Mətn oxumaqla bağlı maraqlı məlumatlar

  1. Mətn oxuyan zaman hər bir hərf beyniə ayrıca siqnal vahidi kimi göndərilir. Özü də, tərsinə çevrilmiş şəkildə. Beyin bunları düz üzünə çevirir. Gördüyümüz hər şeydə belədi. Bu proses “invertation” adlanır.
  2. Düzgün oxuma üçün əsas şərt: cümlədə sözlərin baş və son hərflərinin düz olmasıdır. Söz ortası hərf səhvlərini (yaxud tire ilə əvəzlənməklə ixtisar olunmuş hərfləri) beyin avtomatik düzəldir. Burda həmçinin, konkret sözdən əvvəlki və sonrakı sözlərin təsiri var.
  3. Sürətli oxuma zamanı gözlər ləng oxumaya nisbətən az yorulur. Digər fakt: orta sürətlə oxuma zamanı mətnin başa düşülməsi təxminən 60 faiz, sürətli oxumada 80 faiz olur.
  4. Mətn oxuyan zaman gözlər əksərən fərqli nöqtələrə fokuslanır, yəni sağ göz bir hərflərə, sol göz başqalarına.
  5. Orta oxuma qabiliyyətli adamın gözləri kitabın hər sətrində 12-16 dəfə fokus dəyişir. Sürətli oxu qabiliyyətli adamda cəmi 2-4 fokus dəyişimi olur. O deməkdir ki, gözlər hər sətiri müvafiq sayda (3, 5 və s.) seqmentə bölüb bunları ayrıca “skan” edirlər. Yeni oxumağa başlayan adamlarda (yaxud, yeni öyrəndiyi dildə oxuyanda) bu rəqəmlər daha çox olur.
  6. Bir saat mətn oxunuşunda gözlər maksimum 57 dəqiqə iş rejimində olur. 3 dəqiqəni istirahət edirlər. Biz bunu adətən hiss etmirik.
  7. Oxumağı bacaran adamların 95 faizi hər dəqiqədə 180-220 söz oxuya bilirlər. Başqa sözlə, normal kitab səhifəsini oxumaq 1,5-2 dəqiqə vaxt aparır.
  8. Qısa sətirlər (məs., mətnin qəzetdə qısa sətirli sütunlara bölünməsi) adamlar üçün cəlbedicidir, amma bununla oxuma sürəti azalır. Başqa sözlə, maksimal sürətlə oxumaq üçün sətirin optimal uzunluğu var. Bu, orta ölçülü kitabın sətiridir.
  9. Eyni mətni kağızdan oxumaqla müqayisədə, monitordan oxumaq beyindən 25 faiz artıq enerji sərfiyyatı tələb edir. Çünki bu zaman beyin monitordan qəbul etdiyi işıq şüalanmasını da təhlil edir. Buna görə, kağızdan oxumaq daha sürətli başa gəlir, nisbətən az yorucudur.

Fenomenal oxu bacarığı olmuş məhşur adamlar:

  1. Napaleon bir dəqiqədə 2 min söz oxuya bilirdi.
  2. T. Edison 2-3 sətri eyni zamanda oxuyur, mətni bütünlüklə əzbər yadda saxlayırdı.
  3. M.Qorki dəqiqədə 4 min söz oxuya bilirdi.
  4. O.Balzak 200 səhifəlik romanı 30 dəqiqəyə oxuya bilirdi.
  5. E.Qaon oxumuş olduğu 2500 kitabı demək olar əzbər bilirdi.
  6. Kim Peek kitabın qoşa səhifəsini eyni anda oxuyurdu. Sol gözlə sol səhifəni, sağ gözlə sağ səhifəni. Orta həcmli qoşa səhifələri oxumaq üçün ona 12-13 saniyə vaxt kifayət idi. Oxuduğu kitabları 95 faiz əzbər yadda saxlayırdı, səhifəsinədək.

rasional.info

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər