Evlənmə qorxusu

Niyə bəzi insanlar evlənməkdən qorxur?
Elmdə “uzun müddətli əlaqə” ya da “evlənmə qorxusu” kimi adlandırılan bağlanma qorxusu, bu qorxunun səbəbləri və qorxunu dəf etmə üsullarını Psixoloq Larissa Varol izah edir.

Bağlanma qorxusu həm qadınlarda, həm də kişilərdə istənilən yaş dövründə yaşanılan, onların həyatında müəyyən çətinliklər yaradan, münasibətlərində problemlər yaşamalarına səbəb olan və münasibətlərin uzun müddətli olmasına əngəl törədən psixoloji problemlərdən biridir.

Bağlanma qorxusu ədəbiyyatlarda “uzun müddətli əlaqə” yaxud “evlənmə qorxusu” kimi də işlədilir. Dushunce.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Amerikada aparılan araşdırma nəticəsində məlum oldu ki, son 40 ildə evliliklərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdır.

Bağlanma qorxusunun görünən səbəbləri; azadlıq və cinsi həyatın məhdudlaşdırılmasından, kompromisə getməkdən, ümumi həyat ritminin dəyişilməsindən və maddi yükün altına girməkdən qorxmaqdır.

İnsanlar bəzən sadəcə qarşısındakı insanın onun azadlığını əlindən alacağı üçün deyil, qarşısındakı insana həddindən artıq bağlanacağından və bir gün incinəcəyindən qorxduğu üçün də uzun müddətli münasibətlərdən qaça bilər. Bunun səbəbi isə, kiçik yaşda zəruri bağlanmaların yəni, ana və ata ilə sağlam bir yaxınlığın olmaması, kifayət qədər qayğı görməmiş ya da laqeydliyə məruz qalması ola bilər. Bununla yanaşı ailədə ana və atanın boşanmış olması, uşağın xoş olmayan bir evliliyə şahid olması ya da insanın daha əvvəl yaşadığı bir münasibətin onu xəyal qırıqlığına uğratmış olması da bağlanma qorxusunu meydana gətirə bilər.

Yaxınlıq və bağlanma qorxusu olan şəxslər əlaqələrə etibarsızlıq və əlaqənin müvəffəqiyyətsiz nəticələnəcəyinə dair bir inanc ilə başladıqları üçün, bu hislər və inam təbii olaraq onların davranışlarında da özünü göstərir və münasibətlərin mənfi yönə doğru çevrilməsinə səbəb olur.

Qadınlar niyə bağlanmaqdan qorxur?
Bağlanma qorxusu ilə əlaqədar araşdırmalarda, qadınların boşanma və ya atasız böyümə kimi ailədə meydana gələn incidici vəziyyətlər qarşısında dərindən təsirləndiyi müşahidə edildi. Araşdırmalarda qadının, ehtiyacı olduğu zaman rahatca axtarıb, kömək istəyə biləcəyi bir ata fiquruna sahib olub olmamasının, qadının sonrakı həyatında bağlanma qorxusu ilə birbaşa əlaqəli olduğu sübut edildi.

Bağlanma qorxusunun digər bir psixoloji səbəbi isə insanın keçmişdə yaşadığı travma və stres yaradan hadisələrlə əlaqədar insanlara güvənməkdə çətinlik çəkməsi və özünü davamlı təhlükə altında hiss etməsidir.

Bağlanma qorxusunun öhdəsindən necə gəlmək olar?
Qarşılıqlı empati və anlayışla bağlanma qorxusu və güvənsizlik hissi tədricən yox ola bilər. Qarşılıqlı empati insanın ətrafına qarşı hörmətinin, öyrənmə istəyinin, ətrafına qarşı olan diqqətinin və marağının artmasına kömək edə bilər. Bununla yanaşı qarşılıqlı ünsiyyət və anlayış insanın özünü ətrafındakılara qarşı müdafiə etməsinə son qoymasına və tənhalıqdan yaxa qurtarmasına da kömək edəcək. İnsan zamanla daxili cəhətdən rahatlayacaq və ətrafı ilə ünsiyyət qurmağa özü həvəs göstərəcək. Yəni, daxilindəki qorxu hissi ümidlə əvəz olunacaq.

Məqalədən istifadə zamanı dushunce.az saytına istinad mütləqdir!

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər