Ayaqlarda qabarlar

Ayaqlarda qabarların əmələ gəlməsi çox yayılmış problemdir. Sağlamlıq üçün bu hal təhlükə yaratmasa da, insana ciddi fiziki və mənəvi diskomfort verir.

Qabarlar ayaq dərisinin uzun müddət ərzində sürtünməsi və ya sıxılması nəticəsində əmələ gəlir. Bu, faktiki olaraq dərinin bu faktorlara qarşı olan müdafiə reaksiyasıdır.

Düzgün seçilməmiş, cod ayaqqabı, keyfiyyətsiz corablar, dərinin həddən artıq tərləməsi ayaqlarda qabarların əmələ gəlməsinə təkan verir.

Qabarlar quru və ya sulu ola bilər. Quru qabarların səbəbi insanda artıq çəkinin olması və ya hündür daban ayaqqabıların müntəzəm geyinilməsidir. Bu insanlarda pəncəyə olan təzyiq artır və nəticədə bu yerdə dəri çox qalınlaşır. Quru qabarın kökü (özəyi) olur, xarici görünüşə görə quru qabar qıfı xatırladır.

Sulu qabarlarla, demək olar, bütün insanlar üzləşir. Adətən bunun səbəbi təzə ayaqqabı olur. Sürtünmə nəticəsində dəri qızarır və şişir, daha sonra burada şəffaf maye və ya bəzən qanla dolu olan suluq əmələ gəlir.

Sulu qabarları quru qabarlarla müqayisədə müalicə etmək daha asandır. Sulu qabarları müalicə etmək üçün ilk növbədə qabarın əmələ gəlməsinə səbəb olan ayaqqabını (və ya corabı) digəri ilə əvəz edin. Sulu qabarı deşmək olmaz. Bu, yaraya infeksiyanın düşməsinə səbəb ola bilər. Həm qabar, həm də ətrafda olan dəri gün ərzində bir neçə dəfə spirt, furasilin məhlulu və ya hidrogen peroksidi ilə işlənməlidir. Qabara plastır yapışdırmayın, bu, sağalma prosesini ləngidir. Əgər suluğun tərkibində olan maye irinli olub, qabarın ətrafında olan dəri qızarıb, şişibsə, həkimə müraciət edin.

Adətən 1-2 gündən sonra suluq özü özündən deşilir. Bu yerdə olan dəriyə gün ərzində bir neçə dəfə salisil məlhəmi çəkin – bu, yaraya infeksiyanın düşməsinin qarşısını alır.

Dediyimiz kimi, quru qabarları (xüsusilə onlar köhnə olduqda) müalicə etmək daha çətindir. Hazırda apteklərdə qabarları xaric etmək üçün çoxlu sayda müxtəlif vasitələr satılır. Onlar qalınlaşmış dərini yumşaldır və bu dəri sonra mexaniki olaraq xaric olunur. Ən sadə və ucuz vasitə – salisil məlhəmidir.

Məlhəmi çəkdikdən əvvəl ayaq dərisini buxara vermək lazımdır. Bunun üçün vannaya qaynar su tökün, bir qədər soda və duş üçün gel əlavə edin və ayağınızı bu suda 10-15 dəqiqə ərzində saxlayın. Daha sonra dərini qurulayın, qabarın üzərinə salisil məlhəmi çəkin, bir qədər gözləyin və sonra üzərinə plastır yapışdırıb 12 saat saxlayın. Daha sonra plastırı çıxardın və yumşalmış dərini pemza (daban daşı) ilə təmizləyin. Bu proseduru bir neçə dəfə etmək lazımdır.

Xüsusi qabar plastırı olan “Salipod” da çox ucuz və effektli vasitədir. Dərini buxara verdikdən sonra qurulayın və qabar yerinə plastır yapışdırıb 1-2 gün saxlayın. Daha sonra plastır çıxarılır və yumşalmış dəri xaric olunur.

Kosmetoloji klinikalarda köhnə qabarları tez və ağrısız xaric etmək mükündür. Bunun üçün lazer, maye azot istifadə olunur.

Xalq təbabətində quru qabarlarla bu kimi üsullarla mübarizə aparırlar:

1 diş sarısaq (və ya 1 tikə soğan) çox xırda doğranılır və buxara verilmiş qabarın üzərinə qoyulur. Üzərinə tənzif salfeti qoyun və bintlə bərkidin. Sarımsağı ayaqda axşamdan səhərə kimi saxlamaq lazımdır. Sonra isə ayağı yuyun və yumşalmış dərini xaric edin.

Limon qabığı. (İstifadəsi yuxarıda olduğu kimidir.)

Kəsilmiş aloe yarpağı. (İstifadəsi yuxarıda olduğu kimidir.)

Pomidor dilimi. (İstifadəsi yuxarıda olduğu kimidir.)

Dəmrovotu şirəsi də yaxşı effekt verir.

saglamolun.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər