Stiven Kinq kitablar, qadınlar və həyat haqqında

Stiven Kinq – canlı əfsanə, qorxu, mistika ustadı və virtuoz yazıçıdır. Onun yazıçılığa qarşı olan qarşısı alınmaz hərisliyi onun əsərlərini və özünü dünyaya sevdirmişdir. Onun əsərləri bestsellerlərə, əsərlərinə əsasən çəkilmiş filmlər isə şedevrə çevrilir.

Stiven Kinq kitablar və yazıçılıq haqqında:

  • Əlinizə aldığınız hər bir yeni kitab sizə yenilikləri öyrədir, hətta müəyyən hadisələri göstərərək dərs olur.
  • Uğurlu yazıçının prinsipi : “Çox oxumaq, çox yazmaq ! ”
  • Oxumağı sevən və buna həqiqətən də çox vaxt ayıran insanları ən uyğun olmayan vaxtlarda da fikrini hekayələrlə cəlb etmək olar. Bu həmin insanların zəifliyi və bədbəxtçiliyidir.
  • Kitablar tədqiq olunmamış, aşkar olunmamış torpaqlar kimidir. Həmin torpaqları xəritə olmadan tədqiq edin, özünüz xəritələr yaradın.

–Mən professional yazıçıyam. Bu o deməkdir ki, ən maraqlı şeyləri xəyallarımda yaşayıram.

–Biz yazıçılar ideyaları hardan götürdüyümüzü, nədən ilhamlandığımızı heç vaxt bir-birimizdən soruşmuruq, çünki özümüz də bilmirik.

Stiven Kinq qadınlar haqqında:

  • Qadınlar sirr saxlamağı bacarmır, lakin onlardan heç biri ürəyində olanları açıb danışmır.
  • Yaxşı qadınla bir yerdə olan kişi Allahın ən xoşbəxt məxluqlarından biridir, qadınsız isə əksinə olaraq ən bədbəxtidir.
  • Hər zaman gülümsəyən, şən qadınları sevirəm.
  • Qadınlar alış-verişi sadəcə o, mövcud olduğu üçün edirlər.

Stiven Kinq dostluq haqqında:

  • Əsl dostlar bir-birini güdmürlər. Əsl dostluq dostun həyatına müdaxilə etməməyi bacaran dostluqdur.
  • Təbəssüm əsasında qurulmuş dostluq, həmişə möhkəm və güclüdür.

Stiven Kinq dünya haqqında:

  • Bildiyimiz kimi yer kürəsi dövr edir. İstəsəniz onunla bir dövr edəcəksiniz, istəsəniz bir yerdən yapışıb hər şeyi inkar edəcəksiniz, lakin bilin ki, bu zaman ayaq üstə dura bilməyəcəksiniz.
  • Insanın nə istədiyini bilsəniz, həmin insanı tanıyacaqsınız.
  • Həqiqətən ehtiyacı duyduğunuz şeyləri pulla əldə edə bilməzsiniz.
  • İstəyinizdən asılı olmayaraq zaman hər şeyi sağaldır, unutdurur. Zaman hər şeyi müalicə edir və sonda qaranlıq qoyub hər şeyi özü ilə aparır. Həmin qaranlıqda biz başqa insanları tapıb, digərlərini isə itiririk.
  • Öz kinini idarə etməsən, o, səni idarə edəcək.
  • Bəli, qəlblər sınır. Hərdən hesab edirəm ki, qəlblərimiz sınan zaman biz ölsəydik daha yaxşı olardı, amma bu belə deyil. Qəlblərimiz sına-sına yaşayırıq.

–İnsanların təbiəti yaxşılaşmır, sadəcə ağıllanır. Yəni, əgər insan qarışqanı öldürmək istəyirsə, bu istək həmişə onunla bərabər olacaq. Sadəcə ağıllandığı zaman o, daha yaxşı və özü üçün zərərsiz üsullar seçəcək.

Stiven Kinq həyat haqqında:

  • Yaşamağın yeganə üsulu – yaşamaqdır.
  • Uşaq olmaq- yaşamağı öyrənməkdir. Böyük olmaq – ölməyi öyrənməkdir.
  • Qədim bir deyim var : “Açar yerinin dəliyinə baxma ki, başına pis işlər gəlməsin. İnsan tarixinin ən böyük “açar yeri” internetdir.

bildirchin.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər