İnsanların yerinə yetirməli olduğu işləri sonraya saxlamağının, təxirə salmağının səbəbi zaman qavrayışındakı illüziya imiş.

Bu barədə tədqiqat işi və onun nəticələri “Journal of Consumer Research”`də qeyd olunub. Demək, tədqiqat işi bundan ibarət olub: Təcrübədə iştirak edənlərdən bank hesabı açmaq tələb olunub. Bəzi iştirakçılara bunun üçün iyun ayından dekabr ayına qədər, bəzilərinə iyuldan yanvar ayına qədər müddət tanınıb.

Tanınan müddət hər qrup üçün bərabər (6 ay) olsa da dekabr ayına qədər zamanı olanların bank hesabı açmaqda daha zirək davrandığı müşahidə olundu. Tədqiqatçılar yanvar ayına qədər vaxtı olan iştirakçılarda il dəyişəcəyindən, “hələ çox zamanım var” fikri formalaşdığını və işi bu səbəbdən təxirə saldıqlarını vurğuladı. Tədqiqatın nəticəsi onu göstərdi ki, bir işin yerinə yetirilməsi üçün tanınan müddət nə qədər uzun qəbul edilsə işin təxirə salınma ehtimalı bir o qədər çox olacaq.

Zaman qavrayışının qarşıya qoyduğumuz hədəflərə çatıb-çatmamaq məsələsində də müəyyən rol oynadığını deyən tədqiqatçılar “bu günün işinin sabaha buraxılmaması” üçün bəzi təkliflər irəli sürdü:

Hədəfiniz 50 kq arıqlamaqdırsa buna ‘5 kq arıqlamaq istəyirəm’ deyə başlayın. Hədəflərinizə çatmaq üçün konkret tarix bəlirləyin. ‘Pul yığmaq istəyirəm’ yerinə ‘çərşənbə günündən etibarən pul yığmaya başlayacam’ deyin.

Hədəflərinizi konkretləşdirin. ‘Sağlam olmaq istəyirəm’ demək yerinə bu gün 30 dəqiqə gəzməyə başlayın.

dushunce.az

Leave a comment

Your email address will not be published.