Sevgini öldürən səhvlər

Sevgilinizlə aranızda problem varsa, bu səhvləri etməyin…

Bütün sevgilərin arasında hərəsinin özünəməxsus problemləri olur. Lakin bəzi məsələlər var ki, bütün cütlüklər bu hallarla qarşılaşır.

Mən hər şeyi bilirəm

Bütün problemlərin cavabını bilə bilərsiniz. Lakin mütəmadi olaraq həyat yoldaşınızın səhvlərini üzünə vurmaq, nəyi eləməli olduğunu söyləmək onun əsəblərini pozmaqdan başqa işə yaramaz. Onun səhvlərinin tez-tez düzəltməklə öz imicinizi zədələyir və qarşı tərəfin gözündən düşürsünüz. Səbrli olun, özünüzü isə “dahi” kimi göstərməyin. Həm də unutmayın ki, tez-tez səhvi düzəldilən insan fikrini bəyan etməyə çəkinir. Bu zaman isə kişi ilə qadın arasında ünsiyyət azalır.

Ünsiyyət qura bilməmək

Sevginizin davam etməsini istəyirsinizsə, mütəmadi olaraq əlaqə saxlamalı və ünsiyyət qurmalısınız. Sizi sıxan hər hansı problem varsa, onu ürəyinizə atmayın, paylaşın. Problemi qarşı tərəfin özünün başa düşməsini gözləməyin. Siz bunu qarşılıqlı oturub müzakirə etməsəniz, o, bunu necə başa düşə bilər? Eyni şey onun üçün də keçərlidir. Əgər onun qəmgin və halsız olduğunu müşahidə edirsinizsə, nə baş verdiyini mütləq soruşun. Unutmayın ki, problemlər insanları bir-birinə yaxınlaşdırır. Dərdləri və problemləri gizli saxlamaq isə sevgililəri bir-birindən daha da uzaqlaşdırır.

Mütəmadi olaraq özünü müdafiə etmək

Həyat yoldaşı tərəfindən başa düşülməyən insanlar çox zaman özünümüdafiə taktikasına keçirlər. Mütəmadi olaraq özünü müdafiə etmək ayrılığı da özü ilə birlikdə gətirir. Hər reaksiyaya bəhanə tapmaq və qarşı tərəfin hər hansı hərəkətinə “sən bunu məndən çox edirsən” deyib oxları ona tərəf çevirməklə sizə olan sevgisini azaldırsınız. Onu dinləmədən öz fikrini demək münasibətlərə mənfi təsir göstərir.

atv.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər