Stressi tez ve qisa zamanda nece aradan qaldırmalı?
Stress yaşadığımız zaman əhval-ruhiyyəmiz getdikcə enməyə doğru gedir.Stress- “sevincin əsl düşmənidir”! Onunla necə mübarizə aparmaq olar?Ən effektiv antistress metodları aşağıdakılardır:
1-5 dəqiqəniz var?
Əgər siz məhz indi ruhdan düşüb, kədərlənirsinizsə aşağıda sadalanan metodlardan istifadə etməklə əhval-ruhiyyənizi bərpa edə bilərsiniz.
Şokalad yeyin.O ağızda yavaş-yavaş əriyərkən orqanizmdə rahatlıq yaranır: məmnunluq hiss yardan serotoninin; fiziki və ürək ağrısını sakitləşdirən endorfinin; sevincin təbii mənbəyi- enkefalinin,yüngül eyforiya keçirməyə təsir edən-anandamidanın səviyyəsi artır.Məncə gün ərzində hər birimiz 25 qram özümüzə bunu etməyə icazə verə bilərik.
Xoşbəxtliyi 1-2-3 sayında təqlid edin.1-ci başınızı qaldırın.2-ci çiyinlərinizi düzəldin. 3-cü gülümsəyin: dodaqlarınızın kənarlarını yuxarı qaldırın, yüngülcə gözlərinizi qıyın.Eyni zamanda həyatınızın ən xoş anının detallarını(əhəmiyyətli olsa belə) xatırlamağa çalışın. Bu zaman təkcə hadisənin özünü deyil, onu müşayət edən ətir, taktil duyğular, rəng və s. xatırlamağa çalışın.Bir neçə saniyədən sonr sünii yaradılmış sevinc həqiqi sevinclə əvəzlənəcək.
Xoşagəlməz məsuliyyətlərdən qaçın.Məktuba cavab verin, diş həkiminin qəbulu üçün qeydiyyatdan keçin. “60 dəqiqə qaydası”na istinad edin: bugünün işini heç vaxt sabah saxlamayın. İşləri gördükcə qeydiyyat dəftərçənizdə üstündən xətt çəkin.Bunu etdikcə o qədər rahatlanacaqsınız ki, özünüzdə təəccüblənəcəksiniz ki bunu əvvəllər niyə etməməmisiniz.
Pəncərəni açın.Təbii ki, ekologiya və hava buna imkan verirsə.Bu kiçik səy böyük nəticələr verir. Aləm sanki tam açılmış olur!
10-15 dəqiqəniz var?
Enerjini “aldatmaq”: ayağa qalxıb tədricən addımları sürətləndirərək harasa gedin. Telefonla danışaraq dəhliz boyu gəzin.Ən yaxşısı isə təmiz havada gəzməkdir.Bu üsul nəzərə çarpacaq dərəcədə, hətta pis havada belə,əhval-ruhiyyəni qaldırmağa səbəb olur.
Xeyirxah iş görməyə çalışın.Qiyabi də olsa bir-birinə ehtiyacı olan iki insanları tanış edin.Tanış, faydalı informasiyaya qulaq asın.İşindən bir dəqiqə olsa belə ayrıla bilməyən kolleqalarınıza kofe, şirniyyat gətirin.İstənilən xoş təsir bağışlayan işlər görməyə çalışın. Ətrafınızdakılara mehribancasına yanaşın.Bu zaman ətrafdakıların sizə münasibətinin dəyişdiyini görəcəksiniz.
Musiqi dinləyin.Sevimli mahnının artıq ilk sədalarını eşidən zaman əksəriyyət insanların əhval-ruhiyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq.Bundan əlavə musiqi stressi demək olar ki, fiziki məşq qədər effektiv təsir edir.Müvafiq reaksiya sevimli kitabın oxunması zamanı da müşahidə olunur.Bunu eksperimental olaraq Virdjin universitetinin professoru Maykl Kubok sübut etmişdir.O, həm də musiqi və əsər oxumaya marağın təmin olunması kimi də yanaşır.
psixologiya.net