Ruhi xəstəliklər cavanları sevir

İllər keçdikcə xəstəliklər yer üzünü bürüyür. Zaman-zaman qeyri-adi virusların yayılması, ayrı-ayrı xəstəliklərin “cavanlaşması” insanlarda xof yaradır. Əvvəllər “cavan rəhmətə getdi” ifadəsi dəhşətlə qarşılanırdısa da, gün keçdikcə bu kəlmə adiləşir və gənc nəslin hər hansı bir xəstəlikdən əziyyət çəkməsi, hətta vəfat etməsi adi hal kimi görünür.

Həkim-psixiatr Orxan Fərəclinin sözlərinə görə, ruhu sağlam olmayan bədən sağlam sayılmır: “Tam mənada sağlam dedikdə ümumilikdə həm bədənin, həm də ruhun birlikdə sağlam olması nəzərdə tutulur. İnsanda ayrı-ayrı əlamətlər varsa, bu xəstəlik də sayılmır. Əgər sağlamlığa bu şəkildən yanaşsaq, onda sağlam insan tapmaq mümkün olmazdı”.

Psixiatr bildirir ki, tibbdə başqa ruhi xəstəliklər də mövcuddur, ancaq insanlar bu xəstəliklərdən sadəcə şizofreniyanı tanıyır və ən çox da bundan ehtiyat edirlər: “Adətən cəmiyyətdə ruhi xəstəlik dedikdə ağlımıza ilk gələn “şizofreniya” xəstəliyidir ki, bu, ruhi xəstəliklər içərisində ən ağır olanıdır. Halbuki, psixiatriya elmi yalnız ağır şizofreniya xəstəliyi ilə yanaşı, cəmiyyətdə hal-hazırda daha çox rast gəlinən depressiya, obssesiv-kompulsiv pozuntu, həyəcan pozuntusu və digər geniş yayılmış xəstəliklərin də müalicəsi ilə məşğuldur. Ruhi xəstəliklərin yaranma səbəbləri xəstəliklərin formasından asılı olaraq dəyişir. Geniş mənada götürsək isə müasir nəzəriyyələrə görə, sinirlər arasından ifraz olunan neyromediatrların pozulması, müxtəlif infeksiyon xəstəliklər, keçirilən dayanıqlı və fiziki travmalar ruhi xəstəliklərin yaranmasına səbəb ola bilər”.

O.Fərəcli ruhi xəstəliklərin yaş tanımadığını və bu xəstəliklərin mütləq müalicə olunmağının vacib olduğunu bildirir: “Belə bir deyim var ki, ruhi xəstəliklər gənc beyinləri sevir. Konkret olaraq ən dəhşətli ruhi xəstəlik olan şizofreniyanın rast gəlinmə yaş həddi də 17-25-dir. Lakin, bu o demək deyil ki, bu yaşdan əvvəl və ya sonra insan şizofreniyaya tutula bilməz. Digər xəstəliklərdən depressiya insanda hər yaşda rast gəlinə bilər. Daha çox gənclərdə, qadınlarda klimakterik dövrlərdə və ana olduqdan sonra rast gəlinilir”.

Psixiatr qeyd edir ki, son günlər mətbuatın da ruhi xəstəliklərin artması mövzusuna marağı genişdir. Azərbaycanda isə xəstəlik faizi aşağıdır: “Mətbuat bu xəstəliklərə, xüsusən şizofreniya xəstəliyinə geniş maraq göstərir. Məlumat üçün deyim ki, Azərbaycanda konkret olaraq şizofreniyalı xəstələrin sayında artım yoxdur. Xəstəliyin yayılması təxminən 1% civarındadır. Azərbaycanda artma müşahidə etdiyimiz xəstəliklər sırasında depressiya, həyəcan pozuntuları, sosial fobiya, panik atak və s. bu qəbilədən olan xəstəliklərdir”.

O.Fərəclinin sözlərinə görə, ruhi xəstəliyi olan insanlar cinayət məsuliyyətinə cəlb olunmur və müalicəyə göndərilir: “Ruhi xəstəliklər dövlət tərəfindən təsdiq olunan və müvafiq qeydiyyata götürülən xəstələrin qanunla nəzərdə tutulmuş bir sıra imtiyazları var. Bundan başqa, belə xəstələr cinayət törədərkən anlaqsız olması ekspertiza tərəfindən təsdiq edilməsi hallarında həmin şəxslər Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşərək, cinayət məsuliyyətindən azad edilir və şəxs barəsində tibbi xarakterli, məcburi müalicə tədbirləri təyin edilir”.

Psixoloq Firuzə Zeynalovanın sözlərinə görə, xəstələrə ilk yardım onların ailəsindən və ətraf mühitdən gəlməlidir: “Bir çox hallarda xəstələr müalicəyə razılıq vermir, yaxud xəstə olduqlarını qəbul etmirlər. Bu zaman sosial dəstək çox vacibdir. Ümumiyyətlə, ruhi xəstəliyi olan insanlara rəhm etmək adı ilə evdə saxlamaq düzgün deyil. Ən son jurnalist qətlində də atasını evdə müalicə edən ailənin sonunun cinayətlə bitməsi müşahidə olundu”.

Dediyinə görə, ruhi xəstəliklər ciddi qəbul edilməlidir. Xəstə ilə bərabər onun ailəsi də müalicə işində diqqətli olmalıdır. Çünki insan özünün xəstə olduğunu qəbul etməyərək, çox detalları gizlədə bilər. Bu tip xəstəliklərdə diaqnozun dəqiq qoyulması üçün xəstə yaxınlarının da köməyi mütləqdir.

Artmaqda olan qəzəb və aqressiya, narahatliq və həyəcanlılıq, yuxu və iştahın pozulması, intihar haqqında fikirlər, artmaqda olan təşviş və bu kimi hallar varsa, vaxt itirmədən psixiatra müraciət edilməlidir.

Qeyd edək ki, insanda psixi sarsıntılar varsa, yaxud insan bu halları özündə hiss edirsə, özü dərman qəbul etməməli, yaxud təyin olunmuş dərmanı dəyişdirməməlidir.

day.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər