DEJAVU – XATİRƏLƏRİ OLMAYAN YADDAŞ

Siz də tez-tez mən bu anı daha əvvəl yaşamışlıq hissinə qapılırsınızmı?
Deyək ki, daha əvvəl heç getmədiyiniz, kiçik şəhərin izdihamlı prospektində avtomobilinizlə irəliləyirsiniz. Birdən sol tərəfinizdən yaşlı bir qadının yolu keçmək üçün qırmızı işığın yanmasını gözlədiyini gördünüz. İçinizi bu hadisəni daha əvvəl yaşamışsınız kimi hisslər bürüyür. İçinizdə oyanan müəyyən naməlum bir hiss o anı hər detalı ilə yaşadığınızı söyləyir. Əvvəldən yaşanmışlıq hissi ümumiyyətlə bir neçə saniyə davam edir…
Bu hiss dejavu adlanır. Mütəxəssislərə görə, insanların 100-də 50-sinin çoxu, həyatları boyunca ən az bir dəfə bu anı yaşamış olur.

Nədir dejavu? Bu bir qarabasmadırmı? Yoxsa bir xəstəlikmi?
Mütəxəssislər bu sualların cavablarının axtarışına düşdü, bu sirri həll etməyə çalışırlar!
Artıq dejavu ilə əlaqədar verilən suallara bəzi cavablar tapılıb.

Dejavu fransızca “daha əvvəl görüldü” deməkdir. İlk dəfə 1876-cı ildə fransız fizik Emile Boiraç tərəfindən istifadə edilmiş, və psixiatırlar tərəfindən dejavu “basdırılmış duyğuların geri çağrılmaya çalışılan” kimi anlamlandırımışdı. Bu Paramnezi nəzəriyyəsinə görə, o an yaşanan hadisələr bir böhranla əlaqəlidir. Və şüuraltına atıldığına görə artıq əlçatmaz, xatırlanmaz vəziyyətdədir. Buna görə, bənzər hadisə bir xatırlama yaratmasa da başa düşülməsi çətin bir tanışlıq hissiylə əsas hadisəni xatırlatmağa çalışır. Dejavu yaşayan bir çox insan, bunun mistik bir güc ya da keçmiş həyatlar, paralel dünya və s. kimi proseslər nəticəsində ortaya çıxması kimi fərziyyələr irəli sürürlər. İnsanların belə düşünmələrinin səbəb onların hadisəni yaşarkən zehin və şüurunun açıq olduğu, buna görə də vəziyyətin tək açıqlaması paranormal – telepatik- mistik bir güc ola biləcəyi qənaətinə gəlmələridir. Bu açıqlama ilə razı olmayan elm adamları, uzun zamandır ki, dejavunun arxasında gizlənən fiziki səbəbləri araşdırırlar. Ancaq bu sirrin üzərini örtən pərdə hələ aralanmış deyil. Çünki dejavunun reallaşmadan əvvəl hər hansı bir əlaməti yoxdur. Belə olan halda, araşdırmaçılar bu psixoloji halı yaşamış insanların xatırladıqları və verdikləri izahlarla kifayətlənmək məcburiyyətindədirlər. Amma vəziyyət o qədərdə ümidsiz deyil. Çünki elm insanlarının əlində dejavunun tərifini və çıxış səbəblərini təyin edən kifayət qədər məlumat var.

Dejavu qarabasma deyil ?

Dejavu-Nedir-hakkında-bilgiİlk əvvəl dejavunu şüur xarici digər psixoloji hallardan ayırd etmək lazımdır. Məsələn bu vəziyyət bir qarabasma deyil. Qarabasma kimi ruhi xəstəliklərin ya da LSD kimi narkotik maddələrin təsiri beyin içi balanssızlıqların yarandığı, irəli səviyyədə vizual ya da digər duyğuların həddindən artıq həssaslığı ilə ortaya çıxır.
“Gicgahpayı epilepsiyası” xəstələrində da dejavuya bənzər əlamətlər görülür. Məsələn gənc bir kişi davamlı olaraq həyatının və evliliyinin bir çox ilini yenidən yaşadığından şikayətlənirdi. Ancaq gəncin vəziyyətini dejavudan diqqətə çarpan bir şəkildə ayıran bir fərq var;
Gigahpayı epilepsiyası xəstələri də yaşadıqlarının eynilə keçmişdəki ilə eyni olduğuna inanırlar. Lakin, dejavu yaşayan biri elə həmin an, dərhal, bunun bir illüziya və ya məntiqsizlik olduğunu fərq edir.
Almaniyada Martin Luter Universitetində oxuyan 220-dən çox şagird üzərində edilən bir araşdırmada dejavunu yaşadığını söyləyən şagirdlərin 100-də 80-i bunun keçmişdə yaşadıqları bir hadisəyə bənzədiyini söylədi.
Bu araşdırmaların nəticəsində, psixoloqlar əlamətsiz, bildirimsiz xatırlamalara səbəb olan başqa bir şüurdan kənar istiqamətə yönəldilər. Onlara görə, dejavu uzun zamandır unudulan şüurlu olaraq xatırlanmayan, amma hələ sinir şəbəkəsindən silinməyən hadisələrdir.

1989-ci ildə bu gün Vaşinqton Universitetinin psixoloqu Larry Jakob rəhbərliyi ilə bir təcrübə edildi. Təcrübədə iştirak edənlərin toplandığı sinfin divarına onların şüurlu olaraq dərk edə bilməyəcəkləri qədər qısa bir müddətdə bir söz əks etdirildi. Doğru, dürüst başa düşülməyən bu görüntü beynin vizual mərkəzlərində bir yerlərdə yazılır. Psixoloq Jakob daha sonra sözü uzun müddət divara əks etdirdiyində təcrübədə iştirak edənlər bunu daha əvvəl gördüklərini iddia etdilər.

Şüuraltına həkk olunan hadisələrin şüur xarici xatırlanılması, bənzər hadisələrin daha əvvəllər yaşanılmılşlığı kimi hissin yaranmasına gətirib çıxarır.

1900-cı illərin əvvəllərində Hollandiya psixologiyasının qurucusu Gerhard Heyman 42 tələbəni 6 ay boyunca izlədi. Bu tələbələrdən Dejavu yaşadıqdan dərhal sonra qısa bir anket doldurmaları istəndi. Heymanın müəyyənləşdirdiyinə görə ruh vəziyyəti dəyişkən olanlarla, ya da süstlük dövrü yaşayanarla nizamsız iş vərdişləri olan tələbələr daha tez-tez dejavu yaşayırdı. Digər araşdırmaçılara görə isə, insanlar çox yorğun və həddindən artıq stressli olduqları dövrlərdə dejavu yaşamağa daha meyillidirlər.

dejavuElm insanları dejavunun nevroloji mənşəyini tapa bilsələr onun səbəbinin nə olduğunu da ortaya çıxara bilərlər. Lakin, bu gün sinirsəl bağlantıların yalnız bir hissəsini açıqlaya bilirlər.
Artıq, məlumatların sinir yolları ilə beyinə çatdırılmasındakı gecikmələr də dejavu ilə izah olunur. Qəbul etmə prosesində məlumat parçacıqları fərqli sinir yolları ilə beynin əməliyyat mərkəzlərinə çatır. Və beyin bunları bir yerə toplayaraq bir bütün meydana gətirməyə çalışır. Elə bu müddətdə məlumatın ötürülməsi mərhələsindəki hər hansı bir gecikmənin qarışıqlığa və dejavunun meydana gəlməsinə səbəb olduğu düşünülür.

1963-ci ildə Efron araşdırmalarının sonunda beynin sol yarımkürəsindəki gicgah payının, gələn məlumatların birə-bir düzənlənməsində əsas rol oynadığı ortaya qoyuldu. Ani zamanda gicgah payının iki dəfə mesaj aldığı (birini birbaşa, digəri isə normal dolayı yollar vasitəsilə sağ yarımkürə tərəfindən aldığı sanılırdı) tapıldı. Əgər hər hansı bir səbəb üzündən dolayı ötürülmədə bir gecikmə olsa beynin sol yarımkürəsi ikinci mesajda bir zamanlama səhvi yazır. Və vizual səhnəni sanki daha əvvəl yaşanmış kimi şərh edir.

Xatirələri olmayan yaddaş.

Süni olaraq təşkil edilən bu dejavuların təbii olaraq yaşanan ilə bənzərliyi və aparılan araşdırmalardan əldə edilən nəticələr əhəmiyyətli məlumatlar ortaya qoydu. Fərdə özündən və ətrafından uzaqlaşdığını, zaman duyğusunu itirdiyini hiss etdirən bu duyğu tərəfindən formalaşan dejavu çox mürəkkəb bir prosesin işləməkdə olduğunu ortaya qoyur. Dejavu ilə bağlı gələcəkdə ediləcək araşdırmalarda onun yalnız yaddaşımızı necə yanıltdığını deyil, eyni zamanda beynimizin hansı yollarla bizdə həqiqət hissi yaratdığının öyrənilməsi nəzərdə tutulur…

Mənbə: birgo.mynet.com
Tərcümə edən: Fidan Eyvazzadə

fitret.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər