Həddindən artıq alış-verişə çıxmaq psixoloji xəstəlikdirmi?

Dushunce.az saytı Türkiyə mətbuatına istinadən məlumat verir ki, alış-veriş daha çox qadınların maraq dairəsinə daxildir. Araşdırmalar qadınların kişilərə nisbətdə daha aktiv alış-veriş etdiklərini, daha çox məhsul axtardıqlarını və vitrin gəzdiklərini göstərir. Alış veriş dəqiq bir məqsədə istiqamətli olduğu zaman normal qəbul olunur: məsələn, ehtiyac duyulan bir şeyi axtarmaq, tapmaq və sonunda onu almaq.

Nəyisə almaq məmnuniyyət hissi yaradır!
Əvvəllər alış-veriş dedikdə ağla yalnız ehtiyac olan nəsnələri almaq gəlirdi. Lakin, son zamanlar alış-veriş insanların özlərini yaxşı hiss etmələri və məmnuniyyət hissi yaşamaları üçün istifadə etdikləri bir üsula çevrilib.

Alış-veriş əsəbi yox, kədəri yüngülləşdirir
Araşdırmalar alış-verişin əsəb və hirsi deyil ancaq o an üçün kədəri nisbətən yüngülləşdirdiyini göstərdi. Kədər yaşayan insanlar ümumiyyətlə kədərlərin qaynağını başqalarıyla ya da bəxtlə açıqlamağa daha meylli olurlar. Bu səbəblə alış-veriş də bu itirilən idarə hissinin təmiri məqsədilə istifadə olunur. Çünki alış-veriş özü də bir fəaliyyət növüdür.

Bəs endirimli alış-veriş insanlara niyə daha maraqlı gəlir?
Burada itirməkdən qorxmaq duyğusu özünü ifadə edir. Təbii ki, bu qorxu eyni zamanda başqa insanlarla mübarizə apardığımız üçün daha da artır. Çünki insan başqalarının da eyni izdiham içərisində sahib olmaq istədiyi bir şeyə sahib olmağa çalışır. Eyni zamanda endirimlər nə qədər pul xərcləməyimizdən çox, nə qədər pula qənaət etdiyimizə fokuslanmağa kömək olur. Ancaq endirim bolluğuna qapılıb ucuz olduğu üçün çox məhsul aldığınız zaman sonradan həyəcan yaşayırsınız.

Əgər alış-veriş həyatınızın böyük bir hissəsini təşkil etməyə başlayıbsa…
Alış-veriş zamanı özünüzü yaxşı hiss etdiyiniz üçün bunu bir dövrə halına gətirsəniz, yəni daimi təkrarlamağa başlasanız asılılıq təhlükəsi yaranır. Burada xoşbəxtlik və yüksək əhval ruhiyyə ilə əlaqəli olan serotoninin təsirindən danışmaq yerinə düşür. Yəni alış-veriş edərək daha yaxşı hiss edirsiniz, daha yaxşı hiss etdiyiniz üçün yenə alış-veriş etmək istəyi və sonra yenə yaxşı hiss etmə kimi bir sonsuz dövr yaranır.

Alış-veriş xəstəliyi qayğı və depressiyanı özü ilə gətirir!
İnsanlar eynilə ‘həddindən artıq alış-veriş edirəm’ deyə mütəxəssisə müraciət etməyə bilərlər. Çünki həddindən artıq alış veriş xəstəliyi özü ilə bərabər baş edilə bilməyən bir çox problemləri, depresiv ruh halını və insanın özünə nəzarət etməkdə çətinlik çəkdiyi başqa davranış pozuntularını gətirə bilir.

Məqalədən istifadə zamanı dushunce.az saytına istinad mütləqdir!

Leave a comment

Your email address will not be published.