Əl cizgiləri bizim xarakterimizi ifadə edir. Bu xətlərə baxaraq insanın hətta ətrafındakılara qarşı münasibətini də müəyyən etmək olar. Bu əl cizgisi, adətən, işarət barmağından başlayır və əlimizin sol tərəfində qurtarır: əlimizi iki hissəyə ayırır. Aşağıdakı fotoda sözügedən cizgi qırmızı xətlə işarələnib.
- Əgər sözügedən əl cizginiz orta barmağınızdan başlayaraq uzanırsa, demək, sizdə liderlik xüsusiyyəti var. Siz ağıllı, məqsədyönlü, öndə getməyi sevən birisiniz. Qərarlarınızı, adətən, çox düşünmədən, qısa zaman ərzində verirsiniz. Bu əl cizgilərinə sahib olan insanlar nisbətən daha az emosional olurlar. Ətrafındakı insanlara qarşı müəyyən qədər soyuq davrana bilirlər. Buna baxmayaraq, onlar öz ailələrini və yaxınlarını böyük məhəbbətlə sevirlər.
- Əgər sizin əl cizginiz orta barmaqla işarət barmağınız arasından başlayırsa, bu, sizin diqqətcil və qayğıkeş insan olduğunuzu göstərir. Bununla yanaşı, bu tip əl cizgilərinə sahib olan insanlar yüz ölçüb bir biçir, olduqca ehtiyatlı davranırlar. Ətrafındakı insanlar belələrinə rahatlıqla öz sirlərini açır, onlara etibar edirlər.
- Əgər əl cizginiz işarət barmağınızdan başlayırsa, deməli, siz kifayət qədər həssas insansınız. Siz insanlardan həddən artıq çox şey tələb etməyi sevirsiniz. Bununla yanaşı, hər zaman yaxınlarınızın yanında olur, onların problemlərini bölüşürsünüz. Bu əl cizgilərinə sahib olan insanlar böyük planlar qurmağı sevirlər. Təsadüfi deyil ki, əksər hallarda onlar bu planları reallaşdırırlar.
- Əgər əl cizginiz işarət barmağınızla baş barmağınız arasından başlayırsa, deməli, siz səbirli, qayğıkeş, şən insansınız. Sizin üçün ən önəmli meyar harmoniyadır. Çoxları sizi xəyalpərəst hesab edir.
axar.az