Müasir dövrün problemi: yorğunluqdan qurtulun

“Elə yorğunam ki, qolumu qaldırmağa da halım yoxdur. Tək istədiyim yatağıma uzanıb, saatlarla yatmaqdır. Gəlmək istəyərdim, ancaq çox yorğunam…”

Bu cümlələr hər birinizə tanış gəlirmi? Müasir dövrün ən vacib problemi olan yorğunluqdan hər birimiz əziyyət çəkirik.

7-dən 70-ə hər kəsin əziyyət çəkdiyi yorğunluq halı bədənimizin bizə göndərdiyi bir mesajdır – “Dayan və özünü dinlə“

Həyat keyfiyyətimizi azaldan bu yorğunluğun səbəbi yanlış vərdişlərimiz hesab olunur. Aile.lent.az bədənimizi yoran 10 yanlış vərdişi təqdim edir.

Yuxusuz qalmaq. Hüceyrələrin yenilənməsinə xidmət edən melatonin qaranlıq şəraitdə, əsasən 23:00-05:00 arasında ifraz olunur. Az yatan insanlarda isə kifayət qədər ifraz olunmayaraq yorğunluğa səbəb olur.

Günə səhər yeməyini yemədən başlamaq. Gecə yatarkən qaraciyərdə olan enerji deposu boşalmağa başlayır. Səhər oyanarkən də bədən enerji deposunu doldurmağa çalışır. Əgər səhər yeməsəniz, qan şəkəriniz düşər və özünüzü yorğun hiss edərsiz.

Hərəkətsiz həyat yaşamaq. Bu insanlar çox vaxt halsız olurlar. Müntəzəm olaraq idman etmək məsəhətdir.

Tətilə getməmək. Ağır tempdə işləyən insanlarda zamanla beyin yorğunluğu yaşanır. Bu halda tətil etmək lazımdır. Tətilin məhsuldar olması üçün kompüterdən uzaqlaşmaq, telefon danışıqlarını azaltmaq lazımdır.

Texnologiya istifadəsində həddi aşmaq. Şüalar gecə boyunca ifraz olunan melatoninə mənfi təsir edir. Bu cihazların yuxu əvvəli və yataqda istifadəsi yuxu keyfiyyətini azaldır. Yatmadan 2 saat əvvəl texnoloji cihazların istifadəsini dayandırın.

Çay və qəhvəni gec saatda içmək. Günə enerjili başlamaq üçün erkən saatlarda qəhvə və çay içdikdə zamanla bədəndə kafein toplanır ki, bu da halsızlığa, neqativ enerjiyə yol açır. Yatmadan 6 saat əvvəldən bu içkiləri dayandırın.

Kifayət qədər su içməmək. Bədənimizdəki suyun yüzdə 2-ni itirdiyimizdə enerjimiz tükənir. Qan həcmi azalır, əzələlərə oksigen yetərincə getmir. Gündə 2 litr su için.

Karbohidrat ağırlıqlı qidalanmaq. Çox qlükoza tərkibli qidalar yemək insulin artımına səbəb olur. Qan şəkəri aşağ olur. Diqqət itkisi, əsəbilik, yuxu halı, yorğunluq yaşanır. Narıncıgillər və banan az yeyilməlidir.

Özümüzüə vaxt ayırmamaq. İşə, iclasa qaçmaq, bitmək bilməyən telefon danışıqları, mail-ləri cavablandırmaq, uşağı məktəbə aparıb gətirmək… Bütün bunların qarşılığını yorğunluqla ödəyirik.

lent.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər