Nəyi çox düşünsəniz onu da yaşayarsınız

Gün boyu enerjinizi kainata ötürdüyünüzü bilirsinizmi?

Bəli, bir an belə fasilə etmədən insan bədəni və düşüncəsi kainata enerji göndərir və qarşılığını da alır. Hətta yuxuda belə. Çox vaxt enerjimiz vasitəsiylə fərqində olmadan həyatımıza nələri daxil edirik, bir bilsəniz…

Ən aydın şəkildə desək, nəyi düşünsəniz onu da yaşayırsınız.

Bunun fərqinə varmaq istəyirsinizsə, həyatınıza bir baxın. Həyatınızda nələr çoxalırsa, deməli ən çox o şey haqında düşünür, enerjinizi ona ötürürsünüz.

Ən aktiv enerji yaratmaq forması şükr etmək və şikayət etməkdir. Belə ki, ya şükr etdiklərinizi, ya da şikayət etdiklərinizi çoxaldırsınız. Dostlarınızla, ailənizlə, özbaşına qaldığınız zaman danışdıqlarınıza, ifadə etdiyiniz fikirlərə diqqət yetirin. Ən çox necə söhbətlər yürüdürsünüz? Özünüzlə bağlı, həyatla bağlı fikirləriniz nələrdir? Durmadan nəticəsiz işləri danışıb şikayətmi edirsiniz, yoxsa böyük- kiçik demədən həyatınızdakı gözəlliklərə şükr edərcəsinə onları dilə gətirirsinizmi?

Əgər müşahidə etsəniz görəcəksiniz ki, şükr etdikcə şükr etdiyiniz şeylər çoxalacaq. Narazılıq etdikcə isə, narazılığınıza səbəb olacaq şeylər çoxalır. Buna görə də, daha çox psixoloqların da dediyi kimi şükr etməyi özünüzdə alışqanlıq etməlisiniz. Məsələn bunun üçün siyahı belə tuta bilərsiniz. Əvvəlcə həyatınızda şükr etmənizə səbəb olacaq şeylərin siyahısını çıxarın. Sonra hər gün onlara göz atın. Hər yeni gün şükr etmək üçün daha bir səbəbin yarandığının şahidi olacaqsınız. Onları da siyahıya əlavə etməyi unutmayın.

Son bir açar cümlə, düşüncələrinizi idarə edərək, həyatınızı daha da gözəlləşdirə bilərsiniz. Sevgi ilə qalın…

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər