhdəsindədir. Ən başlıcası SƏBİRDİR..

Elə isə başlayaq, ap əvvəldən.

Bir azcada əvvələ getmək lazım gəlir. Məsəl üçün sevgili,nişanlı olan dönəmlərə. Belə bir sual qoyaq. Görəsən ailə quran gənclər atdıqları addımın məsuliyyətini dərk edirlərmi?! Məncə tam yerində verilmiş sual olardı,çünki problemlərin ilki bu dönəmdə qoyulur. Ailə qurana qədər müəyyən bir müddət ərzində bir yerdə olan cütlüklər problemləri həll etmək əvəzinə vaxtlarını küsüb -barışmaqla keçirirlər.

Razıyam. Çəkişməsən bərkiməzsən, ancaq bəzi konfliktlər münasibəti bərkitmək əvəzinə boşluqlarda buraxa bilir. Başqa bir məsələ isə problemi həll etməyin yollarıdır ki, elə burada səhvlərə yol verilir. Çünki əsas problem yox ,onu necə həll etməkdir. Çox vaxt belə olurki problemin həllində tək tərəfli qərar verilir və güya məsələ həll olmuş olur. Əgər “ailə kiçik bir dövlətdir”deyiriksə o zaman niyə bu dövlətdə demokratiya olmasınki?!

Və yaxud bir-birini yaxşı tanımamaları….

Münasibətə başlarkən “O hamıdan fərqli olur,lakin zaman keçdikcə hamı kimi eyni olur” Məsəl üçün, cütlüklər özünü bir “mələk “kimi göstərməyə çalışar və çatışmazlıqlarını, mənfilərini gizlədərlər.Səbəbsə “bəyənilməmək”qousudur,yadaki qarşı tərəflə özlərini eyniləşdirməyə çalışarlar. Düşüncə isə belədir: “Əsas ailə qurana kimidir,sonrası düzələr “Ancaq məlum olurki sonrası düzəlmir. Və yaxud bəzi dünyagörüşü formalaşmayan oğlanlar və qızlar illərlə beyinlərində yaratdığı xəyali həyat yoldaşı obrazını düşünərkən yanlışlıqlara yol verirlər. Bunu dərk edəndə isə təəssüfki çox gec olduğundan ziddiyyətlər içərisində qalırlar və nəticədə nevroz halları qaçılmaz olur. Və son nəticə olaraq ailədaxili münaqişələrdə aralarında uçurumlar yaranır.

Qadın və kişi psixologiyasındaki fərqlər,müəyyən bir hadisəyə fərqli aspektdən yanaşmalar bəzi konfliktlərə gətirib çıxara bilər,ancaq hər səbəbə görə də hadisəni boşanma hədddinə gətirib çıxartmaqda düzgün deyil. Həmçinində ailə quran gənclərin gözləntiləri və qarşılaşdıqları reallıqlar fərqli olan zaman problemlərdə qaçılmaz olur. Daha bir problem isə “daha çoxunu və daha yaxşısını tələb etmək “hallarıdır. Bir çoxları ailə qurmamışdan əvvəl hər bir çətinliyə dözə biləcəyini düşünər və “məni anlayan həyat yoldaşım, uşaqlarım,normal şəraitdə yaşaya biləcək maddi durumum olsun “deyər ancaq təəssüfki sonra doyumsuzluqlar baş qaldırar. Daha yaxşısını ,arzu etmək yox məhz tələb etmək kimi problemlər baş qaldırar. Heç kim çətin anlardan sığortalanmayıb, ancaq nəzər salsaq görərikki bir az çətinlik olan kimi, bəzi xanımlarımız bu vəziyyətə dözüm gətirə bilmir. Halbuki O. Balzakında dediyi kimi “Evlilik zənciri elə ağırdır ki, onun yükünü ikilikdə daşımaq lazım gəlir”

Digər problemlərdən biridə kənar amillərin təsiridir. Əslində bu məsələdə hər iki tərəf diqqətli olmamlıdır. Hər cuzi səbəbə görə başqalarını məsələyə qatmaq yaxşı fikir deyil. Çünki qaynana,qaynata faktoru bu günki ailədaxili münaqişələrin səbəbləri sırasında, demək olarki başlıca mövqeydə duran amillərdən bridir.

İki insan arasında baş verən münaqişələr, onlar arasında həll oluna biləcək dərəcədədirsə ,niyə bunu digərləridə bilməlidirki?!

Nədənsə bəzi ata və analar anlamaq istəmirlərki,onların övladları artıq öz ailələrini idarə edəcək qədər böyüyüblər və onlarda artıq bir ailə başçılarıdır. Bəzən qız analarının ailəyə qarışması və ya oğlan analarının hətta ataların belə o ailəni yönəltmək istəyi qarşıdurmalara gətirib çıxarır.

Bəzilər insanlarda elə düşünürki gərək mütləq sevib ailə qurmq lazımdırki, bütün bu problemlərə dözüm gətirə biləsən. Bilirsiz,əslində əvvəlcədən böyük bir sevgi yaşamaq mütləq deyil.Ailə qurduqdan sonrada o sevgini dada bilər insan. Hüqo demişkən” sevginin konkret bir zamanı yoxdur”.Deməli başqa önəmli faktorlarda var. Hörmət, inam, məsuliyyət, anlayış və s..Ancaq ən önəmli daha bir faktor da var. Onun adı Düşüncədir. Bizim ailə haqqında olan düşüncələrimiz. Kimisi ideal ailə axtarışında olar, kimisi yaxşı həyat yoldaşı, bəziləri madi durumu yaxşı ola,bəziləri romantik, bəziləri qısqanc olmayan. Qısqanclıq demişkən onuda qeyd edimki, münaqişələrin yaranmasında bu amilində təsiri böyükdür. Cütlüklər arasındaki aşırı dərəcədə olan qısqanclıq sonda qarşıdurmalara gətirib çıxarır. Hər hansı bir tərəfin keçmiş şəxsi həyatında müəyyən problemlər yaranıbsa,ya inamı qırılıbsa bunu həll etməmiş yeni bir münasibətə başlaması düzgün olmaz,çünki o qorxu içində qalmış olacaq həmin şəxsi. Qarşı tərəf nə qədər yaxşı olsada yenədə qısqanclıqlar olacaq və şübhələr baş qaldıracaq.Əslində məncə qısqanclıq həmdə münasibətə bir az şirinlik, rəng qatır,ancaq aşırı dərəcədə olduqda nə şirinlik olar nədəki adrenalin 🙂 Münasibətdə cütlüklər arasında bir-birinə qarşılıqlar inam çox vacibdir,çünki şübhələr bütün hissləri məhv etməyə qadirdir.

Və son olaraq “ideal”ailə məsələsinə toxunmaq istəyirəm. Məncə idealı axtarmağa heç ehtiyac yoxdur. Əgər zamanla baş verən problemlərdən üzü ağ çıxsaz, hər nə olur-olsun bir-birinin yanında olsaz,öz mənfilərinizi düzəltməyə çalışıb, xoşbəxt olmağa cəhd etsəz idealın özü formalaşacaq.

Və əgər bu məqaləni oxuyan şəxs ailəlidirsə və yaxud hələ lap əvvəldədirsə ,mənim kimi bir gün sevgisinə qovuşacağı anı gözləyirsə səbirli olmalı və xoşbəxt olmağı ürəkdən istəməlidir.Sahib olduqlarımızın dəyərin bilmək ümidi ilə…

Şəms Abbasova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər