Kokos yaddaşı qaytarmağa kömək edir

Oksford Universitetinin alimləri Altsheymer xəstəliyindən əziyyət çəkən xəstələr üçün yaddaşı qaytarmağa kömək edəcək vasitə tapdıqlarına əmindirlər. Bu barədə “Big Pond News” xəbər verir. Tədqiqatçıların sözlərinə görə, kokos yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Doğrudur, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu qeyd edirlər. Lakin bir məsələ dəqiqdir ki, qısamüddətli olsa da demensiyalı xəstələrin vəziyyəti yaxşılaşır. Dietoloq Piter Klifton bildirir ki, onların Altsheymer xəstəliyindən əziyyət çəkən adamlarla apardıqları araşdırmalar göstərib ki, kokos yağı adamlara onların kim olduqlarını xatırlamaq və əslində normal nitqi saxlamaq imkanı verir. Bu müvəqqəti effekt olsa da valehedicidir. Alimlər əhvalı yaxşılaşdırmaq üçün hər gün cəmi 30 qram kokos yağı qəbul etməyi tövsiyə edirlər. Digər araşdırmanın nəticələri isə göstərir ki, kokosun tərkibində olan yağlar qara ciyəri toksinlərdən qoruyur, ağciyərlərə, böyrəklərə kömək edir, cinsiyyət funksiyasını yaxşılaşdırır, iltihabi proseslərin və ürək xəstəliklərinin konsentrasiyasını aşağı salır.

ucnoqta.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər