Kainatın çoxlu sayda ölçülərdən ibarət olduğu barədə fərziyyə həm rəsmi elm, həm də qeyri-elmi tədqiqatlar sahəsində kifayət qədər sabitdir. Amma əgər bizim dünyamızın “alternativləri” varsa, bu, hansı nəticələrə gətirib çıxara bilər? Ola bilər ki, bundan yaranan hansısa reallıqlar heç ağlımızdan belə keçmir.
Paralel ölçülərin sayı tükənməzliyə kimi gedə bilər
Nə üçün də yox? Əgər güman etsək ki, Kainat öz-özlüyündə çoxvariantlıdır, heç kim bu variantların nə qədər olduğunu saymaq iqtidarında deyildir. Hələlik onların sayının məhdud olduğu barədə heç bir sübut yoxdur. Və demək, biz də bunu təsdiq edə bilmərik. Ölçülər o qədər çox ola bilər ki, onların sayı bizim dərk edə biləcəyimizdən kənarda qala bilər.
Kainatda bizim çoxlu “surətlərimiz” mövcuddur
Onlardan hər biri öz ölçüsündə məskunlaşıb və digər “surətlər”in mövcud olması barədə anlayışa malik deyildir. Bizim müxtəlif reallıqlarda müxtəlif talelərimiz vardır. Belə ki, ölçülərdən birində biz öz sevgilimizdən ayrıla bilərik, digərində isə indiyə kimi bir yerdəyik. Bir ölçüdə biz vaxtından əvvəl dünyamızı dəyişirik, digərində isə yaşamağı davam etdiririk… Müvafiq olaraq, bizim əsl şəxsiyyətimiz bizim bütün “versiyalarımızın” məcmusudur.
Bizim həyatımız illüziyadır
Buddistlər ətraf reallığın illüziya olmasına əbəs yerə inanmırlar. Burada müəyyən qədər həqiqət vardır. Biz öz həyat yolumuzu bir bütöv kimi dərk edirik, lakin əgər reallıq şaxələnə bilirsə, onda biz özümüzlə əvvəllər- başqa bir “versiyada” nə baş verdiyini, sadəcə olaraq, “unuda” bilərik.
Başqa sözlə, bizim təcrübəmiz hadisələrin məntiqi davamı yox, yalnız təsadüfi yığımdan ibarətdir. Və bizim həyatımızda hər şey bizim qavradığımız kimi olmaya bilər.
Çoxsaylı ölçülər arasında çox qəribə ölçülər də ola bilər
Bizi bəzən baş verən hadisələrin mənasızlığı, qəribə təsadüflər və uyğunluqlar təəccübləndirir… Bəs əgər bu, hətta müvəqqəti olsa belə, bizim başqa ölçüyə “daxil olmağımzdırsa”, necə?
Bu cür ölçülər bizimlə “əvvəlki” reallıqda baş verən fəaliyyət və hadisələr nəticəsində də yarana bilər. Məsələn, xoşagəlməz bir hadisədən uğursuzluqlar zolağı başlaya bilər. Sadəcə olaraq, ona görə ki, biz ona uyğun dünyaya düşmüşük.
Birdən bizim karyerada, lotereyada və s. bəxtimiz gətirməyə başlayar, çünki bir uğur arxasınca bütöv “uğur” ölçüsünü çəkib gətirə bilər. İlk baxışdan, hadisələrin gedişi hansısa səmərəli motivdən məhrum olunmuş kimi görünə bilər, lakin əgər çoxölçülük nəzəriyyəsinə əsaslanılarsa, hər şey dərhal tam anlaşılan olur.
Vaxta görə səyahət mümkündür, özü də paradoks olmadan
Əgər vaxta görə səyahət imkanı kəşf edilərsə, onda biz, yəqin ki, keçmiş və ya gələcək kimi dərk etdiyimiz alternativ ölçülərə düşəcəyik. Beləliklə, biz yalnız “versiyalarımızdan” birini öldürəcəyik, digərləri isə sağ qalmaqda davam edəcək. Bunun bizim əsl həyatımıza təsir edəcəyi isə az ehtimal olunur.
İstənilən hadisə tükənməz sayda baş verə bilər
Eyni hadisələrin müəyyən vaxtdan sonra təkrar oluna biləcəyi haqda nəzəriyyə vardır. Əgər Kainat çoxölçülüdürsə, onda, praktiki olaraq, istənilən hadisə yenə, yenə və yenə baş verə bilər… Çünki biz bir ölçüdən digərinə keçirik.
Ölçülər arasında əlaqə mövcud ola bilər
Kvant üzrə fizik Rayner Plaqa 1995-ci ildə eksperiment keçirərək sübut edib ki, ion tələsində təcrid olunmuş hissəciklərin hərəkətə gəlməsi süni olaraq hazırlanmış “qonşu” sistemdə ona “səs verə” bilər. Plaqa güman edir ki, əgər kvant informasiyanı paralel reallığa ötürmək mümkün olarsa, onda dünyaların bir-biri ilə əlaqədə ola biləcəyi haqda danışmaq da mümkündür.
İradə azadlığı prinsipi kvant səviyyəsində də fəaliyyət göstərir
Bizim hamımız öz sonrakı həyatımıza ciddi təsir edən “taleyüklü” qərarlar qəbul etməli olmuşuq. Amma dünya çoxvariantlıdırsa, onların hansı faydası vardır?
Bununla belə, çoxölçülük nəzəriyyəsinin tərəfdarı Maykl Klayv-Prays hesab edir ki, hətta müxtəlif “mini-reallıqlarda” belə, əgər Kainatın kvant təbiətindən çıxış edilərsə, müəyyən qərarlar digərlərinə nisbətən daha tez-tez qəbul edilməlidir. Müvafiq olaraq, yəqin ki, bizim seçimimiz də, hər halda, ümumilikdə, reallığa təsir edir. Və demək, iradə azadlığını da hesabdan silmək olmaz.
Biz nisbətən ölməzik
Əgər biz bir dünyada ölürüksə, digər dünyalarda sağ qalırıq. “Şredingerin pişiyi” haqda məşhur paradoksun müəllifi, tədqiqatçı Pol Halpernin fikrincə, Kainatı müşahidə etmək üçün bizim “versiyalardan”, heç olmasa, biri daim mövcud olmalıdır. Bizim şüurumuz həmişə yalnız sağ “surətlərdə” qalacaq və biz istənilən tarixdə kvant keçidləri ilə bağlı potensial dərəcədə təhlükəli hadisələrdən sağ çıxa biləcəyik”- Halpern bildirib.
(Fariz Vəliyev, movqe.az)