Daha gözəl görünmək hansı kiçik hiylələrdən istifadə edə bilərik? Bu gün ətrafımızdakı bir çox qadınlar kiçik hiylələrin köməyi ilə daha gözəl görünməyi bacarır. Texnologiyanın inkişafı və qadınların gözəllik mövzusunda araşdırmaları hər gün yeni bir məlumaı qarışımıza çıxarsa da, bəzi gözəllik hiylələri illər keçsə də heç dəyişmir.
Gözəllik Hiylələri Nələrdir?
Gecələr yatmamışdan öncə dodaqlarınıza nəmləndirici vurun. Çünki dodaqlar adətən gecələr quruyur və əgər yatmamışdan öncə dodaqlarınıza qulluq etmirsinizsə, böyük ehtimalla səhəri solğun və cansız dodaqlarla açacaqsınız. Dodaqlarınız çəkdiyiniz nəmləndiricini bütün gecə ərzində əməcək, növbəti gün oyandığınızda daha parlaq və gözəl dodaqlara sahib olacaqsınız. Dodaqlarınızın öz təbii rəngindən 2 – 3 ton daha tünd bir çəhrayı rəngdə dodaq boyası çəksəniz daha təbii və daha cazibədar dodaqlara sahib ola bilərsiniz.
Səhər yuxudan oyanarkən güzgüyə baxdınız və gözlərinizin şişdiyini gördünüz. Nə etməli?! Dərhal 2 dəmir qaşığı soyuducuya qoyub 2-3 dəqiqə gözlədikdən sonra çıxardıb qısa bir müddət gözlərinizə qoyursunuz. Şişkinliklər dərhal yox olacaq! Kiçik gözlərə sahib olan xanımlarımız makiyaj edərkən gözlərinin altına və üstünə ağ qələm çəkərlərsə gözləri daha iri görünəcək. Əgər səhər oyananda üzünüz şişirsə, soyuq su ilə yuyunun. Səhər oyanarkən gözləriniz hələ də yorğun görünürsə zərli tenlərə üstünlük verin. Gözləriniz daha canlı görünəcək.
Tonal krem seçərkən onun öz təbii üz rənginizə uyğun olmasına fikir verin. Belə olduqda həm daha təbii bir görüntü əldə edəcəksiniz, həm də qüsurlu sahəni qapamaq istədikdə üzünüzün digər nayihələrindən az fərqlənəcək. Almacıq sümüklərinizin daha iri və canlı görünməsini istəyirsinizsə çəhrayı bir dodaq balzamı tətbiq edə bilərsiniz. Ardınca ənlik də işlətmək mümkündür. Kirpiklərinizə tuş vurarkən həm üst, həm də alt hissəyə tətbiq etməlisiniz. Əgər tuşunuz quruyubsa 2-3 dəqiqə isti suyun içərisində saxlamaq kifayətdir.
Makiyaj üçün bazanız yoxdursa, bunun əvəzinə vazelin tətbiq edə bilərsiniz. Makiyajınızı 2 dəfə təmizləyib ardından yuyunun. Məsamələrin tutulmaması üçün bu şərtdir. Pomadanızın mat görünməsini istəyirsinizsə bir az pudra töküb işlədin. Kirpik qıvıran alətlərə bir az istilik versəniz daha buruq kirpiklərə sahib ola bilərsiniz.
Saçlarınız elektriklənirsə kiçik bir miqdar əl kremini əllərinizdə yayıb saçlarınıza yüngülcə çəkin.