Bloq yaşam tərzidir

Bəzən insanlar yaşanılan hər hansı bir hadisəni yaddaşda saxlamaq üçün onu müxtəlif yollarla əbədiləşdirmək istəyir. Şəkillər çəkir, qeydlər edir və mümkün qədər illər sonra bu anı xatırlamaq üçün izlər qoymağa çalışır.

Məhz bu səbəbdən bir zamanlar gündəlik dəftərlər daha çox rəğbət qazanmışdı. Demək olar ki, hər gəncin ən vacib əşyası gün boyu yaşanılanları qeyd etdiyi kitabçalar idi. Zaman keçdikcə bu cür qeyd dəftərlərinin qıfıllı formaları üzə çıxmağa başladı. Sadə dəftərlə müqayisədə nisbətən etibarlı olan qıfıllı dəfərlərin də ömrü uzun olmadı. Demək olar ki, kompüterlə tanış olan hər gənc daha sadə və daha təhlükəsiz qeyd üsuluna başladı. Bütün dünyada məşhur olan bloqlar son dövrlər yerli gənclər arasında da rəğbətlə qarşılandı.

Bloq qısaca internet – gündəlik deməkdir. Şəxs tərəfindən zövqünə uyğun olaraq dizayn edilən və eynilə gündəlik kimi qeydlərin aparılması mümkün olan bloqları yaratmaq üçün xüsusi istedad tələb olunmur. Bloqlar internet istifadəçiləri arasında fikir, məlumat mübadiləsinin artmasında çox əhəmiyyətlidir. Fikir və düşüncələrlə yanaşı bəzi materialların və məlumatların paylanmasında da rol oynayır. Xaricdə bir çox siyasətçilər, dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına daxil olan insanlar öz fikir və amallarını, gündəlik həyat tərzlərini öz sevdiklərinə çox vaxt bloqlar vasitəsiylə həyata keçirirlər. Bloqlar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni, tək müəllifə aid olur. Bəzən isə qrup şəklində, bir neçə müəllif tərəfindən yazılar yazılır. Gənclər arasında isə gündəlik və qeyd kitabçası kimi də rəğbət qazanıb.

Bloger Vahid Balıyev 6 ildir bloq yazır. İlk dəfə Yaponiya xatirələrini qeydə alan həmsöhbətimiz deyir ki, bloq telefonun və kompüterin olduğu bütün məkanlarda əl altında olduğundan daha sərfəli və mükəmməldir: “Gedilən ölkədə şəkil çəkirsənsə, şəkilə o an nə hiss etdiyini, havanın necə olmasını, insanların münasibətini və s. ətraflı yerləşdirə bilmirsən. Ani bir kadr əslində o an yaşadığın duyğuları tam ifadə edə bilmir. Eyni zamanda, günlük yazmaqda şəkillərsiz olduqca sönük qalır. Belədə maraq olmur, çünki insan bir daha o dəftəri vərəqləmir. Bloqda isə əksinə, şəkili yerləşdirib bütün hisslərini yaza bilirsən. Sanki kiçik telefonda böyük bir sözlü albom yerləşdirilib. Bloqdan qazanc məqsədi ilə istifadə edənlər də var. Mən sırf gündəlik kimi işlədirəm”.

Onun sözlərinə görə, indiki dövrdə bloq açmaq sayt açmaqdan daha asandır. Sayt açmaq müəyyən dizayn və maddi imkan tələb edirsə, blog üçün heç nə lazım deyil. “Bloqdan sırf gündəlik kimi istifadə edənlərlə yanaşı kütləyə maraqlı məlumat çatdırmaq istəyində olanlar da var. Belə blogerlərin minlərlə izləyiciləri olur. Bu o demək deyil ki, hər bloq açanın mütləq izləyicisi olacaq. İzləyici qazanmaq üçün də daimi yenilik axtarışında olmaq lazımdır. Bloq yazmaqla blogerlər öz şəxsi bacarıqarını və biliklərini daha da artıra bilərlər. Çünki bloq yazarkən blogerlər müəyyən qədər araşdırma aparır və sonda öz şəxsi fikirlərni qeyd edirlər. Bloq yazmaq indiki dövrdə müəyyən qədər bacarıq tələb edir. Çünki unikal yazı yazmaq çox adamın bacarığı deyil. Copy+Paste yazılarını heç kəs oxumaz və oxuyanda ikinci dəfə bloqa üz tutmaz. Oxunmayan bloq isə sizi həvəsdən salar və bloqunuzu yarıyolda buraxarsınız”.

Hələ 1994-cü ildə internet aləmində ilk gündəlik dünyaya gəlir. Bu gündəliyin sahibi tələbə olan Castin Xoldur. Sonra isə məşhur proqramist Deyv Viner tərəfindən “Scripting News” ərsəyə gətirilir, hansı ki, tez bir zamanda özünə çoxlu sayda maraq, internet-auditoriya yığmağı bacarır, geniş sürətdə məşhurlaşır. Məhz bu səbəbdən də araşdarmaçılar tarix boyu sırf onun bloqunu birinci bloq olaraq görürlər.

Dizayner Kərim Əliyev deyir ki, bloqun üstün cəhəti onun şəxs tərəfindən istədiyi kimi qurulmasıdır. Dizayn hər sahədə önəmli olduğu kimi, internet sahəsində, ən çox da bloq sahəsində şox diqqət yetiriləsi bir şeydir: “Hazırda yerli bloqlara fikir versək, artıq-urtuq, qara-qura, parıldayan, tullanıb düşən yazılar, atributlar, qarışıq rənglər və s. ilə rastlaşarıq. Bəlkə də çoxları bloqun görüntüsünü belə etməklə özlərini özünəməxsus bir iş görmüş sayırlar. Amma bunlar bloqa gələcək olan istifadəçini ordan qaçmağa məcbur edir. Bundan başqa, yüklənmə də problemli olur. Ola bilsin ki, kiminsə xoşuna gələr, amma bu, adətən qeyri-ciddiliyin əlaməti sayılır və kimsə axtarış zamanı gəlib sizin bloqunuza çıxırsa, o, ordan yorularaq qaçacaq”.

Onun dediyinə görə, vacib deyil ki, gözəl dizayn kütləyə xidmət edən bloqda olsun. Əgər bloqu yaradan insan sırf məxfi gündəlik kimi istifadə edəcəksə, belə dizaynda diqqətli olmalıdır. “Bloq zövq məsələsidir. Düzgün yaradıldıqda ömrü də uzun olur”.

ekspress.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər