Zehninizi susdurun

Bir çox insan düşünür ki, onların düşüncə tərzləri, reallıqları görmə qabiliyyətləri digər insanlarla eynidir. Bu o deməkdir ki, onlar öz zehinlərində eyni bir filmə baxırlar və öz həyatlarını eyni formada qurub, eyni formada yaşayırlar.

Siz öz beyninizdə düşüncə tərzinizi və təsəvvürlərinizi dəyişə bilərsiniz. Siz hətta öz fikirlərinizi dəyişərək, həyat tərzinizi də dəyişə bilərsiniz.

İnsanların çoxu fikirlərinin, düşüncə tərzlərinin dəyişə biləcəyinə inanmır və ya bunu ümumiyyətlə istəmirlər. Onlar bunu absurd kimi qəbul edirlər.

Lakin kifayət qədər bu haqda biliyə sahib və öz düşüncələrini dəyişməyə cəhd göstərən insanlar da var. Əgər onlar öz düşüncə prossesləri üzərində şüurlu şəkildə işləməyə, daha çox səy göstərməyə davam edərlərsə, onlar öz yaradıcılıq qabiliyyətlərini daha praktik və birbaşa şəkildə həyata keçirə bilərlər.

Zehni susdurmaq isə haqqında çox az bildiyimiz bir məlumatın ən yuxarı mərhələsidir və bunu bacarmaq üçün daha praktik addımlar atmaq lazımdır. Əgər insan bu və ya digər bir məqsədinə çatırsa, həmin an anlayır ki, bu onun beynində və düşüncəsində tutduğu məqsəd deyil, hətta ondan daha fərqli bir şeydir. O aydın şəkildə başa düşür ki, əslinə onun əsl mahiyyəti reallıqdadır. Təsəvvür deyə bir şey yoxdur. Yaşadığı şeyləri isə illuziya həyata keçirir ki, buna da “reallıq” deyirik.

Zehni susdurma qabiliyyəti isə istədiyimiz kimi zehnimizi açıb-bağlamaq üçün istifadə etdiyimiz açardır. Biz onu söndürməyi bacarsaq, güclü, ağıllı və xoşbəxt yaşayacağıq. Nə vaxt ki, zehnimiz və fikirlərimiz susur, biz ağlımızı ən effektiv şəkildə istifadə edə bilərik.Düşüncə və ağlın davamlı olaraq, fasiləsiz, yorucu çalışmasından sonra susması nəticəsində insanlar arasında sülh və xoşbəxtlik yaranır. Bu mərhələdə siz düşüncələrinizin rəhbəri olursunuz.

Bir çox insanlar öz düşüncə tərzlərini və onun həyat fəaliyyətinə tətbiqini aşağıdakı kimi təsvir edirlər :

  1. Siz fikrinizi dəyişə və istədiyiniz fikri seçə bilərsiniz. Bunu etməklə siz həm də həyatınızı dəyişəcəksiniz ;
  2. Hal-hazırda zehninizdə yeni, rəngli və pozitiv enerji ilə dolu bir rəsm çəkə bilərsiniz;
  3. Zehninizdəki köhnə şəkillərə, ya da səhnələrə baxmaqdan imtina edə bilərsiniz;
  4. Əgər zehninizdəki rəsmlə olduğunuz vəziyyət bir-birindən kəskin şəkildə fərqlənirsə, siz istədiyiniz psixoloji rəsmə baxa bilərsiniz;
  5. Siz zehninizin kinoteatrında oynamaq üçün film seçə bilərsiniz;
  6. Siz zehninizin daxili otağında asmaq üçün rəsm əsəri seçə bilərsiniz.

allmag.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər