Abituriyentlərin “məhşər ayağı”: onlara necə kömək etməli?

Bu gün ölkənin bir sıra rayon və şəhərlərində IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir. Cəmi bir ay sonra isə həmin məzunlar abituriyent kimi qəbul imtahanlarında iştirak edəcəklər.

İmtahan – təkcə bilik nümayişi deyil, həm də məzun və abituriyentlər üçün ciddi psixoloji sınaqdı. Buraxılış və qəbul imtahanlarının zaman baxımından eyni aralıqda keçirildiyini nəzərə alsaq, bu üç aylıq periodun məzunların, necə deyərlər, qorxulu yuxusuna çevrildiyini görmək çətin deyil. Elə bu səbəbdən də bəzən bilikləri yerində olan məzun və abituriyentlər də sırf psixoloji səbəblərdən uğursuzluqla üzləşir. Bunun səbəbi stress, aşırı həyəcan və təşvişdir.

Psixoloqlar ölkədə buraxılış siniflərinin məzunlarının imtahan həyəcanını iki dəfə yaşamasının psixoloji baxımdan təsiri olduğunu söyləyirlər. Psixoloq Elnur Rüstəmov deyir ki, imtahan məsuliyyət tələb etdiyindən həyəcana səbəb olması da təbiidir: “Şagirdlər biliklərinin yekun qiymətləndirilməsi üçün keçirilən imtahanlarda bəzən bildikləri cavabı belə, səhv yazırlar. Buna səbəb şagirdlərin həyəcanıdır. Yetkinlik yaşında olan uşaqlarda bu həyəcan daha çox olur. Onlarda sualı axıradək oxumadan cavablandırma, diqqətsizlik hallarına rast gəlinir”.

Psixoloq deyir ki, imtahan verən şagirdə ailənin psixoloji baxımdan dəstəyi vacibdir. Çalışmaq lazımdır ki, ailə imkan daxilində imtahana hazırlaşan şagirdlə daha çox vaxt keçirsin, mülayim rəftar etsin. Bundan əlavə E. Rüstəmov imtahana hazırlaşan şagirdin mümkün qədər az informasiya qəbul etməsini, sosial şəbəkələrdən isə ümumiyyətlə, istifadə etməməsini tövsiyə edir.

Həkimlər də imtahanqabağı şagirdlərin sağlamlıqlarına diqqət yetirməsinin vacib olduğunu söyləyirlər. Terapevt Emin Dadaşzadə deyir ki, iyun ayındakı hava şəraiti imtahan verən şagird və abituriyentlər üçün əlverişsiz, yüksək temperaturlu hava şəraiti hesab olunur. Terapevt imtahan həyəcanı yaşayan şagird və abituriyentlərə yüksək hava şəraitinin təsir edəcəyinin şübhəsiz olduğunu söyləyir. Onun sözlərinə görə, stress içərisində olan şagirdlər bu temperaturda başgicəllənmə, ürəkbulanma, təzyiqin enməsi kimi xəstəliklərlə üzləşə bilərlər: “Havanın isti keçməsi həyəcan keçirən insanlara daha çox təsir göstərir. Belə halda əsasən təzyiqin enməsi müşahidə olunur. Bu hava şəraiti ürəkbulanma, başgicəllənmə, ən pis halda isə huşunu itirmə ilə də nəticələnə bilər. Günvurma da şagirdlərin səhhətinə təsir göstərə bilər”.

Ona görə də E. Dadaşzadə şagirdlərə həm imtahandan əvvəl, həm də imtahan zamanı mayedən çox istifadə etməyi məsləhət görür. Terapevt deyir ki, temperatur yüksək olduqda insan orqanizmində istilik balansı pozulur. Bu səbəbdən də imtahan həyəcanı yaşayan şagird və abituriyentlərdə sadalanan xəstəliklər baş qaldıra bilər. Terapevt şagirdlərin isti hava şəraitində sağlam və uğurlu imtahan verməsi üçün bir sıra məsləhətlər də verdi: “Belə hava şəraitində imtahana qatılacaq şagirdlərin özlərini gümrah hiss etmələri, imtahan gedişi zamanı səhhətlərində hər hansı problemin yaranmaması üçün mütləq axşam və imtahan günü səhər qidalanmalarına diqqət yetirməlidirlər. Abituriyentlər axşam yatmazdan əvvəl və səhər yüngül qidalar qəbul etməlidirlər. Meyvə yemək və meyvə şirəsi içmək vacibdir. Eyni zamanda çoxlu digər mayelər də qəbul etməlidirlər”.

Terapevt şagirdlərin səhər uğurlu imtahan verməsi üçün axşam tez yatmalarının da vacib olduğunu bildirir. Onun sözlərinə görə, imtahan verməyə hazırlaşan şəxs ən azı 10 saat yatmalıdır. Terapevt imtahan həyəcanı yaşayanların axşam televizora az baxmalarını da məsləhət görür. Belə ki, şagirdin beyni informasiya ilə dolu olduğundan, kənar informasiya qəbulu beyni yükləyə bilər.

Terapevt yüksək hava şəraitində şagirdin səhhətində hər hansı problem olarsa, həkim müdaxiləsinə qədər düzgün ilkin tibbi yardımın göstərilməsini də vacib sayır. Əgər ürəkbulanma, təzyiq enməsi, başgicəllənmə halları baş verərsə, dərhal xəstə kölgəlik, sərin yerə aparılmalı, üzərinə sərin su çilənməli, dəsmalı isladaraq yaş halda ürəyinin üzərinə qoyulmalı və maye verilməlidir: “Huşunu itirmə ilə nəticələndikdə isə xəstəyə naşatır spirti qoxuladaraq həkim müdaxiləsini gözləmək lazımdır. Bu zaman həkim kofein və kordiamin iynələri vuraraq, xəstənin vəziyyətini düzəldə bilər”.

lent.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər