AYGÜN MƏCİDLİ – Suisid

XXI əsrdə bəşəriyyətin müasir sivilizasiyası ilə uzlaşmayan,insanlığın heç bir mənəvi-əxlaqi parametrlərinə uyğun olmayan, gənc nəslin tərbiyəsinə zidd olan,insanlara psixoloji cəhətdən sarsıdıcı təsir göstərən sosio-neqativ davranış aktlarından biri də intihardır. Ərəbcə “intihar”,latınca isə “suisid” sözlərinin mənası insanın bilərəkdən özünə sui-qəsd etməsi və özünü öldürməsidir. Əhali arasında baş verən ölümün səbəbləri içərisində intihar ilk onluğa daxildir.Ölüm özlüyündə həyat tsiklinin təbii sonu olub, insan üçün nisbətən gec və qeyri-müəyyən vaxtda baş verən və onun nəzarət edə bilmədiyi prosesdir. Müxtəlif xalqlar tarixi inkişafın müxtəlif dövrlərində intihara fərqli münasibət bəsləmişlər. Qədim yunanlar intihara münasibəti ambivalent idi: onlar suisidi məqbul davranış hesab etməsələr də,müəyyən şəraitdə bəzi vətəndaşların həyatdan könüllü getməyinə pis baxmırlar. Qədim romalılar suisidlərə daha çox neytral,bəzən isə müsbət münasibət bəsləyirdilər. Yalnız XX əsrin əvvələrində Avropadan intihar dalğası keçdiyi zaman tədqiqatçılar bu problemin tibbi aspektlərinə müraciət etdilər. Hal-hazırda psixi xəstəliklər və intihar arasında sıx əlaqədar olması qənaətinə gəlmişlər. Məlumatlara görə,suisid icra edənlərin 98%-i psixi sağlamlıq cəhətdən problemlərə malikdirlər. Eyni zamanda bir çox məsələlər tam həllini tapmamışdır. Məsələn,bəzi alimlər hesab edirlər ki,bir çox hallarda bədbəxt hadisələr nəticəsində baş vermiş ölümlər gizli suisidal tendesiyalarla şərtləndirilməlidir. Onu da qeyd etmək lazımdır ki,problemi tədqiq edənlərin bəziləri ekstremal idman növləri ilə ( alpinizm,paraşütlə tullanma) məşğul olmanı,avtonəqliyyatın ehtiyatsız idarəsini suisidal davranışın formalarından biri kimi qəbul etməyi təklif etmişlər. Son 30 ildə yeniyetmə və gənclər arasında intihar nəticəsində ölüm hallarının statistikası xeyli yüksəlmişdir ki, buda elmi texniki,ictimai və mənəvi tərəqqinin qarşısında ciddi sosial və mənəvi əngəllərdən birinə çevrilməkdədir. Yeniyetmə və gənclərdə suisidal təzahürlər onların özlərinə yönəlmiş deviant davranış forması kimi yaşlıların bu tipli davranış formalarından fərqlənir. Psixoloji tədqiqatlara görə 90% hallarda yeniyetmə və gənclərdə belə desturiktiv hərəkətlər “ kömək üçün haray” siqnalıdır. Yalnız 10% hallarda isə bu həqiqətən öz həyatına son qoymaq motivi ilə bağlıdır. Suisid cəhdləri psixogen, kəskin affektiv reaksiyalar,sürətli reaktiv vəziyyətlərlə müşahidə edilmiş olur və bu halları kəskinləşməsi nəticəsində meydana çıxır. Yeniyetmə və gənclərin impulsivliyi, emosional davamsızlığı,səbirsiz və höcət olması, konfliktik situasiyalar zamanı yaranan dalğınlıq kimi şəxsiyyət keyfiyyətləri və əhvalın ümumi depressiv vəziyyəti suisid hal,fon yaradır. Yeniyetmə gənclərdə suisidal davranışın geniş yayılmış tipik motivləri aşağıdakılardır:

Inciklik duyğusu,tənhalıq, yadlaşma
Valideyn məhəbbətinin itirilməsi, qısqanclıq
Valideynlərindən birinin ailəni tərk etməsi,onların vaxtsız, faciəvi ölümü
Günah və utancaqlıq hissi,istehza,alçaldılmaq,təhqir
Cəza qorxsu,üzr istəməkdən imtina
Məhəbbət uğursuzluğu, seksual acizlik hissi,qızalrda nigahdan kənar hamiləlik
Öz taleyinə diqqəti cəlb etmək istəyi
Film və ya bədii əsər qəhrəmanlarının təqlid etmək istəyi
Ümümdünya Səhiyyə Təşkilatının statistikasına görə ABŞ,Fransa,Hollandiya, Rusiya ,Norveç kimi ölkələrdə nəqliyyat qəzaları,zorakı ölüm və xərçəng xəstəliyindən ölüm hallarından sonra intihar nəticəsində ölüm halları aparıcı yer tutur. Psixologiyada “Verter effekti” deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə dahi alman yazıçısı İohan fon Hötenin “Gənc Verterin iztirabları” adlı əsəriylə əlaqədar müşahidə olunduğundan, bu əsərin qəhrəmanının adı ilə də adlandırılıb. Gənc Verterin iztirabları Hötenin 1774-cü ildə məktublar formasında yazdığı sentimental romandır. Romanda alman reallığının fonunda özünə sui-qəsd edən qəhrəmanın faciəli həyatı təsvir edilir. Oxuduqca görürsən ki, adi bir uğursuz sevgi hekayəsidir, lakin kitabı tezliklə örtməyin. Bu heç də Varisin ” Sonuncu Ölən Ümidlər” i deyil. Çox hissiyata qapanan bir gənc olan Verter Lotta adlı qıza vurulur, lakin Lotta ərli, ərinə sadiq bir qadındır. Bunu bilən, sevdanın baş tutmayacağını anlasa da Verter ümidlərini itirmir, çəkdiyi əzablarla birgə yaşayır. Verterin qardaşı Vilhemə yazdığı məktublarında Höte insan qəlbinin gizli hisslərini çox ustalıqla qələmə almışdır. Əsərdə Verterlə Albert arasında intihar edən insan haqqında dialoqlar da maraqlıdır. Albert bunun zəiflik, Verter isə güclü olmaqdan irəli gəldiyini bildirir. Əsərə sevgidən çox, bir intihar hekayəsi kimi baxılmalıdır. İntihar edən kəsə cəmiyyətin baxışı, onun intihardan öncəki həyatı, iztirabları və.s kimi məsələlər əsərdə qeyd olumuşdur. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür. Fenomen o qədər güclü səviyyə alır ki, bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir. Fenomenin izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verdi. 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək, Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar. Beləliklə, özünə inamı olmayan və ya verilmiş situasiyada özünəinamsız, mütəəssir halda olan ayrı-ayrı individlərə çoxluğun “qrup təzyiqi” effektinin təsiri göz qabağındadır. Depressiya-səbəbsiz olaraq əhvali-ruhiyyənin enməsi olub, əhvalın enməsi, hərəkətlərin nitqin tormozlanması ilə müşahidə olunan haldır. Depressiya zamanı əhvalın enməsi o dərəcədə güclü ola bilər ki, hətta xəstə özünə sui-qəsd edə bilər. Depressiz xəstələr xarici görünüşü, donuq mimikası,ümidsiz baxışları depressiv fazanın ağırlaşmasından xəbər verir. Bəzən belə hallarda eşitmə və görmə hallüsinasiyaları əmələ gəlir. Depressiv vəziyyətdə xəstələrdə bəzi hallarda depersonalizasiya və derealizasiya əlamətləri də müşahidə edilə bilər.

Aygün Məcidli

Azərbaycan Müəllimlər İnstitutunun Şəki Filialı, Təhsildə Sosial-psixoloji xidmət ixtisasının III kurs tələbəsi

pcc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər