Dünyanın bir çox ölkəsində insanlar həyatlarını qeyr-adi qadağalar çərçivəsində yaşayır. Bu qadağalar insana gülməli və qəribə gəlsə də əslində hər birinin müyyən bir səbəbi var. Onlardan bir neçəsini təqdim edək:

  • Şimal Qütbündə yerləşən Lonqyirbyuen yaşayış məntəqəsində ölmək qadağandır. Çünki bölgədəki soyuq hava səbəbilə qəbiristanlıqdakı cəsədlər çürümür.
  • Pensilvaniyada (ABŞ) hamamda mahnı oxumaq qadağandır.
  • Kaliforniyada (ABŞ) hotel otağında portağal soymaq qadağandır.
  • Hollandiyada çay kənarında sədlər olmasa da, çay sədlərini keçmək qadağandır.
  • ABŞ-ın Vermont ştatında su altında fit çalmaq qadağandır.
  • Burundi Respublikasında ictimai yerdə qaçmaq qadağandır.
  • İranda kişilərin saçlarını yığması qadağandır.
  • Filippində aktrisa Kler Deynsin filmləri qadağandır. Bunun səbəbi isə aktrisanın bir jurnala verdiyi müsahibəsində Filippin haqqında mənfi sözlər söyləməsidir.
  • Şimali Koreyada cins geyinmək qadağandır.
  • Monakoda ölkə vətəndaşlarının qumar oynaması qadağandır. Dünyanın ən böyük kazinolarına sahib olan Monako dövləti yerli xalqın bura girişinə qadağa qoyub.
  • İngiltərə Parlamentinin yerləşdiyi Vestminster sarayında ölmək, intihar etmək qəti qadağandır.
  • Almaniyada magistral yolda benzin üçün belə dayanmaq olmaz.
  • Filippin “Frank Sinatra My Way” adlı mahnıya qulaq asmaq qadağandır. Çünki bu mahnını dinləyən ən az 10 filippinli intihar edib.
  • Cənubi Koreyada gecə yarısından sonra onlayn oyunlar oynamaq qadağandır.
  • Butan dövlətində havanı kirlətdiyi üçün siqaret çəkmək qadağandır. Konstitusiyaya görə ölkənin 60 faizi meşə olmalıdır. Bundan əlavə ölkədə plastik paketlər də qadağandır.
  • Taylandda avtomobil sürərkən köynək geyinmək məcburidir.
  • Almaniyada evə girən oğruya yastıqla vurmaqla bıçaqlamaq arasında heç bir fərq yoxdur. İkisində də silahla bir insana hücum olaraq qəbul edilir.
  • Şotlandiya bazar günləri balıq ovlamaq və inək sahiblərinin sərxoş olması qadağandır.
  • İngiltərədə qadınların ictimai nəqliyyatda şokolad yeməsi qadağandır. Bundan başqa ölkədəki bütün qu quşları kraliçaya məxsus olduğu üçün öldürülməsi qadağandır.
  • Kanadanın Oşava bölgəsində ağaca dırmaşmaq qadağandır.
  • Avstraliyada uşaqların siqaret satın alması qadağandır. Ancaq siqret çəkməsi sərbəstdir. Bazar günləri çəhrayı şalvar geymək qadağandır.
  • Alabamada (ABŞ) bazar günləri domino oynamaq qadağandır. Qatar relslərinin üzərinə duz tökmək ölüm cəzası ilə cəzalandırılır.
  • Kaliforniyada (ABŞ) sakit okean sahilində kəpənəkləri narahat etmək qadağandır.
  • Floridada (ABŞ) bərbərdə qadın saç quruducusunun altında yatarsa, həmin qadın da, salon sahibi də pul cəzası ilə cəzalandırılır.
  • İndianada (ABŞ) meymunların siqaret çəkməsi qadağandır. Teatra getməzdən 4 saat əvvəl sarımsaq yemək qadağandır.
  • Pensilvaniyada (ABŞ) evlilik mərasimi əsnasında bəy və ya gəlin sərxoş olarsa mərasim ləğv edilir. Soyuducunun qapısı açıq halda qarşısında yatmaq qadağandır.

-Ohayoda (ABŞ) avtomobilin benzininin bitməsi qadağandır.

zaman.az

Leave a comment

Your email address will not be published.