Ömrə yazılmayan bir saat

Hər il mart ayının son bazar günü olduğu kimi, bu bazar da saat 4.00-da əqrəblər bir saat irəli çəkildi. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il Qərarına əsasən, bununla da ölkədə yay vaxtına keçildi. Ötən illərdən fərqli olaraq, bu il yay vaxtına keçid iş gününə təsadüf etdi. Uzun müddətli bayram istirahətindən sonra yeni iş gününə necə başlayacaqlarını götür-qoy edənlər, bu azmış kimi, ilk iş günündə yeni vaxt rejiminə də alışmaq məcburiyyətində qaldılar. İldə iki dəfə saatların irəli-geri çəkilməsinə adət etsək də, ekspertlər bu il yay vaxtına keçidin iş gününə təsadüf etməsinin insanlara təsirsiz ötüşməyəcəyi fikrindədirlər. Məhz bu baxımdan Aile.lent.az məsələ ilə bağlı mütəxəssis fikirlərini öyrənib.

Psixoloq Elnur Rüstəmov deyir ki, hər il yay vaxtına keçid bazar günü baş tutduğundan insanlarda işə, məktəbə tələsməklə bağlı təlaş elə də hiss olunmurdu. Amma bu gün saatların qabağa çəkilməsi iş gününə təsadüf etdiyindən müəyyən qədər çətinlik yaşayanlar oldu: “Sosial şəbəkələrdəki statuslardan da göründü ki, bəziləri saatın əqrəbini irəli çəkməyi unudub, bəzisi işə erkən gedib, bəzisi yatıb qalıb və sair. Saat əqrəbinin bir saat irəli, yaxud geri çəkilməsinin istirahət gününə salınması da məhz bu amillə bağlı idi ki, insanlar ən azı bir gün bu rejimə adaptasiya ola bilsinlər. Yuxudan erkən qalxan, saatın əqrəbini irəli-geri çəkməyi unudan, yatıb qalan insanlar işlə bağlı narahatlıq keçirməsinlər. Bu dəfə isə vəziyyət fərqli olduğundan, yay vaxtına keçid qismən də olsa narahatlıq yaratdı”.

Psixoloqun fikrincə, əslində yay vaxtına keçid insanlara elə də böyük problem yaratmır. Çünki insanlar bununla əlverişli istirahət imkanı əldə edilər: “Saatların irəli çəkilməsi imkan verir ki, insanlar işdən çıxdıqdan sonra açıq havada gəzib dolaşa bilsinlər. Əgər qış vaxtında bu, mümkün deyildisə, yayda artıq insanlar günün uzanmasından istifadə edərək açıq havada istirahət imkanı əldə edirlər. Bu, insanlarda yorğunluq, depressiya hallarının qarşısını alır”.

Amma bununla belə psixoloq hesab edir ki, saatların bir saat irəli çəkilməsi meteohəssas insanlara təsirsiz ötüşmür: “Meteohəssas insanlarda rejimə adaptasiya çətin olur. Onlar yeni vaxta bir qədər gec adaptasiya olur, bu rejimə uyğunlaşanadək əsəbi anlar yaşayırlar. Amma bütün bunlarla yanaşı, yay vaxtına keçidin meteohəssas insanların da səhhətinə psixoloji aspektdən xeyri var. Belə insanlar yağışın yağmasından depressiyaya düşə bilirlər. Odur ki, açıq havada gəzmək psixoloji baxımdan onların depressiyadan çıxmasına müsbət təsir göstərə bilər”.

Ölkənin baş pediatrı, tibb elmləri doktoru, professor. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə saatların bir saat irəli çəkilməsinin uşaqların səhhətinə təsir etdiyini söyləyir. N. Quliyev deyir ki, istənilən vaxt dəyişikliyi bioritmin pozulması ilə nəticələnir: “Vaxtın irəli-geri çəkilməsi ilə xüsusilə məktəbyaşlı uşaqlarda nevroz əlamətləri müşahidə oluna bilər. Doğrudur, əqrəblərin bir saat irəli-geri çəkilməsi uşaq səhhətinə təsir edir, amma biz böyüklər öz uşaqlarımızın yuxu rejimini bu vaxt dəyişikliyindən asılı olmayaraq hər gün pozuruq. 3 yaşlı uşaq əslində öz bədəninin bioritmi ilə yatıb-oyanmalıdır. Biz uşağı məcburi yuxudan oyadırıqsa, bununla onun bədəninin bioritmini pozmuş oluruq. Belə halda da uşaqda əsəbilik, nevroz əlamətləri müşahidə olunur. Eyni zamanda uşaq ağlayır, valideynlə uşaq arasında konflikt yaşanır. Bu, bizim yuxu rejiminin pozulmasının uşağa təsiri ilə bağlı gördüyümüz tərəflərdir. Bunun görə bilmədiyimiz başqa fəsadları var ki, valideyn onun mənfi təsirini çox gec görür. Amma bununla belə, biz böyüklər hər gün məktəbyaşlı uşaqları məcburi oyadıb çox erkəndən onları dərsə getməyə, 3 yaşlı uşağı səhər tıxacda bağçaya aparmağa davam edirik”.

Fizioterapevt Mehriban Fərəcova da saat əqrəblərinin bir saat irəli çəkilməsinin insan səhhətinə mənfi təsir etdiyi fikrindədir. Onun sözlərinə görə, vaxt dəyişikliyi ilə əlaqədar bəzi insanlarda təzyiqin qalxıb-enməsi müşahidə olunur: “İnsan orqanizminin öz bioloji saatı var. Ürək, qan-damar xəstəliyindən əziyyət çəkən insanlar bu vaxt dəyişikliyi ilə əlaqədar mütləq narahatçılıq keçirir. Bu dəfə vaxt dəyişikliyi iş gününə təsadüf etdiyindən meteohəssas insanlar işə gecikməmələri üçün digər insanlardan daha çox narahatlıq, təlaş keçirirlər. Bu da müəyyən qədər onların səhhətinə təsir edir”.

İqtisadçı Vüqar Bayramov saat əqrəblərinin irəli və ya geri çəkilməsinin iqtisadi tərəflərini izah edib: “Beynəlxalq praktikada yay və ya qış vaxtına keçid iqtisadi, psixoloji və tibbi faktorlarla bağlı olsa da, kriminal hadisələrə qarşı mübarizə tədbiri kimi də tətbiq edilir. İqtisadi baxımdan bu qərarların əsas səbəbi yeni sistemə keçməklə enerjiyə qənaət etmək imkanının və eləcə də sosial vətəndaşların yeni fəslə adaptasiya edilməsi baxımından əhəmiyyətli olması ilə bağlıdır. Əvvəla, yay vaxtına keçmənin başlıca əhəmiyyəti ondan ibarətdir ki, iş başladığı andan bitənə qədər, praktiki olaraq hava işıqlı olduğundan, həmin zaman müddətində enerjiyə qənaət olunur. Bunun digər tərəfi ondan ibarətdir ki, məşğul əhali yeni fəslə uyğunlaşa bilir. Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət edilir. Bu baxımdan qış və yay vaxtlarının tətbiq edilməsi doğru addımdır. Azərbaycanda bu sistemin tətbiqinin həm fəslin dəyişməsi ilə əlaqədar olaraq işçilərin əhval-ruhiyyəsinin mövsümə uyğunlaşdırılmasına, həm də məhsuldarlığın artmasına müsbət təsirləri var. Yay vaxtına keçid xidmət sektorlarında iş vaxtının daha uzun müddətli olmasına şərait yaradılması baxımından əhəmiyyətlidir. Bu, xidmət sektorunda çalışan müəssisələrin gəlirlərinin artmasına təsir göstərir. İqtisadi baxımdan saat əqrəblərinin irəli çəkilməsindən udan sahə aqrar sektor hesab edilir”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycanda yay-qış vaxtına keçidin ləğvi barədə söz-söhbətlər gəzsə də, bu məsələ öz təsdiqini tapmadı. Baxmayaraq ki, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstanla yanaşı, dünyanın Yaponiya, Çin, Cənubi Koreya kimi inkişaf etmiş dövlətləri də yay və qış vaxtına keçidi ləğv ediblər.

Xatırladaq ki, saatların qabağa çəkilməsi gündüz işığından səmərəli istifadə edilməsi ilə izah e

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər