DİSTİMİYAYA “yoluxmuş” ola bilərsiniz

Uzun müddətdir ki, əhvalınız yoxdur?
Distimiya illərlə davam edə bilər…
Distimiya uzun müddət, bəzən illərlə davam edən yüngül depressiyadır. Bu depressiydan əziyyət çəkənlər bir qədər qapalı, bədbin, ümidsiz görünürlər.

Distimiyanın dörd əsas variantı qəbul edilib:

  1. Şəxsiyyətin depressiv pozuntusu,
  2. Depressiv nevroz,
  3. Nevrotik depressiya,
  4. Xroniki təşviş depressiyası.

Distimiyanın bütün formalarında depressiya üçün xarakterik olan əlamətlər var. Xəstələrdə vəziyyətlərindən asılı olaraq, xəsətəliyin gedişatı zamanı depressiyanının ağır əlamətlərinə də rast gəlmək olar. Distimiyanın qurbanları bədbin görünür, onda olmayan xəstəliklərdən belə şikayət edir. Hər şey ona maraqsız və mənasız gəlir. İnsanlar bu vəziyyətdə həyatdan zövq ala bilmirlər. Onlar işləmək, nəsə etmək də istəmirlər. Tez-tez səhhətləri ilə bağlı şikayətlər etsələr də, heç bir müalicə üsuluna, həkimə inanmırlar.

Distimiyanın əlamətlərinə iştahanın və yuxunun pozulması, intim istəyin aşağı olması, bədbinlik, qapalılıq, ümidsizlik, iş qabiliyyətininn aşağı enməsi aiddir. Xəstələr tez-tez dərs oxumağın, işləməyin, ev işlərini görməyin əzabverici olduğunu deyirlər. Özlərini köməksiz və ümidsiz hiss edirlər.

Distimiya uzun illər davam edə bilər. Belə insanlarla ünsiyyət maraqsız olur. Yaxınları belə onlardan soyuyur. Onlar söhbət zamanı hər şeydən şikayət edə bilərlər. Həm səhhətləri, həm şəxsi və işgüzar həyatları onları qane etmir. Onlar ünsiyytədə olduğu insanları pisləməyə başlayır, onlar haqqında qeybət edirlər. Bu cür şəxslər əksər hallarda əhavllarını qaldırmaq üçün spirtli içkilərə və narkotik vasitələrə əl atırlar.

Distimiyanın erkən başlaması irsi amillərdən asılı olaraq ağır keçə bilər. Bu depressiyadan əziyyət çəkənlər arasında intihar edənlər də olur.

Distimiya zamanı tutmalar olur. Tutma zamanı xəsətliyin 11 əlamətindən heç olmasa 3-ü müşahidə olunur. Enerji potensialının və ya fəallığın enməsi, yuxusuzluq, özünəgüvənin aşağı düşməsi, diqqətin zəifləməsi, əvvəllər şəxsə məxsus olan intim hisslərin itməsi, emosional kövrəklik və ağlamağa meyl, iş qabiliyyətinin və peşə vərdişlərinin zəifləməsi, həyata pessimist yanaşma, ünsiyyətə meylin azalması, ümidsizlik və peşmançılıq hissi, tənhalığa meyl.

Hər əhval pozuntusunu distimiya adlandırmaq olmaz. Qeyd olunan tutma, o cümlədən, təkrar tutmaların davamiyyəti iki ildən az olmamalıdır.

Ailə anamnezində hipomaniakal tutmalar və ya şizofrenə bənzər psixotik epizodların olması, eləcə də, xəstədə spesifik üzvi əlamətlərin olması və ya müxtəlif preparatlara qarşı asılılığın qeyd edilməsi distimiyanın diaqnozunu inkar edir .

dushunce.az

MƏQALƏDƏN İSTİFADƏ ZAMANI SAYTA İSTİNAD MÜTLƏQDİR!

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər