Münasibəti korlayan vərdişlər

Bəzən fərqinə belə varmadığımız pis vərdişlər münasibətimizi pis hala gətirər. Halbuki, açıq və normal davranmaq hər şeyin həllidir.

Qadın, ya kişi bəzən onu narahat edən bir məsələ olduğunda bunu qarşı tərəflə danışmaqdan çəkinir. “Daha da pis olacaq, ya xətrinə dəyəcək”, — deyə danışmaqdan qorxar, bütün günü üzünü turşudub oturar və beləliklə, bütün gecəni korlamış olar.

Bəzən isə narahat edən şeylər deyil, narahat etməli olan şeylər ucbatından qadın, ya kişi əsəbi davranar. Qarşı tərəfin laqeyd yanaşmasına dözə bilməz.

Hər iki tərəf danışdığında tərəflərdən biri elə bir məsələnin ucundan yapışar və saqqız kimi uzadar. Bu da insanı bezdirici hala gətirir.

Qadın, ya kişi qarşı tərəfə yaxşı bacardığı və asanlıqla görəcəyi işin necə görülməsini anladar. Onunla uşaq kimi davranar. Bu da onun əsəbləşməsinə və bütün məsuliyyətini boynundan atmasına səbəb olar.

Münasibətin irəli dövrlərində bəzən tərəflərdən biri xarici görünüşünə diqqət göstərməz. Ancaq münasibətin uzun davam etməsi və gözəlləşməsi üçün davamlı diqqətə ehtiyac var.

Üzr istəməmək də ən pis vərdişlərdən biridir. Ancaq haqsız olan tərəf mütləq üzr istəməlidir.

Qarşısındakını əsəbləşdirməmək, qırmaq istəmədiyindən hər şeyini dəstəkləyərək “əla” deyir. Bu da başqa bir pis vərdişdir. Münasibətin həyəcanını yox edir.

Kin tutmaq, münasibəti zamanla yox edən bir vərdişdir. Qarşındakını dinləməmək, sözlərinə dəyər verməmək, hər zaman öz sözünü deməyə çalışmaq hörmətsizlik anlamına gələcək.

Asılısınız. Subaymış kimi yaşamaq, ancaq öz zövqlərinə, təkbaşına yerinə yetirəcəyin işlərə üstünlük vermək münasibət üçün artıq söz qalmayıb deməkdir.

sun.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər