Həyatdan öyrənməli olduqlarımız

Həyatda xoşbəxtliyə nail olmaq və müvəffəqiyyət əldə etmək, çətinliklər qarşısında dimdik dayanmaq, hətta onları fürsətə çevirmək üçün nələr etmək lazımdır? Klinik psixoloq Şeyma Çavuşoğlu xoşbəxtliyi əldə etmək və müvəffəqiyyətli olmaq üçün əsas məqamları açıqlayır.

Həyatdakı çətinliklərə qarşı necə sinə gərə bilərik? Fərqli olmaq, fərq yaratmaq, həyatımızda dəyişikliklər etmək üçün hansı addımları atmaq lazımdır? Həyatdakı çətinlikləri fürsətə çevirə bilərikmi?
‘‘Həyat sənə limon veribsə, sən də onun suyunu çıxart və ləziz bir limonad et!”

‘‘Güclü insan kimdir?” sualına verilə biləcək ən gözəl cavabdır yuxarıdakı misal. Güclü insan əlindəkini tanıyan, onun nəyə çevrilə biləcəyini dəqiqləşdirən və bununla da əlində olanı çox daha yaxşı bir formaya sala biləndir. Bəlkə də həyatla mübarizənin birinci qaydasıdır limondan limonad etməyi öyrənmək.

Araşdırmalar göstərir ki, güclü ola bilən insanlar, stress zamanı daha elastik və iş prosesində daha məhsuldar mövqedə olurlar.

Bəs bu möhkəm duruş və gücün sirri nədir? Psixoloq Salvatore R. Maddi, Ph.D.ın apardığı 12 illik uzun dövü əhatə edən araşdırma bu suala cavab verdi.

Araşdırma 1981-ci ildə, Amerika Birləşmiş Ştatlarında olan Illinois Bell Telephone (IBT) şirkətinin 26 min işçisini işdən çıxardığı bir dövrdə başladı. Bunun nəticəsində geridə qalan işçilər dəyişən tərkib, hədəflər və yeni idarəçilərlə qarşılaşmalı oldular. Məsələn, mütəxəssis mövqeyindəki bir adam, bir il içində 10 müxtəlif idarəçi ilə qarşılaşdığını dilə gətirdi. Dr. Maddi və araşdırma qrupu kütləvi işdən çıxarılma prosesindən öncə 400 idarəçi və mütəxəssisi eksperiment məqsədilə ayırdı və 1987-ci ilə qədər nizamlı olaraq eyni qrupu izləmə imkanları oldu.

Araşdırmanın nəticələrinə görə işçilərin 2/3 hissəsi gərgin stress ilə başa çıxa bilmədim və nəticədə performans itkisi, liderlik bacarıqlarında geriləmə və sağlamlıq problemləri yaşadı. Geridə qalan 1/3 işçi isə eyni dərəcədə stress yaşadıqları halda yüksək performans sərgilədi və olduqca müsbət nəticələr əldə etdilər. Eyni zamanda bu işçilər sağlamlıqlarını qorudu və bununla yanaşı eksperimentatorlara özlərini xoşbəxt hiss etdiklərini söylədilər.

Bu fərqi yaradan nə odu? Dr. Maddiyə görə iki qrupun yanaşma tərzi və həyatını şəkilləndirən üç fərqdən söz aça bilərik: İşə öz ürəyini qoymaq, kontrolu əlində saxlamaq və çətinliklərə qarşı reaksiya.

İşini sevən, ona bütün ruhunu, ürəyini, canını qoyan, qərar qəbul edib dərhal hərəkətə keçən kəslər şirkətdə daha aktiv rol oynadıqları üçün özlərini yorğun hiss etmədilər və sağlamlıq problemləri yaşamadılar.

Kontrolu əlində saxlama qabiliyyəti isə fərdlərə nəticələrə təsir etmə gücünü qazandırdı. Nəticəni öncədən görməyi bacaran və mənfi nəticələri müsbət nəticələrə çevirə biləcəyinə inamı olan işçilər özlərini passiv və gücsüz hiss etmədilər.

Çətinliklərə qarşı uyğun reaksiya sərgiləyən işçilər isə çətin anları, problemləri fürsətə çevirərək yüksək nəticələr əldə etdilər.

Qısacası, istər iş həyatında, istərsə də şəxsi həyatında qarşısına qoyduğu məqsədə inanan, ürəyini qoyam, həyatının kontrolunu öz əlində saxlaya bilən və çətinlikləri fürsətlərə çevirən insanlar daha sağlam və rahat olurlar.

Məqalədən istifadə edərkən dushunce.az saytına istinad mütləqdir!

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər