- Bir qadın ya sevər, ya da nifrət edər, ortası yoxdur. (F.Bixter)
- Gözəl qadınlardan ağıllı olmalarını tələb edə bilmərik, amma ağıllı qadınların çirkin olmalarını əsla onlara bağışlamaq olmaz. (Mistler)
- Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi. (Cak Lemmon)
- Qadınların saxlaya biləcəkləri tək sirr, bilmədikləri sirrdir. (Seneka)
- Qadın hər şeyi fitrədən bilir, kişi kitablardan öyrənir. (Budda)
- Qadınları anlamaq üçün bir labirinti düz yola çevirmək lazımdır. (Z.Freyd )
- Qadın, insanın kölgəsi kimidir; qovsanız qaçar, qaçsanız qovar. (Chamfort)
- Qadınlar bizi xoşbəxt etməyin bir yolunu bilirlər. Amma bizi bədbəxt eləməyin min yolunu bilirlər. (Heyne)
- Hələ təsdiq olunmamış və qadın ruhuyla bağlı 30 il davam edən araşdırmalarıma qarşı, mənim də təsdiq etməyi bacarmadığım çox vacib bir sual var: Qadın nə istər? (Z.Freyd )
- Mənim üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır». (XVI Ludovik)
- Bir qadının üzü güləndə bir kişinin cibi aglayır. (Oskar Vilde)
- Qadın, hər şeyi görən gözü belə aldadar. (F. Dostoyevski)
- Mən xoşbəxtəm ki, mən kişi deyiləm, yoxsa qadınla evlənməli olardım. (Madam De Stall)
- Yaxşı bir qadın bir kişini təsirləndirər, ağıllı bir qadın onda maraq yaradar, gözəl bir qadın ovsunlayar, anlayışlı bir qadın isə ona sahib olar. (Helen Rowland)
- Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır.
(Viktor Hüqo) - Hər kişi həyatında mütləq bir qadını ömürlük sevər və hər qadın mütləq bir kişiyə ömür boyu əzab çəkdirər…
(Paulo Coelho) - Qadını danışmağa məcbur etmək üçün min üsul var, ancaq onu susmağa məcbur edən üsul yoxdur.
(Giyom de Buşe) - Sevən qadının fədakarlığı ölçüyə gəlmir. (Alfons Dode)
- Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. (Corc Herbetr)
- Qadın hökmdarlıq edir, amma idarə etmir. (D.Jirarden)
- Mən qadınlarda zahiri gözəlliyi deyil, ruhun gözəlliyini axtarıram. (Uilyam Şekspir)
- Qadının sizdən məsləhət istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır. (Onore de Balzak)
- Arvad seçərkən özündən biliksizini, dost seçərkən özündən biliklisini seç.
(Çin atalar sözü) - *Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər. (Migel de Servantes)
- Qadınla bağlı faciəli olan şey nə onlarla, nə də onlarsız yaşana bilinməməsidir.(L. Bayron)
- Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar, bir qadına sahib olan adam hər qadını özünə heyran buraxar. (Goldinq )
- Hıçqıraraq ağlayan bir qadının göz yaşları, ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır. (Ç. Bukovski )
- Qadın bilməyənə nəfs, bilənə nəfəs kimidir. (Şəms Təbrizi )
- Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş görünür. Birincisi briliyant, ikincisi xəzinədir
- Qadının sevmədiyi kişiyə heç vaxt yazığı gəlməz. (Aleksandr Duma)
- Qadına hərdən itaət etmək lazımdır ki, onun üzərində hökümranlıq edəsən. (Viktor Hüqo)
- Ağlatdığın bir qadının göz yaşlarını ya o anda silərsən ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. (Anton Pavlovic Çexov)
- Qadın sözləri ilə deyil, gözləri ilə danışır əslində buna görə onları başa düşmək üçün dinləmək yetməz, yalnız izləmək lazımdır. (F. Dostoyevski )
- Qadınlar onları güldürən kişilərdən xoşlanır sözü yalandır, unutma. Çünki, qadınları sadəcə xoşlandıqları kişilər güldürə bilir əslində. (Can Dündar)
- Qadın hər ehtiyacını qarşılayacaq tək kişi istər, kişi tək ehtiyacını qarşılayacaq hər qadını. (F. Dostayevski)
- Bir qadın söyləyəcək çox şeyi olduğu halda susursa, kişi artıq bütün şansını itirmişdir. (P. Neruda)
- Kar bir kişiylə kor bir qadın ən xoşbəxt cütlükdür. (Danimarka atalar sözü)
- Bir qadın sevdiyi kişinin başqa bir qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can çəkişərkən görməyi tərcih edər. (Q.Q.Markez)
- Qadın heç getməyəcəkmiş kimi sevər, amma yeri gələr heç sevməmiş kimi gedər.
( J. Crange) - Bir qadın sizi milyoner edə bilər, təbii ki siz triliyonersinizsə. (Bob Dylan)
- Ağlamaq qadının tələsidir. (C. Rumi)
- Aldadan kişi yoxdur, göz yuman qadın var.
- Bir qadının içindəki mələyi bir kişi kəşf edər, amma o mələyin bütün məsumluğunu yox edəcək olan yenə kişidir. ( A.Huxley)
- Kişi qadına şillə vurarsa kişi günahkardır, qadın kişiyə şillə vurarsa yenə kişi günahkardır. (Ç.Bukovski )
- Kişilər önəm verdikləri qadından heç kimə danışmaz, qadınlar isə əksinə önəm vermədikləri kişilərdən.
- Qadının təxmin etdiyi şey, kişinin əmin olduğu şeydən daha doğrudur. (R.Kiplinq)
- Əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı bütün kişilər tam olaraq anlamını itirər. (Oskar Vilde)
- Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də, kişi isə sevişmək uğruna hər şeyi fəda etməyə hazırdır, hətta sevməyi də ! (P. Koelho)
Hazırladı : Psixoloq Rübabə
fitret.az