Dushunce.az saytı Türkiyə mətbuatına istinadən məlumat verir ki, mərkəzi ABŞda olan kommersiya məqsədi güdməyən Mayo Clinic şirkətinin araşdırması qadınlıq hormonu estrogenin qadınların yaddaşını daha yaxşı qoruduğunu göstərdi.
Araşdırmaya 30-95 yaşında 1246 yetişkin qatıldı. İştirakçıların 30 yaşından etibarən yavaş-yavaş, 60 yaşından sonra isə sürətlə kiçilən beynin yaddaşa bağlı bölgəsinin həcmi araşdırıldı.
Kişilərin yaddaşının 40 yaşından sonra qadınlara nisbətdə daha tez zəiflədiyini açıqlayan elm adamları, 60 yaşından sonra isə sözü gedən beyin bölgəsinin həcminin kişilərdə daha kiçik olduğunu təsdiq etdi.
Alimlər estrogen hormonunun yaddaşın qorunmasında köməkçi rol oynadığına diqqəti çəkdi. Bununla yanaşı Alzheimer xəstəliyi ilə əlaqəli olduğu düşünülən beyindəki amiloid zülallarının həddindən artıq toplanmasını də araşdıran elm adamları qadın və kişidə bu zülalın miqdarında fərq olmadığını, ümumiyyətlə amiloid səviyyəsinin 70 yaşından sonra artdığını sübut etdi.
Tərcümə etdi: Aytən Eminova
Məqalədən istifadə zamanı dushunce.az saytına istinad mütləqdir!