Düşüncənin gücü

Belə bir söz var, həyatımızı dəyişmək istəyiriksə, ilk öncə düşüncələrimizdən başlamalıyıq. Bu gün cəmiyyətimizdəki ən böyük problemlərdən biri məhz elə düşüncə problemidir. İnsanlar düşüncələrini müsbət yönə kökləmək əvəzinə, sanki bacardıqları qədər problemlərə, keçmişdə yaşanmış xoş olmayan hadisələrə, içindən çıxa bilməyəcəklərini düşündükləri işlərə kökləyirlər. Və bu da öz növbəsində, xoş olmayan nəticə verir. Beynimiz bir əkin yerinə bənzəyir. Ordan hansı keyfiyyətdə məhsul əldə edəcəyimiz nə əkdiyimizdən, necə əkdiyimizdən və necə qulluq etdiyimizdən asılıdır. İnsanlar çox vaxt bu nüansa fikir vermir, onu əhəmiyyətsiz hesab edirlər. Əslində isə fikirlərimizin həyatımızı formalaşdırdığı gerçəyini danmaq olmaz.

Beynimizi mexaniki bir vasitə, bir maşın kimi təsəvvür etməliyik. Onu nəyə proqramlasaq, ona uyğun da reaksiya ilə qarşılaşarıq. Heç düşündünüzmü, nəyə görə həyatda bir qisim insanlar ard-arda uğur qazanır, tanınır, şöhrətli olur? Digər qisim insanlar isə çox çalışmalarına rəğmən, lazimi şəraitə sahib olmalarına rəğmən istənilən nəticəni əldə edə bilmirlər?

Hər şey beyində başlayır. Həyatda bütün çətinliklərə rəğmən uğur qazanan insanlar beynini düzgün şəkildə proqramlaya bilən insanlardır. Buna ən bariz nümunə dünyaca tanınmış motivasiya ustası Deyl Karneginin həyatıdır.

Deyl Karneqi 24 noyabr 1888-ci il Missurinin ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suya keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi.

Deyl Karnegi ünsiyyətcil uşaq olsa da, məktəbi bitirdikdən sonra cəmiyyətdə uzun müddət uğur qazana bilmir. Bir müddət sonra kollecə daxil olur. Kollecdəki əksər tələbələr yüksək təminatlı ailələrdən çıxmışdılar. Onlar çox gözəl binalarda özlərinə mənzil tutur, dəbdə olan paltarlar geyinib sinifdə lovğalanırdılar. Deyl isə fermada da, evdə də, məktəbdə də eyni geyimdə olurdu-böyük qardaşının köhnə paltarlarında-onun sadəcə geyiniləsi başqa paltarı yox idi. Məlumdur ki, sinif yoldaşları kasıb, yaraşıqsız, yöndəmsiz və özünə tamamilə inamsız olan, kompleksli Karneqini bəxtsiz cavan hesab edirdilər.

«Mən öz işimə nifrət edirdim, ucuz mebelli, tarakanlarla dolu otaqda keçən həyatıma nifrət edirdim. Ucuz, çirkli yeməkxanalarda qidalanırdım. Mən çox bədbəxt idim» — Deyl Karneqi o illəri yada salarkən deyirdi. Bu vaxt intihar haqqında da düşünürdü…

Amma arzusu onu həyatda qalmağa vadar edirdi. Bekon, sabun və sala satışından əhəmiyyətli dərəcədə məbləğ yığılanda-500 dollar-o, natiqlik və səhnə bacarığı məktəbini açmaq qərarına gəlir. Bu zaman uğur onun üzünə gülür. Böyük depressiya dövründə minlərlə insan onlara itirilmiş kapitalnıı qaytarmağa kömək edəcək fürsət gözləyirdi. Belə fürsət isə Deyl Karneqi oldu. Onun qonorarları hər ay artırdı, Amerikanın hər yerindən çıxış üçün dəvətlər gəlirdi.

Karneqi ABŞ-da meqaulduza çevrildi. O, öz məsləhətlərini hamıyla və hər sahədə paylaşırdı; biznesmenlərə — biznesdə, fermerlərə — kənd təsərrüfatında, qadın və kişilərə — şəxsi münasibətlərdə.

Beləliklə, Karnegi düşüncə gücü sayəsində, həyatının müəyyən bir mərhələsində karyerasının zirvəsinə çatır. Təəssüf ki, dünyada məşhur motivasiya ustası sonradan sağalmaz xəstəliyə yoluxur. Onun orqanizmi müalicəyə cavab vermir. Və natiqlik sənətinin mahir bilicisi, pozitiv düşünmə və özünüinkişaf mütəxəssisi 1 noyabr 1955-ci ildə həyatına son qoyur.

Bir düşünün, bəs siz Karneginin yerində olsaydınız nə edərdiniz? Onun kimi inadkarlıq göstərib arzularınızın arxasıyca getməyə davam edərdinizmi, bütün yuxarıda sadaladıqlarıma rəğmən? Çox güman ki, öz taleyinizlə barışıb, özünüzə “bəxtim gətirmədi” damğasını vuraraq yaşayacaqdınız.

Psixologiyada Koqnitiv Bihevioral Terapiya adında bir terapiya növü var. Bu terapiya növü bu gün ən çox istifadə olunan terapiya olmaqla bərabər, aşağıdakı fikrə əsaslanır:

“Həyatı olduğu kimi yox, olduğumuz kimi dərk edirik”

İnsan dünyaya gələrkən ağ bir vərəqə bənzəyir. Vaxt keçdikdə o ətrafdan müəyyən informasiyalar alır və bu informasiyalara müvafiq olaraq öz hislərini, düşüncələrini və ən nəhayət, düşüncələrinə uyğun olaraq da davranışını tənzimləyir. Əgər biz beynimizə daxil olan informasiyaları düzgün istiqamətləndirməyi və yerləşdirməyi bacarsaq, hansının bizim üçün xeyirli, hansınınsa ziyanlı olduğunu seçməyi bacarsaq, yaşamaq xeyli asan olacaqdır.

Bu gün hamımızın haqqında məlumatlı olduğumuz placebo dərmanları da məhz bu fikrə əsaslanır. Xəstə tərkibində heç bir farmokoloji və kimyəvi maddə olmayan şəkərləri qəbul edir, lakin bundan xəbərsiz olduğundan sağalacağına ümid edir. Və nəticədə sağalır, onun halı yaxşılaşır. Səbəb nə oldu? İçi boş, yalançı dərmanlarmı? Yoxsa düşüncənin gücümü?

Gün ərzində ən çox nəyi düşünürüksə ona çevrilirik. Əgər nə düşünəcəyimizi şansa buraxsaq, ya da qəzet, jurnal, televizor, radiolara həvalə etsək, öz beynimizi idarə etmə qabiliyyətimizi itirərik. (Emerson)

Bəli, siz gün boyunca ən çox nəyi düşünürsünüz? Fərqindəsinizmi? Həm istəmədikləriniz reallaşır, həm də istəmədiklərinizə sərmayə qoymağa mı davam edirsiniz?

Bu gün yaxınlarınızla ən çox nədən danışdınız? Dərdlərinizi təkrarən dilə gətirib, yenə şikayətləndinizmi yaşadığınız həyatdan? Televiziyada xoş olmayan xəbərləri izləyib dəhşətə gəldinizmi? Kədərli mahnılar dinləyib, kədərli serialları izləyib empatiya qurdunuzmu?

Hər insanın dərdinin dərmanı, çarəsi özündə gizli olduğundan, suallara cavab verərkən həll yolunu daha asanlıqla tapır.

Artıq elə bir cəmiyyətə çevrildik ki, səhər televizorda günəşin doğmayacağını eşitsək özümüz öz daxilimizdə xaos yaradacağıq, ya da 3 gün sonra qiyamətin olacağını eşitsək, buna hazırlıq görməyə başlayacağıq. Gün boyunca nəyi düşünəcəyimizi şüurlu şəkildə planlaşdırmasaq, ya şüuraltından gələn siqnallar, eqonun mühakimə edici səsiylə məşğul olacağıq, ya da ətrafdan eşitdiyimiz mənfi düşüncələrlə əhatə olunacaq dörd bir yanımız. Sərbəst buraxılmış bir beyin keçmişdə və ya hazırkı anda yaşanılmış xoş olmayan hadisələrə ilişərək özünü məşğul edəcək. Və sonda istənməyən, planlaşdırılmayan nəticələrə yol açacaq.

Dəyişmək, daha yaradıcı, müsbət, pozitiv olmaq, dünyagörüşünü yeniləmək üçün gün ərzində beyninizi nəylə məşğul olacağına istiqamətləndirməlisiniz. Ta ki artıq beyniniz öz-özünə yeni, müsbət yöndə, yaradıcı və problemləri həll istqamətli düşünməyi vərdiş halına gətirənə qədər.

Bu gün xanımlar bir dırnağına fərqli rəng lak çəksin, bəylər saatını digər qoluna taxsın. Saatı ya da lakı gördüyünüz hər an özünüzün fərqində olun, nə düşündüyünüzə diqqət yetirin. Əgər düşüncənizə yönələ bilmirsinizsə, o an özünüzü necə hiss etdiyinizə fokuslanın. Yaxşı, yoxsa pis? Yaxşıdırsa eynilə davam, pisdirsə dərhal beyninizə əmr verin, daha gözəl bir şey düşünməyə başlayın. Bu, gözəl bir mahnı, gözəl bir söz, ya da keçmişə dair gözəl bir xatirə ola bilər!

Aytən Eminova

BDU,Sosial Elmlər və Psixologiya fakultəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər