Qəhvə haqqında maraqlı faktlar

Qəhvə — dünyanın ən məşhur içkilərindən biridir. Çoxları öz günlərini məhz ondan başlayır, iş günü ərzində onunla gümrahlığı saxlayır və istirahət zamanı rahat kafelərdə özlərini onunla nazlayır.

Qəhvə haqqında bir çox miflər və əks göstərişlərə dair xəbərdarlıqlar mövcuddur. Onları daim təkzib edib yenilərini fikirləşirlər.

Həqiqətənmi, qəhvə ürək üçün zərərlidir?

Normal miqdarda qəhvədən istifadə ürəyə neqativ təsir göstərmir, ancaq həddən artıq çox istifadə vaxtı o insanın sağlamlığına pis təsir edə bilər. Bostonda həkimlər bir neçə il ərzində 85 747 qadını müşahidə edirdilər ki, bu vaxt ərzində onların arasında 712 nəfərdə ürək-damar sisteminin xəstəliyi yaranmışdı. Əksər hallarda bu xəstəliklər gün ərzində altı fincandan çox qəhvə içən, və ya ümumiyyətlə qəhvədən istifadə etməyən insanlarda yaranırdı.

Şotlandiyalı həkimlər 10 359 kişi və qadını yoxladıqdan sonra, aydınlaşdırdılar ki, qəhvədən istifadə edənlər arasında ürək-damar xəstəliklərinə daha nadir hallarda rast gəlinir. Bu məlumatlar bir daha təsdiq edir ki, hər şey lazımi dərəcədə olduqda daha yaxşıdır.

Həqiqətənmi, qəhvə hamiləlik zamanı qadınlara mənfi təsir edir?

Çoxsaylı tədqiqatlar göstərir ki, hamilə və süd verən qadınlar tərəfindən az miqdarda qəhvədən istifadə onların və uşağın sağlamlığı üçün təhlükəsizdir. Tədqiqatlara əsasən, hamilə və süd verən qadınlar üçün münasib doza — gün ərzində ən çox 200 mq kofeindir (2 fincan qəhvə).

Həqiqətənmi, qəhvə vərdişə səbəb olur?

Bir çox alimlər hesab edirlər ki, kofein asılılıqlara səbəb olmur. Digərləri isə qeyd edirlər ki, daim bu məhsuldan istifadə edənlər onun porsiyasını kəskin azaltdıqları və ya ümumiyyətlə istifadəni dayandırdıqları zamanı baş ağrılarından əziyyət çəkə bilər, dalğın, əsəbi və ya yuxulu ola bilərlər (bu simptomlar bir müddətdən sonra keçir). Lakin, insan istənilən vərdişindən imtina etdiyi zaman da belə olur…

Həqiqətənmi, həll edilə bilən qəhvə təbii deyil?

Həll edilə bilən qəhvə 100% təbii məhsuldur ki, onun istehsalı üçün yalnız təbii xammal, yəni qəhvə dənlərindən istifadə olunur. Həll edilə bilən qəhvənin istehsalı qəhvə cövhərinin istehsalından ibarətdir. Onun alınması üçün yaşıl qəhvə dənləri qızardılır, üyüdülür, sonra bişirmə prosesini keçirlər. Nəticədə qəhvə cövhəri alınır. Qablaşdırmadan əvvəl qəhvə cövhərini xüsusi proses yolu ilə toza və ya qranulalara çevirirlər.

Həqiqətənmi, qəhvə xolestirinin səviyyəsini artırır?

Bu belə deyil. Yalnız çox böyük miqdarda tünd, süzülməmiş qəhvə belə effekt göstərə bilər.

Həqiqətənmi, qəhvə sidikqovan təsirə malikdir?

Sübut edilmişdir ki, normal miqdarda qəhvədən istifadə su-duz mübadiləsinə çox təsir etmir. Əksinə, bu içkidən gündə 3-5 fincan istifadə orqanizmin bir günlük maye ehtiyacının 40%-ni ödəyir.

Həqiqətənmi, qəhvə beyinin fəaliyyətini stimullaşdırır?

Həqiqətən, kofein mərkəzi əsəb sisteminə təsir edir. Qeyd edilir ki, qəhvədən normal miqdarda daim istifadə edən insanlar Parkinson və Alsqeymer xəstəliyinə daha az meyilli olurlar.

Həqiqətənmi, qəhvə sümük toxumalarının möhkəmliyinə mənfi təsir edir?

Əgər kalsiumun istehlakı orqanizmin ehtiyaclarına uyğundursa, bu zaman bu belə deyil. Ancaq qadınlarda kofeindən həddindən artıq çox istifadə orqanizmdən kalsiumun çıxarılmasını artıra bilər. Lakin süd ilə birlikdə qəhvədən istifadə belə effekti yox edə bilər.

Həqiqətənmi, qəhvə hipertoniya xəstəliyi vaxtı zərərlidir?

20 il ərzində keçirilən müxtəlif tədqiqatlar zamanı qəhvə ilə ürək xəstəliklərinin arasında hər hansı bir əlaqə aşkar edilməmişdir.

Həqiqətənmi, qəhvə qaraciyər üçün zərərlidir?

Tamamilə əksinə. Qəhvə qaraciyər sirrozunun yaranmasının riskini aşağı salaraq müdafiə edici təsir göstərir. Bundan başqa, qəhvə öd kisəsində daşların yaranmasının azalmasına imkan yaradır.

xanim.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər