Menecer sindromu

Ofis işçilərinin 85%-i qeyri-stabil iqtisadi zamanlarda stress keçirirlər. Psixoloqlar bunun səbəbini qeyri-müəyyənliklə əlaqələndirirlər.
Maliyyə vəziyyəti ilə bağlı mənfi proqnozlar top-menecerlərlə yanaşı, orta qism ofis işçilərinin də narahatlığına səbəb olur. Hətta ən səbrli və təmkinli insanlar yaxınlaşan maliyyə fəlakəti səbəbindən özlərindən çıxa bilirlər. Stress zamanı isə orqanizm adrenalin aktivliyi yaradır ki, bu da apatik vəziyyətə səbəb olur. İqtisadi çətinliklər insanların sağlamlığına təsir göstərir.

Bu səbəbdən “Menecer sindromu” diaqnozu ilə son dövrlər daha çox rastlaşırıq. Bu, xroniki yorğunluq sindromudur. Xroniki stress fonunda şəxsiyyətin kasadlaşması prosesi gedir, işgüzar adamın imkanları zəifləyir.
“Menecer sindromu” daha çox 30-50 yaş arası ofis işçiləri arasında görünür. Əsasən də qadınlar bu sindromdan əziyyət çəkirlər.

Psixoloqlar hesab edirlər ki, məsələnin kökündə reallıqdan qaçmaq problemi dayanır. İnsanlar tamamilə işə yüklənirlər. Bunu karyera yüksəlişi üçün deyil, ailə və digər problemləri həll etmək üçün edirlər. İşlərini elə planlaşdırırlar ki, bir dəqiqə də boş vaxtları olmasın. Həkimlər isə deyirlər ki, effektiv iş yalnız mütəmadi fasilələrlə mümkün olur.

Bu sindromdan yayınmaq üçün çalışın, evdə də üzərinizə iş götürməyin. Daha çox vaxtınızı təmiz havada keçirin. İmkan daxilində gəzinti zamanı mobil telefonu söndürün.

Ən əsası isə, emosional vəziyyəti normallaşdırmaq və daha çox pozitiv emosiyalara yüklənmək lazımdır.

gencaile.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər