Bunlar doğru imiş

  1. Hirsli sürücü daha çox yanacaq sərf edər.
    Bu, uşaq vaxtı valideynlərimizin və müəllimlərimizin bizə təlqin etdiyi boş söhbətlərə çox oxşayır. Müəyyən vaxta qədər ağlımıza batsa da, amma sonralar, yəni, yaşımız artanda anlayırıq ki, bu bizi yalnız səfeh və zərərli vərdişlərdən qorumaq üçün uydurulmuş tam bir cəfəngiyyatdı.Amma yanacaq məsələsi onlardan deyil. Şaiyəqıranlar sakit sürücü və cürbəcür qıcıqlandırıcı, narahatçılıqlarla özündən çıxarılmış sürücünün yanacaq sərfiyyatını (digər şərtlər sabit olmaqla) müqayisə etmişlər. Şaiyənin 100% doğru olduğu təsdiq olundu.
  2. Şillə insanın şüurunu aydınlatmağa kömək edir.
    İsterikayla çırpınan kinoqəhrəmanın necə yaxşı, bərk şapalaqla özünə gətirdiklərini hamı görüb. Amma bizim kimi ağıllı, sağlamdüşüncəli adamlar əlbəttə ki, kinoda gördüklərimizə inanmarıq.
    Hər halda, təcrübə göstərib ki, sərt zərbə zehni qabiliyyəti yaxşılaşdırır və aydın zəkanı bərpa edir. Ümid edirik ki, bu faktı üzrlü bəhanə kimi vurmada istifadə eləmək heç kəsin ağlına gəlməz.
  3. Söyüş ağrıya dözümü artırır.
    Yaxşı ki, «pis sözləri» deyən Kerinin ağzını görməmək üçün örtmüşdülər. Təəssüf ki, sizə onların məzmununu deyə bilmərik. Amma əmin olun, var gücünüzlə «aay, bu necə də xoş deyil!» qışqırmaqla lazımi effekti almaq olmur. Adi qışqırıq da bir işə yaramır… Odur ki, bu şaiyə təkcə “şiddətli ifadə” həvəskarlarının asan bəraəti deyil. Artıq bu təcrübədə özünü doğruldub.
  4. Qorxudan ayaqlar soyuyur.
    Burda da həqiqət payı var. Bunu sübut eləmək üçün Tori, Qrant və Keri öz kabusları ilə üz-üzə durmaq məcburiyyətində qaldılar. Qrant və Kerinin ayaqlarının temperaturu hiss olunacaq qədər aşağı düşdü, amma bu təcrübədə Toridə heç bir nəticə vermədi. Belə ki, şaiyə «inandırıcı» kateqoriyasına aid edildi.
  5. Fillər siçandan qorxur.
    Bu şaiyənin sayəsində bu məqalə yarandı. Buna heç inana bilmirdik! Bu — dovşanların ovçuları dəhşətli dərəcədə qorxutmağına bərabər sayılır. Amma yenə də, bu nə qədər absurd səslənsə də, heybətli heyvan xırda, zərərsiz gəmiricidən mümkün qədər uzaq durmağa çalışır. Düzdü, fillər isterikaya düşməsərlər də, arxa ayaqları üstdə tullanmasalar da və «Ay aman, kömək eliyin!» qışqırmasalar da onların siçana diqqət yetirmələri faktı inanılmazdı.
  6. Ultrasəsli hərəkət sensorunu ağ mələfənin köməyi ilə aldatmaq olar.
    Yəni, mühafizə avadanlığını öz qarşımızda mələfə tutmaqla ötüb keçə bilərik. Adi mələfə ultrasəsli hərəkət sensorunun buraxdığı səs dalğalarını udmaq qabiliyyətinə malikdi. Hər ehtimala qarşı məsləhətdi ki, mələfədə gözlər üçün iki deşik açasınız.

kayzen.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər