Bürcünə görə yoldaşınızın necə ata olacağınızı bilmək istəyirsiniz? Onda buyurun Sun.AZsaytı sizlərə ailə qoroskopunu təqdim edir…
QOÇ BÜRCÜ ATASI. Bu kişilər əmindir ki, uşağa baxmaq o qədər də çətin deyil. Uşağı gün ərzində yedirmək (ən azı bir dəfə isti yemək), bezini dəyişmək və onunla oynamaq lazımdır. Valideynlik vəzifəsinin bir hissəsini asanlıqla xanımının öhdəsinə buraxa bilər. Özünə isə daha az əziyyətli, məsələn, idmanla məşğul olmaq kimi işləri saxlaya bilər.
Ata olacağını öyrənən Qoç atalıq qürurunu yaşamağa başlayır. Bunu bütün onu tanıyanlarla bölüşməyə hazırdır.
Qoç ata uşağın cinsini və ya çəkisini öyrənmək üçün xanımı ilə USM müayinəsinə gedə bilər. Artıq bu vaxtdan etibarən uşağın gedəcəyi dərnək və məşğələlər haqqında düşünə bilər.
Doğum vaxtı yaxınlaşdıqca onun həyəcanı artacaqdır. Çünki Qoç kişi həmişə sevgilisi üçün nömrə bir olmaq istəyir. Uşaq isə onun rəqibidir. Əgər güclü xarakterə malik olarsa kişi bu hissinə qalib gələ bilər. Siz də çalışın ki, həmişə yoldaşınıza həyatınızda hamıdan vacib biri olduğunu hiss etdirin.
BUĞA BÜRCÜ ATASI. Bu kişilər uşağın dünyaya gəlməsini səbrlə gözləyir, onun qüsursuz böyüməsini təmin edir. Buğa ata övladlarını bütün lazımi maddi, mənəvi ehtiyaclarını mələk səbri ilə təmin etmək qabiliyyətinə malikdir. Bununla onlar yaxşı ata olmağı bacarırlar.
Buğa bürcü kişisi hamilə qadına dayaq olacaqdır. O, gələcək uşağın məsuliyyətini dərk edir və qadınla bölüşür. Buğa kişi hamilə qadının bütün istəklərini yerinə yetirir. Əgər o hiss edərsə ki, ondan istifadə edirlər, bu zaman üsyan qalxacaqdır.
Uşaq dünyaya gələnə qədər ata onun bütün təhlükəsizliyini düşünəcək, doğulduqdan sonra isə ana və övladını hədiyyələrə qərq edəcəkdir.
Buğa atanın övladları özlərini çox sevilən hiss edir. Ancaq bir problem var ki, Buğa atası bəzən həddini bilməyə bilər. Uşağın istənilən ” istəyirəm”i şərtsiz və artıqlaması ilə yerinə yetirilir. Buğa atanın daha bir üstünlüyü uşağını pis qiymətə görə tənbeh etməməsidir. Onun üçün əsas odur ki, övladı istədiyi sahədə uğur qazansın.
ƏKİZLƏR BÜRCÜ ATASI. Ata olacağı haqda xəbər alan dəlisov Əkizlər bürcü atasının ağlı başından çıxır. Ona görə də atalıq hissinə uyğunlaşmaq asan olmur.
Doğuş zamanı yoldaşının yanında olarsa, onu doğum otağındakı texnika daha çox maraqlandıracaq. Uşağın göbək bağının kəsilməsi isə dəbə uyğun olacaqdır. Axı indi hər şey naqilsizdir!
Yumşaq desək Əkizlər kişisi heç vaxt mütəşəkkillik nümunəsi olmayacaq. Ona görə gələcək ana da onun tez-tez əhval dəyişkənliyinə hazır olmalıdır. Doğrudur, o özünəməxsus ata olacaqdır, lakin pis demək olmaz.
O, övladının yaxşı oyun dostu, sirrdaşı ola biləcək. Onlar uzun məsləhətlərə qulaq asmağı və öyrətməyi sevmir. Ancaq onların ağır sözləri uşağı vurulan kiçik şillədən daha çox incidə bilər. Daha bir çatışmayan cəhət odur ki, Əkizlər bürcü atası uşağı qayda qanuna öyrədə bilməyəcək. Əslində heç uşaqların da ciddi qayda qanun yaradan birinə ehtiyacı yoxdur. Zaman hər şeyi öz yoluna qoyacaq.
XƏRÇƏNG BÜRCÜ ATASI. Bu bürcün kişiləri böyük həvəslə hamilə xanımının qarnına əlini qoyur, qulaq asır, qadının özünü necə hiss etməsini müşahidə edir, uşağın USM-də çəkilən ilk şəkillərini toplayır, doğulduqdan sonra isə körpəni əlindən yerə qoymur, onun qayğısına ən az ana qədər qala bilir.
Xərçəng atalar uşaq tərbiyəsi haqqında ədəbiyyat da oxuyacaqdır. O, uşağını ideallaşdıran atadır. Lakin bir vaxt gəlir və məlum olur ki, uşaq heç də ideal deyil. Bu Xərçəng ata üçün zərbə olur. Bununla belə o, uşağın sonsuz “niyə?” suallarına cavab verəcək səbrə malikdir.
Bu atalar əsasən uşaqla yetkinlik çağında çox konfliktlər yaşayır. Daima himayə etməyə öyrənən ata və sərbəst olmağa çalışan övlad. Bu halda yalnız qadın ailəni vəziyyətdən çıxara bilər. Yoldaşına kifayət qədər diqqət ayırmaqla bu keçidin rahat olmasına nail olmaq mümkündür.
ŞİR BÜRCÜ ATASI. Ata olacağını eşidən Şir bürcü kişisi bir-birindən fərqli hisslər yaşayacaqdır: həm qürur, həm də məsuliyyət. Şir bürcü kişisi doğulacaq uşağın ondan daha yaxşı olacağından ehtiyat edə bilər.
Şir bürcü atası hamilə yoldaşını özü ilə hər yerə aparacaqdır. Bunu hamıya nümayiş etdirməkdən zövq alacaq. Hətta hamiləliyə aid məlumat belə toplayacaq ki, lazım gələrsə, kömək etmək yox, özünü göstərə bilsin.
Şir bürcü kişisinin ata olması onu öz maraqlarından uzaqlaşdıra bilməz.
Ümumilikdə şir bürcü kişiləri pis ata olmur. Yalnız onların empati qurmaq qabiliyyəti yoxdur. Onlar başqalarının hiss, həyəcanlarını duymur.
QIZ BÜRCÜ ATASI. Digər bürclərdən fərqli olaraq bu bürcün kişisi ata olacağı haqda hər yoldan keçənə məlumat vermir. Onun öz dünyası var. Yalnız çox yaxın əhatəsinə bu haqda deyə bilər.
Qız bürcü atası uşağın inkişafını diqqətlə izləyəcək, ona lazım olan heç nəyi unutmayacaq. Hətta peyvəndlərin vaxtını belə dəqiqliklə biləcək.
Əgər Qız bürcü atası yenicə dünyaya gəlmiş övladının adına pul ayırarsa və ya onun üçün pul hesabı açarsa, buna təəccüblənməyin.
Ancaq bu atalar unudur ki, sağlam övladın böyüməsi üçün təkcə pul və ciddi qaydalar yox, həm də hərəkətli oyunlar lazımdır. Qız bürcü atasının uşaqdan tələbləri çox yüksək olur. Bu vəziyyət ya uşağı müəyyən yüksəkliklərə qaldıra və ya ona nevroz qazandıra bilər.
TƏRƏZİ BÜRCÜ ATASI. Bu bürcdən olan kişilər ata olmağa hazır olub-olmadıqlarına qərara gəlməkdə çətinlik çəkirlər. Bunu müəyyən etdikdən sonra isə qız və ya oğul seçimi qarşısında qalırlar.
Tərəzi bürcü kişinin neçə övladı olmasından asılı olmayaraq hamısına eyni dərəcədə məhəbbət bəsləyə bilir. Çətin ki, onlarda diqqətli və qayğıkeş ata tapılsın. Bu atalar üçün uşağın istənilən problemi ciddi məsələdir. Onlar bunu həll edir və çox dəyərli məsləhətlərini verə bilir. Ona görə də Tərəzi atanın övladı özünü qorunan və inamlı hiss edir. O, heç vaxt uşağın üstünə yüksək səslə bağırmayacaq.
Bütün bunlarla yanaşı həyat yoldaşı bu kişilər üçün həmişə birinci yerdə, övladları fəxri ikinci yerdə duracaqdır.
ƏQRƏB BÜRCÜ ATASI. Bu bürcün kişiləri xanımının hamiləliyini diqqətlə izləyir. Çünki ona görə övladı bir möcüzədir və hər dəqiqəsindən zövq almalıdır. Bu bürcün kişiləri öz övladlarının nailiyyətləri ilə başqalarının yanında öyünməyi sevmirlər. Əslində isə bununla fəxr edirlər. O sevir və şıltaqlığı ilə oynayır, ancaq qədərində.
Əqrəb ata öz övladlarının qayğısına bütün qəlbi ilə qalır, ancaq bunu göstəriş üçün etmir. Onun yanında tənbəllik etmək olmaz. O, sərtdir, ancaq haqlıdır.
Əqrəb ata öz övladılarının gözündə qəhrəman kimi olur. O vaxta qədər ki, övladları özlərini müdafiə edə bilsinlər. Əqrəb kişilərin səbri çox deyildir. Xüsusən də doğuş yaxınlaşdığı vaxtda bunu rahat keçirmək üçün hətta bir qədər içə də bilərlər.
OXATAN BÜRCÜ ATASI. Doğrusu ata olmaq oxatan bürcü kişisini qorxudur. Sərbəstliyini itirməsi ilə barışmaq və yeni bir məsuliyyət götürmək üçün ona vaxt lazımdır. Oxatan ata uşaqları böyüdükcə daha yaxşı dil tapır və ortaq maraqlara sahib olur. Oxatan ataya bircə yalan danışmaq olmaz. Övladlarının ona yalan danışdığını bilən bu bürcün nümayəndəsi özünü idarə etməsini itirir.
Oxatan ata övladları üçün maksimum məşğul cədvəl düzəldəcək. Həm bir neçə dil, həm rəssamlıq, həm də idmanla məşğul olmaq üçün məşğələlərə apara bilər. O, istəyir ki, övladı hərtərəfli böyüsün. Uşaqda hər hansı istedadın olmadığını gördükdə Oxatan ata onu məcbur etməyəcək.
OĞLAQ BÜRCÜ ATASI. Bu atalar əmindirlər ki, övladı eynən özünə bənzəyir. Üstəlik xarici görünüşcə bənzərlik olarsa. Deməli uşaq onunla eyni istək və arzulara malik olmalıdır. Uşağa qoyulan tələblər yaşına baxmayaraq hədsiz yüksək olur. Ona nail olmaq sadəcə mümükün deyil. Beləliklə, uşaqlar həmişə Oğlaq ataya ” borcludur”.
Əlbəttə bu valideynlərin yaxşı tərəfləri də var. Oğlaq atalar övladlarına qarşı laqeyd deyillər. Hətta valideyn iclasına gedə, uşaqla ünsiyyət qura, birlikdə məsələ həll edə və ya sadəcə gəzə bilər.
Oğlaq kişilərdən çox hökmlü atalar meydana çıxır. Onların iki mövqeyi var: bir fikir səhvdir, digəri onun öz şəxsi fikri. Onlar əmindirlər ki, həmişə ən doğrusunu bilirlər. Hər şeyin ən düzgününü bildiklərini düşünür və şərtsiz tabe olmanı tələb edirlər.
DOLÇA BÜRCÜ ATASI. Bu bürcdən olan kişidən hamiləlik xəbərinizi hərarətlə qarşılamağı gözləməyin. Təbii ki, o, buna sevinir. Ancaq qəlbinin dərinliyində. Bu bürcün atası övladından konkret nə istədiyini bilmir. Onun cəzaları ilə uşağın davranışları heç vaxt uyğun gəlmir. Uşaq ondan nə reaksiya alacağını heç vaxt bilə bilmir.
Dolça atalar çox tolerant olur. Doğrudur, bəzən övladının pis hərəkətlərindən əsəbləşə bilər. Əsasən onlar öz həyatdakı səhvlərinin uşaqda təkrarına əsəbləşir və cəzalandırır.
BALIQ BÜRCÜ ATASI. Bu bürcün kişisi xanımının hamiləlik xəbərini möcüzə kimi qəbul edəcəkdir.
Heç bir bürcün nümayəndəsi 9 ay müddətində bir Balıq qədər mülayim və mehriban ola bilməz. Sonra isə bu isti münasibət anadan övladına keçəcək.
O, övladlarına lazım olan hər şeyi qiymətinə baxmadan alacaqdır. Övladının otağının bəzədilməsi, dizaynı ilə şəxsən məşğul olacaqdır.
sun.az