Dahilikdən Dəliliyə bir addım

Dəlilik…yəqin ki, bir çox insanın diqqətini cəlb edən bu anlayış ilk öncə bir çox sual formalaşdırır. Dəlilik və dahilik? Bir-birindən tamamilə fərqli olan bu anlayışların hansı ortaq nöqtəsi ola bilər? Bəs bu ortaqlıqda şizofrenyanın rolu nədən ibarətdir?. Əslində isə bu anlayışların ortaq nöqtəsi çoxdur. Ancaq gəlin öncə dəlilik anlayışın mahiyyətini açıqlayaq. Müxtəlif tarixi dövrlərdə və müxtəlif mədəniyyətlərdə fərqli mənalar daşıyan dəlilik anlayışı qeyri-adi düşüncə və davranışları olan insanların vəziyyəti kimi xarakterizə olunur. Müasir psixologiya və psixiatriyada ruh xəstəliyi olaraq tamamlanan bu anlayış, ümumilikdə isə ağılın hakimiyyətini təmsil edən bir yanaşma ilə ələ alınmaqdadır. Ağıl hakimiyyətindən söz açarkən isə şizofrenyadan danışmaq lap yerinə düşər.

Şizofrenya (yunanca “schizo” – parçalayıram , “phren”-idrak, ağıl deməkdir) tutulmalar şəklində baş verən aşağıdakı əlamətlərdən ən azı ikisinin varlığı (sayıqlamalar, hallüsunasiya, danışıq xüsusiyyətləri və keyfiyyətində pozulma; həddindən artıq dərəcədə qəribə və mənasız şəkildə dağılmış davranışlar; mənfi əlamətlər dediyimiz emosiyalarda azalma, təfəkkürün qırıqlığı, enerjinin azalması və fəaliyyəti həyata keçirməyə həvəssizlik halı) xəstəliyin əlamətləri kimi səciyyələndirilir. Bu vəziyyətdəki adamda xəstəliyin baş vermə müddəti içində sosial, peşə, ailəvi əlaqələrində və özünə baxım kimi sahələrində diqqəti cəlb edən pozulmalar meydana gəlir. Bu əlamətlər ən az 6 ay müddətdə olmalıdır.

Şizofreniyanın necə fərqinə vararıq? Şizofreniya özünü insanın xarici görünüşündə, duyğularını ifadə etməsində, davranışlarında, düşüncələrində etdiyi dəyişikliklər və bunların ictimai əks olunması ilə müəyyən edər. Başlıca əlamətlər bu şəkildə yekunlaşdırıla bilər:

Mimiklər və jestlərdə azalma, ətrafda olub bitənlərə qarşı maraqsızlıq görülə bilər. Bəzilərində üz ifadəsi donuqlaşabilər, bəzi xəstələrdə isə danışıq pozular, dağınıq və müəmmalı ola bilər, özünəqapanma və ya yaxınlarından asılı olmaqla bağlı artım görülə bilər.

Məqsədsiz və mənasız davranışlar göstərə bilərlər. Heç hərəkət etməmək, davamlı bir nöqtəyə baxaraq heç danışmama və ya təcavüzkar davranışlar nümayiş etdirə bilər. Geyim-keçimə diqqətsizlik və özünə qulluq vərdişləri azalabilər.

-Xəstələrin çoxunda onların təqib edildiklərini, öldürüləcəklərini, onlar əleyhinə sui-qəsd, tələ qurulduğunu düşünmə, qorxma və s. kimi əlamətlər görülür.

Bir çox insanlar istedadlarının yüksək səviyyəsi ilə fərqlənirlər, onların yaradıcı nailiyyətləri cəmiyyətin həyatında, mədəniyyətin inkişafında tam bir dövrü, epoxanı əhatə edir. İnsanda qabiliyyətin bu cür inkişaf səviyyəsi dahilik adlanır. Dahilik şəxsiyyətin elə bir yaradıcılıq səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan cəmiyyətin həyatında ağlagəlməz yüksək rol oynayır. Məhz həmin şəxslərdir ki, onların bir çoxu dahilik və dəlilik arasındakı o incə xətti keçərək ya dahilik statusunu özündə saxlayır ya da dəliliyi. Bu cür şəxslərə tarixdə çox rast gəlinir. Amerikalı dahi riyaziyyatçı John Nash 1950-ci illərin ən məşhur riyaziyyatçısı olaraq tanınır. 1958-ci ildə şizofreniya xəstəliyinə tutulan John Nash, 25 il elm dünyasından uzaq qalır. 1994-cü ildə xəstəliyini məğlub edən dahi riyaziyyatçı aktiv elm dünyasına qayıdır. Eyni il, inkişaf etdirdiyi “ Oyun Nəzəriyyəsi ” ilə Nobel mükafatı qazanır. Bundan başqa avropanın ən yaxşı qapıçıları arasında yer alan Andy Goran, Albert Eynşteynin oğlu – Eduard Eynşteyn, Dr. Watsonun oğlu ( Dr.Watson DNT-nin birgə kəşfi və Nobel mükafatçısı ) , superbowl oyunun qalibi futbolçu Lionel Aldridge, rus rəqqası Mary Todd Lincoln, məşhur şizofreniyalı rəssam Louis Wain, yazıçı Jack Kerouac, dramaturq Antonin Artaud və s. adlar da həmin siyahıya daxildir.

Lakin, buradakı ən önəmli və hər kəsi düşündürən məsələ dahilik dəliliyə səbəb olur yoxsakı dəlilik dahiliyə səbəb olur sualıdır ki, bu suala cavab isə əlbəttə ki, hələ də axtarılmaqdadır…

Ceyhunə Dəmirova

BDU, Sosial elmler ve psixologiya fakultesi
Magistr, 2 kurs,umumi psixologiya ixtisasi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər