Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual

Dünyanın ən böyük və populyar sosial şəbəkəsi olan facebook işə qəbuletmə şərtlərinə görə digər şirkətlərdən daha öndədir. Hətta qoyduğu şərtlərin yüngüllüyünə və rahatlığına görə dünya şirkətləri arasında birinci hesab olunur. İlkin mərhələ üçün şirkət işçilərə nə az, nə çox, 5 min dollar maaş təklif edir. Təbii ki, belə bir təklif isə hər kəsin ürəyincədir. Lakin işə qəbul şərtləri rahat olmaqla yanaşı, həm də olduqca kreativdir. Deməli facebook işə qəbul olmaq istəyən şirkət rəhbərliyi tərəfindən hazırlanmış 18 suala cavab verməlidir. Belə ki, verilən cavablarla işləmək istəyən şəxsin bütün şəxsi keyfiyyətləri və intellekt səviyyəsini müəyyən etmək olur. Suallar aşağıdakılardan ibarətdir.

  1. Fərz edək ki, 100 mərtəbəli binadasan və sənə tamamilə bir-birinə oxşar 2 yumurta veriblər. Məqsəd isə yumurtanı hansı mərtəbədən atacağın halda sınmayacağını müəyyənləşdirməkdən ibarətdir. Bu 2 yumurtadan istifadə edərək yumurtanın qırılmayacağı ən yuxarı mərtəbəni necə müəyyənləşdirə bilərsən.
  2. Əgər bir bankomatı sıfırdan hazırlamağı sənə həvalə etsəydilər necə edərdin və nələri dəyişdirərdin?
  3. Bütün facebookda bir gündə neçə dənə ad günü postu yazılır?

4 .İstanbul şəhərindəki bütün şüşələri təmizləmək üçün nə qədər pul istəyərdin?

  1. Əgər səni Facebooka işə götürsək, buradakı ilk günündə nə edərsən?
  2. Web saytlar işləmə necə işləyir və işlədilir?
  3. Səncə bütün Amerikada neçə dənə tozsoran var?
  4. Sənin olduğun yerdə kabelsiz internet şəbəkəsi ilə insanların online videoya baxmasının qarşısını necə ala bilərsən? Onu da nəzərə al ki, kabelsiz şəbəkədə idarəçi sən deyilsən və hər cür qeyri-leqal üsulladan istifadə etməyə imkan verirlər.
  5. Təsəvvür edək ki, Rusiya mafiyası tərəfindən qaçırılmısan və səni “rus ruletkası” oynamağa məcbur ediblər. Barabanına 6 güllə yerləşən silaha 2 güllə yerləşdirərək sənə veriblər. Birinci atış boş çıxır. Növbəti atəş üçün barabanı fırlayardınızmı? Nəzərə alın ki, hər iki halda vurulma ehtimalınız var….
  6. Keçmişinlə bağlı ən az qürur duyduğun şey nədir?
  7. Facebookun sahib olduğu bütün məlumatlara və şeylərə sahib olsaydın nə edərdin?
  8. Sənin son 20 il ərzində ən yaxşı kəşfin nə olub?
  9. Əlində 100 dənə sənə aid olmayan kredit kartı məlumatı var. 24 saat ərzində, yalnız onunla əməliyyat həyata keçirərək ən çox pulu necə qazanarsan? (Əlbəttə həbs olunmayacağını fərz edərək)
  10. 25 yarış atı və onların qarşısında 5 maneə var. Sürət ölçən cihaz isə yoxdur. Ən sürətli və zəif qaçan atı necə müəyyənləşdirə bilərsən?
  11. Bir profilin saxta olub-olmadığını necə müəyyənləşdirə bilərsən?
  12. Başqa bir şəhərə getməmişdən öncə həmin şəhərdə yaşayan 3 dostuna zəng edərək orada yağışın yağıb-yağmadığını soruşaraq özünlə çətir götürüb-götürməməyi müəyyənləşdirmək istəyirsən. Bütün dostların 1/3 ehtimalla yalan danışa bilərlər. Belə olan halda sənin həmin şəhərdə yağışın yağması ilə bağlı ehtimalın necə olar?
  13. Sizcə internetdə nə qədər pul xərclənir?
  14. Əgər bir heyvan olsaydın, hansını seçərdin? Niyə və hansı səbəbə görə?

interaztv.com

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər