Bu bitkilər bizi varlı, xoşbəxt və sevimli edir

Neqativ enerjini bu bitkilərlə dəf edin.

Otların, ağacların sehri insanlara uzaq keçmişdən məlumdur. Qoruyucu otlar həyat situasiyalarına çox güclü təsir edir. Onlar qoruyucu olaraq evi-ailəni pis gözdən, nəfsdən qoruyur. Bu gün də ekstrasenslər, şamanlar və təbiblər neqativ təsirlərdən qorunmaq üçün mənfi enerjinin evdən təmizlənməsi üçün xüsusi otlardan istifadə edirlər. Otlardan düzgün istifadə edilsə həyatınızı, sevginizi, karyeranızı qorumuş olarsınız.

Otlarla evi təmizləmə

Neqativ enerjiylə yüklənmiş evdə söz-söhbətin olmaması üçün davamlı olaraq otlardan istifadə etmək lazımdır. Evdə baş vermiş dava-dalaşdan, sonra pencərələri açıq qoyub evi təmizləmək lazımdır. Evdən neqativ enerji təmizlənməzsə otaqların divarlarına hopur. Və belə yerdə adam özünü yorğun, halsız, əhvalsız, ağrılı hiss edir. Bu halda köməyə yovşan çatar. Yovşan bir qabda yandırılır, tüstüsü ev boyu gəzdirilir. Yaxud 3x.q yovşan dəmlənilir, 1 vedrə suya qatılır. Bütün evlər bu su ilə silinir.

Bəd, pis nəfsli insanlardan qorunmaq üçün

İşdə bədxahlardan qorunmaq üçün ardıcdan bir şey hazırlayıb oturduğunuz masanın üsütünə qoymaq olar. Ardıcın özünəməxsus qoxusu neqativ enerjini uzaqlaşdırır, xoş aura yaradır.

Uğurlu karyera üçün bitkilər

Yatdığınız ya oturduğunuz otağın Şimal hissəsinə 3 böyük dəfnə yarpağı qoyun. Dəfnə ağacı qələbə enerjisini özündə daşıyır. Otağın şimal istiqaməti karyera istiqaməti sayılır. Yarpaqları böyük, gözəl və düz seçmək lazımdır.

Pullara təsir edən bitkilər

Ən məşhur pul bitkiləri lavanda və ətirşah sayılır. Bu güllərin qurudulmuşunu pul kisənizə qoysanız, heç vaxt boş olmaz. Pullarınızı lavanda dəstəsinin ya dibçəkdə əkilmiş ətirşahın yanına qoya bilərsiniz. Mistik aləmə görə bunların yanına 1 yaşıl şam da qoya bilərsiniz. Otağın cənub – şərq hissəsi pul istiqaməti sayılır.

Ağıl üçün bitkilər

Kim tez-tez düşünürsə və mühüm qərarlar qəbul etmək üçün daha ağıllı çıxış yolu axtarırsa, efir yağlarından şam və lemonqras (lemongrass-sitrus ətirli ot) kömək edəcək. Şam yağı 1 damcı, lemonqras 2 damcı salfetkaya damızdırın və iş masasının üzərinə qoyun. Sizin intiuisiyanızı və zehni qabiliyyəti gücləndirəcək.

Stressə qarşı bitkilər

Həyatımıza kömək edən, əsəb və stresimizə qalib gələn sidr ağacıdır.

Bu ağacın yağınından 4 damcı vanna qəbul edəcəyiniz duza damızdırın və vannaya uzanın, bütün neqativ hallardan canınız qurtaracaq. Evdə xəstə ya zədələnmiş adam varsa, başının üstünə divardan şam yaxud sidr ağacının mənzərəsini asın.

Evinizi qorumaq üçün bitkilər.

Giriş qapısının üzərində bir dəstə qanqalı asa bilərsiniz. Yaxud ayın bədirləndiyi (ayın yumru olan vaxtı) gün quru soğan götürülür 2 hissəyə bölünür, yarısını evin çıxış qapısının çöl tərəfinə, yarısı qapının içəri tərəfinə qoyulur. Bir gündən sonra soğanlar atılır. Bu halda bütün neqativləri o özünə yığmış olur.

Sevincli olmaq üçün bitkilər

İnsana güc, stimul, enerji bir sözlə, müsbət təsir edən bitki tozağacıdır. Əhval –ruhiyəni artırmaq üçün kişilər tozağacını arxadan, qadınlar ön tərəfdən qucaqlamalıdırlar. Həmçinin evdə bu və digər ağacların mənzərələrini asa bilərsiniz.

atv.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər