İlk həftələrdə körpənin əmizdirilməsi

İlk həftələr analar və körpələr üçün çox problemli olur. Bu problemlərin həll etməsində sizə mütəxəssislərin məsləhətləri kömək edəcək.

Birinci həftə

Körpəni neçə dəfə əmizdirmək lazımdır?

Körpənin tez-tez əmizdirilməsi yaxşı süd artımını dəstəkləyir və döş vəzilərinin şişməsini azaldır. Körpəni gündə (24 saatda) ən azı 10-12 dəfə əmizdirməyi nəzərdə tutun.

İlk aclıq əlamətlərini (narahat olma, döşü axtarma, əlləri ağıza salma) gördükdə körpəni əmizdirin – körpənin ağlamasını gözləməyin. Körpə fəal əmdikcə onu vaxt məhdudiyyəti olmadan döşdə saxlayın, daha sonra ikinci döşü təklif edin. Bəzi yeni doğulmuş körpələr əvvəlcə həddindən artıq yatağan olurlar – 2 saat (gündüz) və ya 4 saat (gecə) əmizdirmədən keçibsə körpəni oyandırın.

Körpə kifayət qədər süd alırmı?

Çəki artımı: Normal yeni doğulmuş körpələr ilk bir neçə gündə doğulduqları çəkinin 7%-ə qədərini itirə bilər. Ana südü gəldikdən sonra əmizdirilən körpənin çəkisi orta hesabla 170 q/həftə artır. İlk həftənin sonunda və ya ikinci həftənin başlanğıcında körpəni çəkisini yoxlamağa aparın. Körpə çəkisini gözlənildiyi kimi artırmırsa uşaq həkimi və ya əmizdirmə üzrə məsləhətçinizlə məsləhətləşin.

Çirkli bezlər: İlk günlərdə körpə səciyyəvi olaraq həyatının hər günü üçün bir çirkli (nəcisli) bez çıxaracaq (birinci gün 1, ikinci gün 2 …). 4-cü gündən sonra nəcis sarı rəngdə olmalıdır və körpə gündə 2.5 sm və ya daha böyük ölçüdə 3-4 dəfə nəcisə getməlidir. Bəzi körpələr hər əmizdirmə zamanı və ya daha tez-tez nəcisə gedir – bu da həmçinin normal haldır. Döşlə əmizdirilən körpənin normal nəcisi yumşaqdır (yumşaq formadan maye formasına qədər) və dənəvər və ya çürümüş vəziyyətdə ola bilər.

Yaş bezlər: İlk günlərdə körpə səciyyəvi olaraq həyatının hər günü üçün bir çirkli yaş çıxaracaq (birinci gün 1, ikinci gün 2 …). Ana südü gəldikdən sonra hər 24 saatda 5-6+ yaş bezin çıxmasını gözləyin. Kifayət qədər yaş bezin nəyə bənzədiyini bilmək üçün 3 çay qaşığı (15 ml) suyu təmiz bezə tökün. Birdəfəlik bezin içinə qoyulan nazik parça bezin yaş olmasını müəyyən etmənizə kömək edəcək.

Döşdə dəyişikliklər

Sizin südünüz 2 və 5-ci günlər arasında gələcək (miqdarın artması və ağuz südündən yetkin südə çevrilməsi prosesi baş verəcəkdir). Süd vəzilərinin şişməsinin qarşısını almaq üçün: körpəni tez-tez əmizdirin, əmizdirmə vaxtlarını qaçırmayın (hətta gecə), körpənin döşü yaxşı tutmasını / əmizdirmə mövqeyinin düzgün olmasını təmin edin, və digər döşü təklif etməzdən əvvəl körpənin birinci döşü tam əmməsinə imkan verin. Süd vəzilərinin şişməsindən yaranan narahatlığı azaltmaq üçün əmizdirmələr arasında soyuq kompres və / və ya kələm yarpağı kompresindən istifadə edin. Süd vəzilərinin şişməsinə görə körpə döşü tutmaqda çətinlik çəkirsə, areolanın təzyiqlə yumşaldılması və ya döşün ucu yumşalana qədər südün sağılmasını həyata keçirin, daha sonra körpənin döşü yenidən tutmasına çalışın.

Aşağıdakı hallarda həkiminiz, mama və/və ya əmizdirmə üzrə məsləhətçi ilə əlaqə saxlayın:

  • Körpə heç bir yaş və ya çirkli bez çıxarmır
  • 3 gündən sonra körpənin sidiyi tünd rəngdədir (normalda sidiyin rəngi solğun sarıdan şəffaf rəngə qədər olmalıdır)
  • 4 gündən sonra körpənin nəcisi tünd rəngdədir (normalda nəcisin rəngi xardal sarısı rəngində olmalı, heç bir mekoniy olmamalıdır)
  • Körpə daha az yaş / çirkli bez çıxarır və ya burada göstərilən hədəfdən daha az tezlikdə döş əmir
  • Anada mastit xəstəliyinin simptomları var (qızdırma ilə həssas döşlər, titrəmə, qripə bənzər xəstələnmə)

İkinci həftədən altıncı həftəyə qədər

Körpəni neçə dəfə əmizdirmək lazımdır?

Erkən həftələrdə körpənin tez-tez əmizdirilməsi yaxşı süd artımını əmələ gətirmək üçün vacibdir. Yeni doğulmuşların çoxunu gündə (24 saatda) 8 – 12+ dəfə əmizdirmək lazımdır.

İlk aclıq əlamətlərini (narahat olma, döşü axtarma, əlləri ağıza salma) gördükdə körpəni əmizdirin – körpənin ağlamasını gözləməyin. Körpə fəal əmdikcə onu vaxt məhdudiyyəti olmadan döşdə saxlayın, daha sonra ikinci döşü təklif edin. Bəzi yeni doğulmuş körpələr əvvəlcə həddindən artıq yatağan olurlar – 2 saat (gündüz) və ya 4 saat (gecə) əmizdirmədən keçibsə körpəni oyandırın. Körpə yaxşı çəki artımını nümayiş etdirirsə, körpəni artıq oyatmayın və yalnız körpənin çağırışı zamanı əmizdirin.

Aşağıdakılar normal hesab edilir:

  • Tez-tez və/və ya uzun müddətli əmizdirilmə.
  • Gündən günə dəyişən əmizdirmə qaydaları.
  • Hər gün – adətən axşamlar bir neçə saat ərzində əmizdirmənin birləşdirilməsi (çox tez-tez əmizdirmədən davamlı əmizdirməyə). Bu, bir çox körpələrin erkən aylarda keçirdiyi “narahat vaxtla” üst-üstə düşə bilər.
  • İnkişaf sıçrayışı zaman körpənin bir neçə gün ərzində həmişəkindən daha tez-tez əmizdirilməsi və çox narahat olması müşahidə olunur. Erkən həftələrdə inkişaf sıçrayışı xəstəxanadan çıxandan sonra evdə ilk bir neçə gün, 7-10-cu günlər, 2-3-cü və 4-6-cı həftələr.

Körpə kifayət qədər süd alırmı?

Çəki artımı: Əmizdirilən körpənin çəkisi orta hesabla 170 q/həftə artır. Körpə çəkisini gözlənildiyi kimi artırmırsa uşaq həkimi və ya əmizdirmə üzrə məsləhətçinizlə məsləhətləşin.
Çirkli bezlər: Körpə gündə 2.5 sm və ya daha böyük ölçüdə 3-4 dəfə nəcisə getməlidir. Bəzi körpələr hər əmizdirmə zamanı və ya daha tez-tez nəcisə gedir – bu da həmçinin normal haldır. Döşlə əmizdirilən körpənin normal nəcisi sarıdır və yumşaqdır (yumşaq formadan maye formasına qədər) və dənəvər və ya çürümüş vəziyyətdə ola bilər. 4 – 6 həftədən sonra bəzi körpələr nəcisə getmə tezliyini azaldır, bu 7-10 gündə 1 dəfə nəcisə getmə kimi tez-tez olmaya bilər. Uşaq çəkisini yaxşı artırırsa bu normaldır.
Yaş bezlər: Hər 24 saatda 5-6+ yaş bezin çıxmasını gözləyin. Kifayət qədər yaş bezin nəyə bənzədiyini bilmək üçün 3 xörək qaşığı (45 ml) suyu təmiz bezə tökün. Birdəfəlik bezin içinə qoyulan nazik parça bezin yaş olmasını müəyyən etmənizə kömək edəcək. 6 həftədən sonra yaş bezlərin sayı sutkada 4-5 qədər olmaqla azala bilər, lakin körpənin sidik kisəsinin həcmi artdığından sidiyin miqdarı 4-6+ xörək qaşığına (60-90+ mL) qədər arta bilər.

Südün miqdarı?

Bəzi analar südün miqdarı ilə bağlı narahat olur. Körpə yalnız ana südü ilə qidalanmaqla çəkisini yaxşı artırırsa, o zaman südün miqdarı kifayət qədərdir. Çəki yoxlamaları arasında yaş və çirkli bezlərin sayının kifayət qədər olması körpənin kifayət qədər süd aldığını göstərəcəkdir.

vib.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər